Heydər Əliyev kosmosa azərbaycanlı göndərmək istəyirdi ARAŞDIRMA

Analitika 14:11 12.04.2018
 1933-cü il avqust ayının 17-də Moskva ətrafındakı Naxabino poliqonunda “QİRD-09” və “QİRD-X” adlandırılan ilk sovet kosmik raketlərinin sınaq uçuşu keçirildi. Raketlər 18 saniyə ərzində cəmi 400 m. yüksəkliyə qalxsa da, bu, o dövr üçün böyük uğur sayılırdı. Çoxlarının bəlkə də xəbəri yoxdur ki, bu uğurda Azərbaycanın da payı olmuşdu.
 
İlk sovet kosmik raketi Azərbaycan Neft İnstitutunda “Reaktiv hərəkəti öyrənmə qrupu” tərəfindən hazırlanmış qatılaşdırılmış Bakı nefti ilə uçmuşdu. Sonralar xeyli sovet raketi də məhz Bakı neftindən hazırlanmış yanacaqla sınaq uçuşları həyata keçirdi. Həmin illərdə bu barədə həmişə böyük qürurla danışan həmvətənlərimizin ağlına da gəlməzdi ki, bundan 80 il sonra- 2013-cü il fevral ayının 8-də artıq müstəqil dövlət olan Azərbaycanın ilk süni peyki kosmik fəzaya qalxacaq və ölkəmiz orbitdə peykə malik olan dövlətlər sırasına qoşulacaq.

Bəlkə də ölkəmizin bugünkü sürətli iqtisadi inkişafı kontekstindən yanaşanda bu hadisə haqlı olaraq, çoxlarına məntiqi görünəcək. Ancaq, məsələnin dərinliyinə varanda onun təməlində uzun illərin gərgin əməyinin dayandığının şahidi oluruq.



1957-ci il oktyabrın 4-də sovet alimlərinin hazırladığı ilk süni peykin kosmosa çıxarılması ilə kosmik eranın başlanğıcı qoyuldu. 1961-ci il aprelin 12-də isə bəşər övladının - sovet kosmonavtı Yuri Qaqarinin kosmosa yol açması ilə təqvimlərə yeni bayram əlavə edildi. Həmin gün - 12 aprel Ümumdünya aviasiya və kosmonavtika günü kimi qeyd edilməyə başladı. Bütün Sovet vətəndaşları kimi Azərbaycan əhalisi də Sovet kosmonavtikasının bu uğurlarını öz uğurları kimi qəbul edirdilər. 

Artıq kosmosun fəthinin ilk illərindən kosmik eksperimentlərin nəticələri dünya iqtisadiyyatının müxtəlif sahələrində geniş tətbiq olunmağa başlamışdı. Ancaq bu elmi yeniliklərin və yüksək texnologiyaların Azərbaycanın elmi mühitinə nə zamansa yol açacağı ölkə alimləri üçün yalnız xəyal olaraq qalırdı.



1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə bütün sahələrdə olduğu kimi bu istiqamətdə də vəziyyət kökündən dəyişdi. Respublikanın gənc rəhbəri tərəfindən iqtisadi və mədəni inkişafla bərabər, Azərbaycan iqtisadiyyatının, elminin və nəhayət azərbaycanlı mütəxəssislərin kosmosun fəthi prosesində birbaşa iştirakını təmin etmək əsas məqsəd kimi qarşıya qoyuldu.

Qeyri-slavyan respublikaların bu prosesdə iştirakına qoyulmuş gizli qadağalardan xəbərdar olan respublika rəhbəri bu məsələyə böyük uzaqgörənliklə yanaşırdı. İlk addım olaraq respublikada elmi-istehsalat bazasının yaradılması və ölkənin elmi potensialının prosesə qoşulmasını təmin etmək məsələsinə diqqət yetirilirdi.



1973-cü il oktyabr ayının 7-dən 13-dək Bakıda dünyanın 17 ölkəsindən gəlmiş nümayəndələrin, eləcə də təyyarəçi-kosmonavtların iştirakıyla Beynəlxalq Astronavtika Federasiyasının XXIV konqresi keçirildi. Bu nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsi təsadüfi deyildi. “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” devizi altında keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu.

Bundan 3 ay sonra, 1974-cü ilin 10 yanvarında SSRİ Nazirlər Sovetinə Bakıda Kosmik Mərkəzin yaradılması ilə bağlı müraciət olundu və 1974-cü il avqustun 21-də Bakıda kosmik texnika vasitələrindən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi - “Kaspi” Elmi Mərkəzi yaradıldı. 1974-cü ilin 16 dekabrında Tofiq İsmayılovun rəhbərliyi ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində «Kosmik cihazqayırma xüsusi konstruktor bürosu»nun fəaliyyəti ilə kosmik tədqiqatların aparılmasına start verildi.



