Dünyanı və insanı dəyişən 1 saniyə Vaxt niyə qızıldan bahadır?

Analitika 15:40 22.04.2016

“Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım”. Bu ifadəni tanınmış rus yazıçısı  Fyodor Mixayloviç Dostoyevski deyib.

 Dahi yazıçının təkcə  “Cinayət və cəza” əsərinin adını çəkmək kifayət edir ki, ona bu həyatda  ayrılan vaxtdan nə dərəcədə səmərəli istifadə etdiyini bəyan edək. Bununla belə hətta o da etiraf edir ki, yenidən dünyaya göz açsa, mütləq vaxtının qədrini daha yaxşı biləcək. Bəs digər bəşər övladları vaxtlarının dəyərini bilirlərmi? Onlar yaşadıqları hər saniyə, dəqiqə və saatdan səmərəli istifadə edə bilirlərmi? Bu suallara cavab tapmaq çətindir. Bəlkə də sualın cavabı  məhz  sürətlə bir-birini əvəz edərək bizim ömrümüzdən gəlib keçən dəqiqələr, saatlar, günlər, aylar və illərdə gizlənib.   

Əslində bizim önəmsəmədiyimiz  saniyələr ərzində o qədər mühüm hadisələr baş verir ki…

5 saniyədə bədənimizdəki hər bir hüceyrə daxilində 500 min kimyəvi reaksiyanın baş verməsini saniyənin qüdrəti adlandırmaq mümkündürsə, onda buyurun …  

Orqanizmdə səs telləri 1 saniyədə 80-dən 10.000 dəfəyə qədər titrəyə bilir.

Bir tənəffüs hərəkətinə 3,75 san vaxt sərf olunur.

Bir dəqiqədə bədəndəki qanın 1/5 hissəsi (20 faizi) böyrəklərdən keçir. Yə'ni dəqiqədə hər iki böyrəkdən birlikdə  bir litr, hər bir böyrəkdə isə ayrılıqda 0,5 litr — bütün qanın 1/10 hissəsi keçir. 1 litr qan isə ağciyər tərəfindən təmizlənir və s…

ABŞ-a beş saniyəlik səyahət…

Amerika deyəndə ağıla gələn ilk şey yüksək yaşayış tərzidir.  İnsanlar hesab edir ki, bu ölkə camaatı çox varlıdır. Əslində isə hər 5  saniyədə Amerikanın daxili borcu təxminən 250 min dollar artır. Bu vaxt ərzində ABŞ-da 4 ton yararlı qida məhsulu israfçılıq nəticəsində zibilliyə atılır. Amerikalılar bu kiçik müddət ərzində 2750 ədəd hot-doq yeyirlər. 5 saniyə ərzində Amerika sakinləri 7500 şüşə su istifadə edirlər.

İnternetin vaxt nəbzi

Texnologiyanın sürətli inkişafı və insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsi saniyələri daha vacib və həlledici edir.

Dünyada hər on saniyədə 34 milyon elektron məktub göndərilir.

İnsanların ən çox sevdiyi sosial şəbəkə olan “Facebook”da istifadəçilər on saniyə ərzində  410 min ismarıc paylaşır. “Twitter” istifadəçiləri isə 46 min tvit atırlar. Dünyanın ən böyük axtarış bazasında olan Google-da isə 10 saniyə ərzində 330 min axtarış edilir. Flickr  sosial şəbəkəsinə isə bu müddət ərzində 500 min ədəd fotoşəkil əlavə olunur.

Dünyada hər 10 saniyədə 94 dənə yeni veb sayt açılır, 5 saat istismar gücünə malik video “Youtube” saytına yüklənir.

 “Instagram” vasitəsilə isə 600 fotoşəkil yayımlanır.

Saniyəyə milyonçu olanlar

Dünyanın  ən varlı adamları siyahısında olan Bill Geyts 10 saniyədə 2 min 500 dollar pul qazanır.

Dünyanın ən məşhur idman geyimləri və aksesuarları istehsalçısı olan “Nike” şirkəti 10 saniyədə  6 min dollar pul əldə edir. 10 saniyədə təxminən 35 min “Coca-cola” şirkətinə məxsus olan məhsullardan isifadə olunur. Bu müddət ərzində isə “McDonalds”  brendi  750 hamburger satır. Uşaqların ən çox sevdiyi oyuncaqlardan biri olan “Barbie”  kuklası isə hər on  saniyədə 4 ədəd satılır.İnternet istifadəçiləri online mübadilələrdə 120 min dollar pul xərcləyir.

“Boşuna sərf edilmiş vaxt yeganə tullantıdır ki, onu təkrar emal etmək olmur”.

Mütəfəkkir Çarlz Brakstonun bu fikri ilə necə razılaşmayasan?!

Hər halda onu da deyək ki, dünyanın bütün əhalisi tərəfindən 1 dəqiqə ərzində 3 milyon kiloqrama yaxın zibil tullanır.

Hər on saniyədən bir  dünyada 42 uşaq doğulur, 20 insan isə dünyasını dəyişir. Maraqlıdır ki, 2 qrama yaxın çəkisilə dünyanın ən kiçik quşu olan kalibri  on saniyədə 666 dəfə qanad çırpır. 1 dəqiqə ərzində 10 milyon ədəd siqaret çəkilir ki, elə həmin müddət ərzində  siqaret 7 nəfərin həyatına son qoyur.

1 dəqiqəlik zaman kəsiyi 116 nəfərin həyatını dəyişməyə kifayət edir. Bu kiçik müddət ərzində dünyada 116 cütlük  ailə qurur. İnsanların həyatına son qoyan, indiyədək də tam müalicəsi tapılmayan xərçəng  xəstəliyi  1 dəqiqədə 34 nəfərdə təsdiqlənir.  

1 dəqiqədə 23 min insan öz sevgisini etiraf edir

Dünyanın ümumi əhalisinin 10 faizi isə 1 dəqiqə  ərzində cavabsız qalan sevgilərindən əziyyət çəkir.

1 dəqiqə ərzində dünya əhalisinin 1 faizi sərxoş vəziyyətdə olur.

1 dəqiqədə dünyada 840 fincan çay içilir. Bu müddət ərzində 2 milyon insan televizor qarşısında əyləşir.

Zaman durmaq bilmir və zaman özü vaxtını öldürmək istəyənlərin axırına çıxır…

Azərbaycanın tanınmış yazıçılarından olan  Yusif Vəzir Çəmənzəminlinin fikrinə istinad eləsək , “Zaman həyatın vicdanıdır, itirilmiş zaman adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır”.

Demək, "Vaxtım yoxdur" ifadəsini işlətmədən öncə, xatırlayaq ki, hər birimizin ixtiyarında olan həmin o vaxtdan onlar necə səmərəli istifadə ediblər . Nəzərə alaq ki , Leonardo Da Vinçi, Tomas Cefferson, Paster, Helen Keller, Albert Eynşteyn kimi dahi şəxsiyyətlərə dəyərləndirmək üçün  elə bizim qədər , bəlkə də az vaxt verilmişdi . Onların bu vaxt necə istifadə etməsi ilə digər insanların istifadə etdiyi vaxtın səmərəliliyini müqayisə edəndə sözsüz ortalığa qəribə bir vəizyyət çıxır. Biz onlar qədər vaxtın dəyərini təəssüf ki, hələ tam bilməmişik. Görünür, hər kəsin zamanı dəyərləndirmək metodu fərqlidir...

"Eurasia Diary"nin Azərbaycan redaksiyasının redaktoru

 Vüsalə Əlövsətqızı

 

Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Hamısı