Ərdoğandan Putinə iki təklif Qarabağ və…

Analitika 12:13 06.11.2017
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan il ərzində rusiyalı həmkarı Vladimir Putinlə bir neçə dəfə görüşür, fikir mübadiləsi aparır. Ancaq növbəti görüş fərqlidir və bunun Azərbaycan üçün mühüm əhəmiyyəti var.
 
Bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.
 
Yazıda qeyd olunur ki, Ərdoğan Putinlə budəfəki görüşünü əsasən iki mövzuya həsr etmək istəyir:
 
“Birinci mövzu Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Türkiyə prezidenti Bakı-Tiflis-Qars dəmir yolunun açılışından sonra Ankaraya qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında dedi ki, Putin istəsə, Qarabağ münaqişəsini qısa müddətdə həll etmək olar.
 
Ərdoğan bu açıqlama ilə ona işarə edib ki, Ermənistan tamamilə Rusiyadan asılıdır. Kreml sahibinin istəyi yetər ki, Ermənistan prezidentinin kimliyindən asılı olmayaraq, İrəvan qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Bu belədir. Ancaq siyasətdə istəklər qarşılıqlıdır və Rusiya prezidenti əvəzini almadan Azərbaycanın xeyrinə münaqişəni həll etməyəcək. Azərbaycanın tələbi bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması erməni separatçılarının tələb etdiyi kimi statusu müəyyənləşdirəcək referendum tarixinə bağlı olmasın. Sazişdə bu maddə olmasın. Rəsmi Bakı rayonların boşaldılması əvəzinə Dağlıq Qarabağın “aralıq statusuna” və bölgədə yaşayan ermənilər üçün təhlükəsizlik təmatına razılaşa bilər. Ancaq Kreml üçün bu azdır.
 
Rusiyanın hakimiyyət dairələrində Azərbaycan üçün hazırlanan plan təxminən belədir:
 
Rusiya Ermənistan hakimiyyətini razı salaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını təmin edir, “aralıq status” mexanizmi hazırlanıb işə düşür, bölgə üçün yazılı təhlükəsizlik təminatı verilir. Bunun əvəzində rəsmi Bakıdan aşağıdakıların yerinə yetirilməsi istənilir:
 
1. Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olur;
 
2. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olur;
 
3. Başda Rusiya olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin sülhməramlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilir”.
 
Qeyd olunur ki, Azərbaycan 5 rayonun qeyri-şərtsiz boşaldılması əvəzinə Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsini nəzərdən keçirə bilər:
 
“Digər iki şərt Azərbaycan üçün ağırdır. Buna baxmayaraq, üçüncü şərti də istisnalarla bu şəkildə qəbul etmək olar ki, Rusiya sülhməramlılarının sayı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri – Qazaxıstan və ya Belarus sülhməramlılarının sayından çox olmamalı, üstəlik Türkiyə hərbçiləri də eyni sayda Dağlıq Qarabağda yerləşdirilməlidirlər. 5 rayonun boşaldılmasından başqa qısa müddətdə digər 2 rayonun boşaldılması da təmin edilərsə və azərbaycanlı məcburi köçkünlərin tamamı Dağlıq Qarabağa qayıdarsa, üstəlik referendum şərti irəli sürülməzsə, Azərbaycanın müşahidəçi statusunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı nəzərdən keçirilə bilər. Yetər ki, işğala son qoyulsun və erməni separatçıları müstəqillik tələblərindən vaz keçsinlər.
 
Bölgədə 3 böyük layihədən birinə start verildi. Bakı-Tiflis-Qars dəmiryolu işə düşdü. Üstəgəl Şimal-Cənub dəhlizi adlandırılan Rusiya-Azərbaycan-İran dəmiryolunun işə düşəcəyi tarixə də çox qalmayıb. Bu da işə düşdükdən sonra TAP və TANAP layihələrinə start veriləcək və Azərbaycan qazı Avropaya daşınacaq. Ermənistan bütün bu layihələrdən təcrid olunub. İrəvan strateji planlaşdırmada nə qədər kasad olsa da, anlayır ki, böyük regional layihələrdən təcrid Ermənistanı uçuruma aparır. İrəvanda Azərbaycanın hər il silahlanmaya milyardlarla dollar xərcləməsinin məqsədini də anlamamış deyillər. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını azad edib Dağlıq Qarabağa yüksək muxtariyyətlə kifayətlənməklə həm özünü xilas etmək imkanı qazanacaq, həm regional layihələrə qoşula biləcək, həm də Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələrini bərpa edəcək”.
 
