Sərkisyanın başı dərddə - xalq “yox” deyir parlament mühasirəyə alınır...

Analitika 09:21 16.04.2018

“Qarabağ klanı”nın yeni “srok” üçün hakimiyyət davası; Ermənistanda eks-prezidentin baş nazirliyi əleyhinə etirazlar güclənir; İrəvanda nümayişçilər düşərgə salıblar; baş nazir dəyişikliyi rejim dəyişikliyinə gətirə bilər, əgər...; erməni politoloqlardan qarşıdurma xəbərdarlıqları...

Sabah - aprelin 17-si Ermənistan üçün kritik gün ola bilər. Həmin gün parlamentin fövqəladə iclasında yeni baş nazirin seçkisi üzrə səsvermə nəzərdə tutulub. Seçkidən sonra ölkə parlamentli üsul-idarəyə keçəcək, hökuməti və onun başında duracaq şəxs Ermənistanda əsas səlahiyyət və söz sahibinə çevriləcək. Baş nazirliyə əsas iddiaçı isə prezidentlik müddəti təzəcə bitən Serj Sərkisyan sayılır.

Artıq hakim Respublikaçılar Partiyasının ötən şənbə keçirilən iclasında Sərkisyanın namizədliyi rəsmən irəli sürülüb. Nəzərə alsaq ki, parlamentdə çoxluq iqtidar partiyasının tərəfindədir, o zaman səsvermənin nəticəsini proqnozlaşdırmaq çətin olmaz.

*****

Bir çox şərhçilər sabahkı təyinatı ölkədə Serj Sərkisyanın müddətsiz hakimiyyəti yönündə həlledici addım hesab edirlər. Siyasi opponentlər və ekspert ictimaiyyəti Sərkisyanı üstəlik, bu məqsədlə özü haqda ölkədə əvəzolunmazlıq mifi yaratmaqda və şəxsiyyətə pərəstiş mühitini bərqərar eləməkdə günahlandırılırlar. Erməni diasporu da Qarabağ kökənli S.Sərkisyanın və onun 20 ildir iqtidarda olan klanının daha 5 il hakimiyyətdə qalmasına qarşıdır.

Armen Sarkisyan ile ilgili görsel sonucu

Ermənistanda baş nazir seçkisi öncəsi daxili ictimai-siyasi situasiyanı diktə və müəyyən edən əsas şərtlər hazırda bunlardır. Gözlənilir ki, bu gün - səsverməyə bir gün qalmış siyasi emosiyalar daha da qızışacaq. Artıq ötən həftədən etibarən ölkədə ömürlük hakimiyyət planlarına qarşı etiraz aksiyaları başlayıb və paytaxt İrəvan da daxil, günbəgün böyüyür. Həftəsonu və dünən - bazar günü də İrəvanın mərkəzində, Azadlıq meydanında Sərkisyanın baş nazirliyinə etiraz mitinqləri keçirilib. İctimai Radionun redaksiyası ələ keçirilib (az sonra bina tərk edilib). 

ermənistanda radio binası ile ilgili görsel sonucu

Aksiyalar Vətəndaş Müqaviləsi Partiyası (VMP) tərəfindən təşkil olunub. VMP siyasi şurasının üzvü, parlamentdəki “Yelk” (“Çıxış”) blokunun rəhbəri Nikol Paşinyan iki həftə müddətində 214 km-lik yürüşdən sonra tərəfdarları ilə birgə paytaxtdakı mitinqə qatılıb. Etirazçılar Sərkisyanın hakimiyyəti dönəmində ölkədə bütün sahələr üzrə böhranın dərinləşdiyini, miqrasiyanın sürətləndiyini, əhalinin sayının azaldığını, işsizliyin isə artdığını xüsusi qeyd edərək, onun hakimiyyətdə qalmağa haqqı olmadığını bildirirlər. Müxalifətçilər bəyan ediblər ki, aprel 17-də parlamentin binasını mühasirəyə alaraq, deputatlara Serj Sərkisyanın baş nazir postuna səsvermədə iştirak etməyə imkan verməyəcəklər.

*****

ermənistanda radio binası ile ilgili görsel sonucu

Beləcə, işğalçı ölkədə hadisələr kulminasiya nöqtəsinə doğru inkişaf edir. Serj Sərkisyanın əlində hazırda rəsmi səlahiyyət olmasa da, şübhə yox ki, o, iş başında olan köhnə komandasına vəziyyətə nəzarəti saxlamaq üçün pərdə arxasından “müvafiq göstərişlər” verir, vəziyyəti şəxsi nəzarətində saxlamağa çalışır. Hər halda, ilk dəfə deyil ki, “Qarabağ klanı”, Sərkisyan hakimiyyətlə bağlı sınağa çəkilir.

