Avropa Birliyindən Bakıya ilginc jest İrəvan təlaşda

Analitika 10:27 01.11.2017

Ərazi bütövlüyü toxunulmaz elan edilir - mühüm gözlənti; Qurumun Brüssel sammitində qəbul ediləcək yekun qətnamə layihəsinin bəzi detalları məlum olub; Kataloniya presedenti işğalçının əleyhinə işləməyə başlayıb; erməni nəşri: “Ermənistan dəridən-qabıqdan çıxır ki...”   

Xəbər verildiyi kimi, noyabrın 24-də Brüsseldə Avropa Birliyinin (AB) növbəti “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin də iştirakı gözlənilir. O da bəllidir ki, AB ilə Ermənistan arasında çərçivə sazişi öncə deyildiyi kimi, sammit çərçivəsində yox, bir qədər sonra imzalanacaq. Azərbaycanla analoji anlaşma sənədinin müzakirəsi isə ilin sonunadək bitməlidir.

Ermənistana gəlincə, ləngimənin səbəbləri haqda yazmışıq. Səbəblər sırasında Dağlıq Qarabağla bağlı xüsusi bəndin olduğu da istisna edilmir. Məsələ ondadır ki, rəsmi İrəvan həmin ikitərəfli sənədə ölkələrin ərazi bütövlüyü prinsipi ilə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinin də salınmasına çalışır. Bu isə avtomatik şəkildə Azərbaycanla AB arasında müzakirələrin tormozlanması təhlükəsi yarada bilər. Çünki Bakı öz şərtini prezident İlham Əliyevin dilindın artıq bəyan edib: çərçivə sənədində ölkələrin ərazi və sərhəd bütövlüyünün toxunulmazlığı birmənalı şəkildə əksini tapmalıdır.

*****

Bu üzdən qarşıdakı sammit həm Azərbaycan, həm də işğalçı Ermənistan üçün kritik anlam daşıyır. Daha bir səbəbdən: iş ondadır ki, Brüssel sammitinin yekun bəyannaməsində də ölkələrin ərazi bütövlüyünün toxunulmazlığının əks olunması gözlənilir. Yeri gəlmişkən, Kataloniya presedentindən sonra AB üçün  bu prinsip indi qat-qat böyük dəyərdədir. Əks halda, üzv ölkələrdə separatçılıq zəncirvari reaksiya kimi güclənə və hətta təşkilat dağıla bilər.

Image result for Baku

Ermənistanı ən çox təlaşlandıran da budur - Avropada, Qərbdə antiseparatçı ovqatın güclənməsi və bu ovqatın Azərbaycanın xeyrinə Qarabağ məsələsinə də yansıması. Bununla bağlı erməni nəşri “Jamanak”ın dünənki sayından gedən məqalə diqqət çəkir.

Musavat.com-un məlumatına görə, nəşr Ermənistan üçün pis gözləntilərlə bağlı yazıb: ““Jamanak”ın əldə elədiyi məlumata görə, noyabrın 24-də Brüsseldə AB sammitinin yekununa dair qəbul ediləcək qətnamənin 2-ci bəndində Avropa Birliyinə üzv dövlətlərin “Şərq tərəfdaşı” ölkələrinin ərazi bütövlüyünü dəstəkləməsi nəzərdə tutulur. Qətnamənin bu hissəsi AB üzvü İspaniya və ötən bazar öz müstəqilliyini elan eləmiş Kataloniya üçün çox mühümdür. Ərazi bütövlüyü haqda bənd həmçinin, “Şərq tərəfdaşlığı”nın üç üzv ölkəsi - Ukrayna, Azərbaycan və Gürcüstan tərəfindən müdafiə olunur. Ermənistan isə öz növbəsində nəyin bahasına olur-olsun, qətnaməyə belə bir müddəanın da daxil edilməsinə çalışır: “Sammit Minsk Qrupunun Dağlıq Qarabağ konfliktinin nizamlanmasına yönəlik səylərini dəstəkləyir”. Lakin bu, praktik olaraq, qeyri-mümkün görünür".