“Atlas” bildirir ki, R.T.Ərdoğan V.Putinə “böyük sülhün” bu üstünlüklərini anlatmağa çalışacaq:
 
“Ancaq Türkiyə prezidentinin Putınlə müzakirə edəcəyi başqa mövzu da var. Rusiya qazını Türkiyə üzərindən Avropaya çatdıracaq “Türk axını” layihəsi sürətlə irəriləyir və boruların böyük hissəsi artıq Qara dənizin dibinə döşənib. Ərdoğan Putindən xahiş etmək istəyir ki, Rusiya Xəzərin dibi ilə də boru xəttinin inşasına mane olmasın və Türkmənistan qazı Azərbaycan və Türkiyə üzərindən Avropaya daşına bilsin. Ərdoğan Kremlin “Xəzərin dibindən boru xəttinin çəkilməsi ekologiyaya zərər vura bilər” bəhanəsindən imtina edəcəyinə ümidlidir. Rusiya Şimal dənizinin və Qara dənizin dibi ilə boru xətti çəkirsə və bu ekologiyaya heç bir zərər vurmursa, Xəzərin dibi ilə çəkilən boru xətti niyə ekologiyaya zərər vurmalıdır?
 
Sadəcə, Kremlı Türkmənistan qazının TAP və TANAP boru xətləriylə daşınmasını istəmir. Yeganə izah budur. Ancaq Avropa bazarı böyükdür və hamının qaza ehtiyacı var. Digər tərtəfdən, Avropa Rusiyanın qaz bazarından asılılığını azaltmaq istəyir və bunu Kremldə də bilirlər. Rusiya öz qazının tamamını Avropaya sırımaqda çətinlik çəkir. Brüssel də Ankara kimi istəyir ki, Türkmənistan qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınsın. Xəzərin dibi ilə boru xəttinin tikintisinə süni əngəllər yaratmaq Putinin özünün səsləndirdiyi yanaşmaya ziddir. Rusiya prezidenti hər zaman deyir ki, azad rəqabətin tərəfdarıdır. Putin bu cümləni tez-tez ona görə təkrarlayır ki, ABŞ Rusiyanı Avropa bazarından sıxışdırıb özünün sıxılmış qazını satmaq istəyir. Demək məntiqlə Putin başqalarına da öz qazını Avropaya çatdırmaqda mane olmamalıdır. Yoxsa onun tənqid etdiyi Vaşinqtondan fərqi olmayacaq.
 
Putinin Ərdoğanın “Dağlıq Qarabağ münaqişəsini həll edək, bu hamının xeyrinədir” təklifinə necə cavab verəcəyi yuxarı-aşağı bəllidir, şərtlər ortadadır, Türkmənistan qazının Avropaya çatdırılması məqsədilə Xəzərin dibindən boru xəttinin çəkilməsi istəyinə necə cavab verəcəyi haqqında isə səhih məlumat yoxdur. Ancaq şübhəsiz Putin bunun qarşılığında da Ərdoğandan nəsə istəyəcək və bu istək miqyasına görə Xəzərin dibindən boru xəttinin çəkilməsi istəyindən az olmayacaq.
 
Beləliklə, növbəti Ərdoğan-Putin görüşünə hər iki tərəf ciddi hazırlaşır. Ərdoğan hər iki təklifiylə bağlı Putindən müsbət cavab alarsa bu, bölgədə radikal dəyişikliklərə yol açacaq. Əks halda vəziyyət dəyişməyəcək, adəti üzrə atəşkəs intensiv pozulacaq, snayperlər həmişəki kimi işləyəcək, müharibə ehtimalı da azalmayacaq.
 
Ərdoğan Putinlə görüşdən sonra böyük ehtimalla azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək ki, Kreml sahibi ilə danışıqlar barədə onu məlumatlandırsın. Eyni məntiqlə də Putin erməni həmkarı Serj Sərkisyanla görüşəcək. Çünki bu dəfə görüş Cənubi Qafqazdakı problemlərin kompleks həllinə həsr olunub. Bölgədə sabitliyin, davamlı inkişafın və əməkdaşlığın təminatı üçün optimal həll variantı aşağıdakı kimidir:
 
Birincisi, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilir, rayonlar boşaldılır və məcburi köçkünlər geri qayıdırlar, bölgədə geniş tərkibli sülhməramlı qüvvələr yerləşdirilir, Dağlıq Qarabağ erməniləri ya geniş muxtariyyətə, ya da “aralıq statusa” malik olurlar.
 
İkincisi, birinci şərtin yerinə yetirilməsi Azərbaycanın və Türkiyənin Rusiya ilə regional əsasda əməkdaşlığını gücləndirir;
 
Üçüncüsü, Ermənistanın təcridinə son qoyulur və bu ölkənin regional layihələrdə iştirakı təmin edilir. Bu mənada Rusiya-Azərbaycan-Ermənistan dəmiryolunun bərpası da müzakirə oluna bilər;
 
Dördüncüsü, Rusiya Xəzərin dibi ilə boru xəttinin çəkilişinə mane olmur və Türkmənistan qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınır.
 
Bu planın işləməsi üçün Kreml Ərdoğanın təklifləriylə razılaşaraq İrəvana təsir etməli və enerji bazarında azad rəqabətə üstünlük verdiyini göstərməlidir. Seçim Putinindir”.
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO

Xəbər xətti

Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
Hamısı