Yada salaq ki, 2008-ci ilin martın 1-də o, 8 nümayişçini güllələməklə, yəni zorakı yolla və saxta seçki nəticəsində prezident kürsüsünü ələ keçirmişdi. 10 il sonra təzədən başı dərddə olan Serj Sərkisyan eyni taktikanımı seçəcək, yoxsa? Bunu sabah görəcəyik...

Bu arada mitinqçilər paytaxt İrəvanda oturaq aksiyaya qərar veriblər və “Fransa meydanı”nda çadırlar qurublar. Müxalifətçi deputat, aksiyaların təşkilatçısı Nikol Paşinyan bildirib ki, əgər aksiya iştirakçılarının sayı “Qapalı bazar”a qədər genişlənərsə, hakimiyyətin dəyişəcəyinə zəmanət verib.

Şübhəsiz ki, prosesləri Ermənistanın şəriksiz yiyəsi Rusiyada diqqətlə izləyirlər. Buna da şübhə yox ki, Moskvanın xeyir-duası olmasa, Sərksiyan baş nazirliyə getməz. Elə indiki baş nazir Karen Karapetyan həmin postu tutar. Bu mənada Kremlin “dobro”su həm də 10 il öncəki kimi sabiq prezidentə xalqa qarşı zorakılıq etmək mandatı vermək anlamına gəlir. Buna lüzum olarsa, yəqin ki, Sərksiyan güc tətbiqində tərəddüd etməyəcək.

*****

“Bu gün ölkədə yeganə problem etimad qıtlığıdır. Bütövlükdə bizim cəmiyyətin xarakteri belədir ki, əsas kritik kütlə yalnız son günlər etirazlara qatılır. Hakimiyyət isə cəmiyyətin tələblərinə qarşı heç bir addım atmaq istəmir, yalnızca qələbə və uğurlardan danışırlar. Ancaq kütləvi köç olan ölkədə hansı uğurlardan danışmaq olar? Hakimiyyət imitasiya ilə məşğul olmalı deyildi, geniş islahatlar proqramı ilə çıxış etməli idi”.

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri paytaxtdakı etiraz aksiyalarını şərh edən politoloq Levon Şirinyan  1in.am portalına açıqlamasında deyib. Onun sözlərinə görə, ölkədə böyük etiraz dalğası qalxa bilər: “Lakin nəticə nə olacaq, bunu söyləmək çətindir. Yaxşı olar ki, hakimiyyət prosesdən düzgün nəticə çıxarsın. Onlar (iqtidardakılar - red.) özlərini elə aparırlar ki, guya hər şey yaxşıdır. Ancaq insanların güzəranı əsla yaxşı deyil. Belə ölkələrdə ordu da öz sözünü deməlidir. Bütün hallarda xalqı əldən salan böhranı önləmək gərəkdir. Hökumətin dediyi uğurlar onların özlərinə aiddir, xalqa yox”.

Öz növbəsində adı çəkilən erməni nəşrin siyasi yazarı Aram Amatuni diqqəti Sərkisyanın yeni vəzifəyə gəlişinin güclü ictimai etirazla müşayiət olunmasına yönəldərək yazır: “Bu etirazlar kifayət qədər kütləvi olacaqmı? Hələlik aydın deyil. Ancaq bir sıra təşəbbüsçü qüvvələr təkcə mitinq deyil, həm də başqa hərəkətlər - küçələrin bağlanması, parlament binasının mühasirəyə alınması və s. vəd edir. Əlbəttə ki, bütün bunların Serj Sərkisyanın baş nazirliyinin önlənməsi məsələsində effektliliyi etirazçıların sayından asılıdır. Ancaq təkcə bundan da asılı deyil. İstənilən halda, qarşıdurma, fors-major situasiya ehtimalı böyükdür. Bu isə şübhəsiz ki, daha böyük gözlənilməzliklərə gətirə bilər”.

Erməni şərhçiyə görə, geniş planda götürdükdə S.Sərkisyan seçim qarşısındadır.

*****

Bəs bu seçimi Serj Sərkisyan kimin xeyrinə edəcək - təmsil elədiyi “Qarabağ klanı”nın, “müharibə partiyası”nın, yoxsa Qarabağ problemindən və blokada rejimindən bezən, 30 ildir normal, rifahda yaşamaq həsrətində olan erməni xalqının?

1 gün də gözləyək...  

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Hamısı