Image result for Avropa Birliyi

*****

İrəvanın təlaşı əslində boşuna deyil. Ona görə ki, Minsk Qrupu həmsədrlərinin mövqeyi hələ ki daha çox İrəvanı qane edir, nəinki Azərbaycanı. Çünki hüquqi sənəd şəkli almasa da, vasitəçilər bir qayda olaraq “üç həll prinsipi”ndən danışırlar - hansıların arasında ki, öz müqəddəratını təyinetmə haqqı da yer alır.

Buradaca onu da yada salaq ki, Dağlıq Qarabağdakı qondarma rejimin cinayətkar təmsilçiləri bu arada, yəni Brüssel sammiti ərəfəsində qabaqdan gəlmişik edərək, Kataloniyanın müstəqilliyini müdafiə edən açıqlamalar veriblər. Onların bəziləri hətta Kataloniyaya gedərək, separatçı həmkarlarına həmrəylik nümayiş etdiriblər.

Image result for Brüssel sammiti

Necə deyərlər, bumeranq effekti isə artıq başlayıb: Kataloniya presedenti işğalçı ölkə əleyhinə işləməyə başlayıb. Üstəlik də AB separatçılığa daha bir zərbə olacaq qətnamə qəbul etməyə hazırlaşır. Bu da Azərbaycanın maraqlarına tamamilə uyğundur və Qarabağ məsələsində Bakının daha uğurlu mövqe qazanmasına gətirə bilər.

Şübhəsiz, İrəvan onun da fərqindədir ki, Rusiyanın vassalı və bölgədəki yeganə forpostu Ermənistandan fərqli olaraq, müstəqil siyasət yürüdən Azərbaycan AB üçün qat-qat mühüm önəmdədir. Təkcə Azərbaycanla bağlı, Avropanın Rusiyadan energetik asılılığını azaldacaq böyük qaz layihələrini yada salmaq yetər.

Image result for Erevan

Bu mənada böyük ehtimalla, AB-nin Ermənistanın deyil, Azərbaycanın şərtini qəbul edəcəyi ehtimalı gerçəkdən də böyükdür. Bunu indi üstəlik, Kataloniyada baş verənlər diktə edir - hansı proseslərdə ki, Rusiyanın “barmağı” olduğu da AB üçün sirr deyil.            

*****

Diqqət çəkən məqamlardan biri də məhz bu ərəfədə - sammitə 9 gün qalmış (15 noyabr) Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya səfərə hazırlaşmasıdır. Formal olaraq səbəb kimi Moskvada başlanacaq “Ermənistan günləri” göstərilir. Lakin çətin ki, Sərkisyan sırf mədəni tədbirə görə Rusiyaya getməyi tərcih eləsin.

Image result for Kreml

Böyük ehtimalla, əsas hədəf Brüssel sammiti öncəsi onun öz sahibi - Rusiya prezidenti Vladimir Putinlə bir daha “saat əqrəbləri”ni tutuşdurmaq, Kreml başçısından son tövsiyələri almaqdır. Putinin mövqeyi isə Sərkisyandan ötrü indi həm də apreldəki baş nazirlik postuna yiyələnmək üçün önəm kəsb edir.

Bu da var ki, Rusiya öz satelliti Ermənistanın hər hansı şəkildə AB ilə yaxınlaşmasında maraqlı deyil. Bəzi erməni şərhçilərinə görə, bu və digər səbəblərdən qarşıdakı səfər zamanı Sərkisyan növbəti dəfə Kreml qarşısında AB ilə imzalanması gözlənilən sənədlə bağlı öz “məzənnəsini” qaldırmağa çalışa bilər.

*****

Beləcə, Azərbaycan və Ermənistan üçün kifayət qədər psixoloji gərginlik vəd edən kritik ay başlayır. Bir şeyə şübhə yox ki, sammitdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazi bütövlüyü prinsipi ilə bağlı yekdil mövqe tutaraq, İrəvanın arzusunu puç edə biləcək...  

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Hamısı