Beləliklə, Azərbaycanın SSRİ-nin kosmik tədqiqatlarında iştirakı yönündə atılmış ilk addım uğurlu oldu. Ancaq respublika rəhbərinin qarşısına qoyduğu ikinci bir məqsəd də vardı: Milliyyətcə azərbaycanlı şəxslərin SSRİ kosmonavtlar ailəsinə daxil edilməsi...

Həmin dövrdə kosmonavtlar əsasən qırıcı və strateji aviasaiyada qulluq edən xüsusi təlim görmüş təyyarəçilərdən seçilirdi. Ona görə də, Heydər Əliyev Respublika hərbi komissarlığına və Komsomol komitəsinə SSRİ Silahlı Qüvvələrində qulluq edən belə azərbaycanlıların tapılması tapşırığını verdi. Uzun müddət davam edən axtarışların nəticəsi heç də ürəkaçan olmadı. Aydın oldu ki, SSRİ-nin Hərbi-Hava qüvvələrində və Hərbi-Aviasiya Məktəblərində bu kateqoriyadan 1 nəfər də olsun, azərbaycanlı yoxdur. Ancaq bu da respublika rəhbərini fikrindən döndərmədi. O, Respublika Komsomol Komitəsinə, Orduya Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinə, Mərkəzi Komitənin inzibati şöbəsinə və Hərbi Komissarlığa təcili olaraq çağırışçılar arasından azərbaycanlı gənclərin seçilərək Ulyanovsk Aviasiya Məktəbinə göndərilməsi tapşırığı verdi. 



Respublikada gənc nəslin bu sahəyə marağının artırılması məqsədi ilə geniş təbliğat-təşviqat işlərinə başlandı. SSRİ-nin təyyarəçi-kosmonavtlarının Bakıya səfərləri təşkil edilir, onların orta və ali məktəblərdə görüşləri təşkil olunurdu. Nəticədə, 70-ci illərin ortalarında yüzə yaxın gənc hərbi təyyarəçilik məktəbinə oxumağa göndərildi.



Kosmonavtların hazırlanması prosesi uzun zaman tələb etdiyindən, sonrakı dövrlərdə baş verən siyasi proseslər bu arzunun həyata keçməsinə mane oldu. Ancaq həmin dövrdə SSRİ-nin Hərbi Aviasiya məktəblərinə göndərilən gənclər, sonralar müstəqil Azərbaycan Respublikasının Hərbi və Mülki aviasiyasında şərəflə ölkəmizə qulluq etdilər. 



Kosmik tədqiqatlar sahəsində işlər isə ölkədə tam gücü ilə inkişaf etdirilirdi. Respublika Nazirlər Sovetinin 1 fevral 1977-ci il tarixli sərəncamı ilə “Kaspi” Elmi Mərkəzinin tərkibində Kosmik Cihazqayırma Təcrübi Zavodunun, 1978-ci martın 25 də Azərbaycan KP MK-nın Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində Radiofiziki Cihazqayırma Xüsusi Konstruktor Bürosunun, 1979-cu ildə isə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun yaradılmasından sonra bu müəssisələr, 1981-ci ildə Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində birləşdirildi.



Bundan sonra Azərbaycan alimləri tərəfindən yaradılan məhsulların arsenalı daha da genişləndi. Kosmik gəmilər üçün bort-dönmə platformaları, radiasiya şəraitinə nəzarət edən perspektiv məlumat-ölçü sistemləri, peykaltı ekspermentlərin təşkili üçün cihazlar və avadanlıqlar, raket-kosmik texnikanın inkişaf perspektivlərini müəyyənləşdirən tədqiqatlar tanınmış alimlərin diqqətini cəlb etdi.



1981-ci ildən başlayaraq Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin elmi-texniki məhsulu olan və yerüstü mobil vasitələrdə, helikopterlərdə və təyyarələrdə quraşdırılmış ölçü sistemləri vasitəsilə çoxsəviyyəli peykaltı eksperimentlər keçirildi. Azərbaycan alimləri tərəfindən yaradılmış çəkiliş kompleksləri öz funksional imkanlarını nümayiş etdirdilər.



Nəticədə xarici əlaqələr daha da genişləndi, mütəxəssislər “İnterkosmos” proqramına qoşularaq Polşa, Macarıstan, Bolqarıstan, ABŞ, Hindistan, İngiltərə, Kanada, Almaniya, Monqolustan və digər ölkələrin mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq imkanı əldə etdilər.

1984-cü il avqust ayının 19-dan sentyabr ayının 7-dək Azərbaycanın şimal-qərb hissəsində - Şəki, Zaqatala və Mingəçevir rayonları ərazisində BMT-nin “İnterkosmos” proqramı çərçivəsində “Günəş-84” peykaltı eksperimenti keçirildi. Bu eksperimentdə Respublikamızın mütəxəssisləri ilə yanaşı, SSRİ-nin təyyarəçi-kosmonavtları, həmçinin Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Kuba, Monqolustan, Polşa və Çexoslovakiya alimləri də iştirak edirdilər.



