Facebook nə etmək istəyir...

Analitika 11:27 23.12.2017
Facebook reklam gəlirlərini artırmaq üçün zaman keçdikcə səhifə paylaşımlarını daha az adama göstərir.
 
Həmçinin digər tərəfdən reklamverənlərin sayı artdığından hər keçən gün reklam yeri uğrunda mübarizə də artır.
 
Buna görə (həmçinin ola bilər Facebook-un süni müdaxilələri nəticəsində) reklam qiymətləri artmağa davam edir. “Socialbakers.com” qurucusu Han Rezabın açıqlamasına görə son bir ildə Facebook reklamlarının ortalama qiyməti 35% artıb.
 
Əlavə olaraq da Azərbaycanda 2017-ci ildən başlayaraq Facebook reklamlarına 18% vergi çıxılır. Bu o deməkdir ki, azərbaycanlı səhifə sahibi üçün reklam xərcləri son bir ildə 59% artıb.
 
2018-ci  ildə Facebookda reklam yerləşdirənlərin diqqət etmələri məqamları sosial media mütəxəssisi Orxan Rzayev  danışıb:
 
“Önümüzdəki il edilməli olan ən əsas addımlardan biri məzmunun (kontent) keyfiyyətini artırmaqdır. Burada söhbət həm texniki, həm də mövzu baxımından gedir. Bir şeyi yadda saxlamaq lazımdır ki, sosial media və eləcə də sosial medianın qaydaları çox tez dəyişir. 3-4 il qabaq biz yolaver bir post paylaşıb nəticə əldə edə bilərdik, çünki həmin vaxt bizim səhifəmizin olması və orada paylaşımlar etməyimiz uğur sayıla bilərdi. Amma hazırda bizim kimi rəqiblərimizin də səhifəsi var, onlar da paylaşım edir, onlar da reklama pul qoyur. Yəni bizim etdiklərimizi edənlər artıq həddən artıq çoxdur və bu mübarizədə ən effektiv yollardan biri fərqli, diqqətçəkən kontent hazırlamaqdır. Belə olduqda sizi yadda saxlayırlar, sizi izləyirlər. O auditoriyanı necə idarə edəcəksiniz, o ikinci məsələdir.
Digər önəmli məqam – “influencer marketinq” (sosial mediada izləyicisi çox olan istifadəçilər vasitəsilə marketinq) fəaliyyətidir. Facebook-un reklam qiymətinin 1 ildə 59% bahalaşması fonunda hazırda “influencer marketinq” daha cəlbedicidir. Üstəgəl, bu marketinq fəaliyyətinin Facebook reklamlarından bir neçə üstün cəhəti var ki, bu da sizə əlavə fayda verir”.
Orxan Rzayevdeyir ki, reklam qiymətinin bahalaşması məhsul və xidmətin qiymətinə də təsir edə bilər.
 
“Bu artıma baxmayaraq Facebook hələ də ən ucuz və effektiv kanallardan biri olaraq qalır. Ona görə də uğurlu reklam kampaniyaları hazırlayanlar Facebook vasitəsilə qazanc əldə edirlər”.
 
Ekspert hesab edir ki, gələcəkdə Facebook-un bahalı reklam kanalına çevrilməsi real deyil.
 
“Təbii ki, ölkələr, regionlar üzrə ucuz olan rəqəmsal kanallarla yanaşı bahalı kanallar da var. Amma Facebook kimi 2 milyardlıq auditoriyası olan və strategiyasını ucuz reklam kanalı olaraq cızan bir platformanın gələcəkdə ən bahalı kanal olması inandırıcı görünmür”.
 
Media və Pr mütəxəssisi Vüqar Babanın sözlərinə görə sosial media reklamlarından istifadə edənlər də, bu reklamlara qoyulan tələblər də artır.
 
“Çox sayda şirkət sosial media reklamlarından istifadə edir. Ən çox istifadə olunanları isə Facebook və İnstagram-dır. Müxtəlif səbəblər, sosial media ilə bağlı verilən tələblər, qoyulan məhdudiyyətlər,vergi tətbiqləri reklamlardakı bu artımı dayandıra bilmir. Ən pis halda bu artımın sürətini,  tempini azalda bilir. Digər hallarda isə bu inkişaf onsuzda gedir. Eləcə də Facebook, İnstagram bəzən öz reklam siyasətini dəyişir. Reklamların görünmə qaydalarını, reklam vermə qaydalarını dəyişir. Reklam verərkən hansı izləyicilərə nə qədər reklam çatmağı ilə bağlı da dəyişiklik edir. Bunlar hamısı Facebook-un daha çox qazanc götürməyi üçün edilir.Sosial şəbəkə sahibləri öz qazanclarını güdürlər”.
 
Reklamın bahalaşmasının təsirlərindən də danışan Vüqar Baba bildirib:
 
“Bu artımın reklam istifadə edənlərin sayında azalmaya səbəb olacaq. Sayda azalma olsa da, reklama xərclənən pullar istifadəçilər tərəfindən artacaq. Facebook nöqteyi-nəzərdən baxanda gəlir çoxalacaq. Məsələn, əvvəllər 100 nəfər bir dollardan reklam qoyurdusa və 100 dollar qazanc götürürdüsə, indi 60 nəfər 2 dollardan qoyacaq və nəticə etibarilə gəlir artacaq.
Azərbaycanda da reklam vericilərin sayı və reklamların həcmi azalacaq. Lakin şəxs Facebook-un reklam qaydalarından düzgün istifadə edə bilirsə, o zaman xərc çoxalsa da effekt artacaq, reklam daha çox adama görünə biləcək. Daha fokuslanmış reklam qoyularsa, ordan əldə edəcəyi effektlilik daha da çox olacaq”.
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
Hamısı