Bundan sonra Azərbaycan alimlərinin hazırladığı bu “Rentgen teleskopu” həyata vəsiqə qazandı və 2001-ci ilədək “Salyut-7” və “Mir” orbital komplekslərinin bortunda elmi tədqiqatlarda uğurla istifadə olundu.

1988-ci ilin yazında ən əlamətdar hadisələrdən biri baş verdi. General-leytenant Kərim Kərimov öz həmyerlilərinə qonaq gəlmişdi. Cəmi bir neçə ay idi ki, bütün Sovet vətəndaşları kimi azərbaycanlılara da məlum olmuşdu ki, bütün sovet kosmonavtlarını fəzanın ənginliklərinə yola salan, ancaq heç kimin indiyə qədər üzünü görmədikləri şəxs həmyerlimiz Kərim Kərimov imiş... 



Kərim Kərimovun Milli Aerokosmik Agentliyindəki görüşü isə xüsusi məna kəsb edirdi. Çünki bu kollektiv də, onların hazırladığı və sovet kosmik gəmilərində uğurla sınaqdan keçirilən bu cihazlar da ona yaxşı tanış idi. Çox az insana məlum idi ki, 20 ildən artıq SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri işləyən general-leytenant Kərim Kərimov Azərbaycan Milli Aerokosmik Agentliyinin kollektivnə dəyərli tövsiyə və məsləhətləri ilə yaxından kömək etmişdi.
Kərim Kərimovun Azərbaycan Respublikasında kosmik elm və texnologiyanın inkişafında misilsiz əməyi nəzərə alınaraq görkəmli alimi Ümummilli lider Heydər Əliyevin 31 mart 1994-cü il tarixli fərmanı ilə o, «Şərəf» Ordeni ilə təltif edildi. 



SSRİ-nin dağılmasından sonra kosmik sənaye proqramında iştirak edən hər bir respublika bu sahədə öz müstәqil siyasәtini hәyata keçirmәyә başladı. 

2006-cı ilin sonlarında Azərbaycan Milli Aerokosmik Agentliyi yeni yaradılmış nazirliyin - Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verildi. Əsas fəaliyyət istiqamətləri saxlanılmaqla qarşıda duran əsas vəzifələrdən biri də ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsinə xidmət edən araşdırmaların aparılması, yerinə yetirilən elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin Müdafiə Sənayesi Nazirliyinin əsas fəaliyyət istiqamətlərinə uyğunlaşdırılması oldu. 



2008-ci ilin 4 noyabrda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” imzaladığı sərəncam bu sahədə yeni mərhələnin əsasını qoydu.

Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üçün nəzərdə tutulan vəzifələr iki təşkilat - Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi arasında bölüşdürülüb. Bu bölgülərə görə kommunikasiya peyklərinin, ümumiyyətlə, peyklərin orbitə çıxarılması, idarə olunması, izlənilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində yaradılmış “AzərKosmos” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb.



Nəhayət, 2013-cü il fevral ayının 8-də Azərbaycan Respublikasının tarixində ən əlamətdar hadisələrdən biri baş verdi. Bakı vaxtilə saat 1.36-da Azərbaycan Respublikasının ilk peyki-«Azərspase-1» Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan-Qviana Kosmik Mərkəzindən üzərində üç rəngli Azərbaycan bayrağı olan «Ariane-5» daşıyıcı raketi ilə orbitə buraxıldı.

Beləliklə Azərbaycan dünyada orbitdə peykə malik olan dövlətlər sırasında 37-ci, regionda isə ilk dövlət oldu.



Azərbaycan öz peykini milli kadrlar vasitəsilə idarə edir. Belə ki, “Azerspace-1” peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərini həyata keçirən “Azərkosmos” ASC tərəfindən peykin idarə edilməsi üzrə yerli mütəxəssislər hazırlanıb. Həmin gənc kadrlar müxtəlif ölkələrdə yüksək səviyyəli təlimlərə qatılıblar və peykimizi müstəqil surətdə idarə edirlər.



1957-ci il oktyabr ayının 4-də yerin ilk süni peykinin orbitə çıxarılması ilə bəşər tarixində kosmik eranın başlanğıcı oldu. Bu hadisədən 62 il keçməsinə baxmayaraq bu gün çox az sayda ölkə kosmosda öz peykinə malikdir. Öz telekommunikasiya peykini orbitə çıxarmaqla Azərbaycan kosmik kluba üzv olan dövlətlər sırasına qoşuldu. Bu böyük hadisə yalnız ölkəmizin iqtisadi potensialını deyil, həm də xalqımızın elmi və mənəvi gücünü bütün dünyaya nümayiş etdirdi.
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı