Mühacir axınları niyə Türkiyəyə istiqamətləndi? TARİX

Analitika 13:01 17.04.2018

Mühacir axınlarının bir istiqaməti də Türkiyə idi. Türkiyə tədqiqatçısı Ə.B.Ərculasunun bildirdiyinə görə, Güney Qafqazdan Türkiyəyə gələnlər, əsasən Qars əyalətində məskunlaşırdı. Onların indi Qarsda 92 kəndi var. Bu kənd adlarının əksəriyyəti Borçalıdakı kənd adları ilə eynidir. M.F.Kırzıoğlu mühacir axınları barədə yazir: "Gürcüstandan 45 min türk Qars əyalətinə gəlib yerləşdi. Bunlar Ağbaba, Borçalı-Loru və Qarayazıdan gələn Qarapapaqlar idi". Əsrin sonlarına yaxın yaranan nisbi stabilliyi 1905-1907-ci illərdə Bakıda da güclü əks-səda doğuran I Rus inqilabı pozdu. Bu inqilabın yatırılması ilə başlanan təqiblər, siyasi fəaliyyətin maksimum məhdududlaşdırılması, bir sıra qəzetlərin bağlanması Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi mütəfəkkirləri və başqalarını ölkəni tərk etmək məcburiyyəti qarşısında qoydu.

Bir qayda olaraq, inqilabçıların və millətçilərin təqib edildiyi Stoplıpin irticasından yayınıb mühacirətə üz tutduğunu Ə.Ağaoğlu belə xatırlayırdı: "Şiddətli təqib edilənlər arasında idim. İş elə bir dərəcəyə çatmışdı ki, artıq daha özümün deyil, ailəmin də sakitliklə salamatlığı təhlükə altına düşmüşdü. 1908-ci ildə Türkiyədə inqilab olmuşdu. Tanıdığım bəzi şəxslər iş başına gəlmişdilər. Digər tərəfdən Qafqaz canişini vəzifəsinə təyin olunan Vorontsov-Daşkov məni necə olursa-olsun həbsə aldırıb sürgün etməyə qərar vermişdi. Bunu eşidən kimi, mən dərhal 1908-ci ilin sonlarına doğru İstanbula qaçdım".

Ümumiyyətlə, 1908-ci ildə Türkiyədə baş verən "Gənc türklər"inqilabı nəticəsində Sultan Əbdülhəmidin hakimiyyətinə son qoyulması ilə Rusiyadakı irticadan yayınan türklər İstanbula axışmağa başladılar. İ.Qaspıralı, Y.Akçura və başqa tanınmış türkçülər məhz bu dövrdə mühacirət edənlərdir. Azərbaycan mühacirətinin başında isə M.Ə.Rasulzadənin də göstərdiyi kimi "Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə kimi böyük şəxsiyyətlər dururdu. Rusiyadan mühacirət edən türklərin İstanbulda qurduqları ilk təşkilat, məramı dünyanın müxtəlif guşələrində yaşayan türklər haqqında məlumat vermək, bütün türklərin istifadə edə biləcəyi ortaq dil məsələsinin həlli istiqamətində axtarışlar aparmaq olan "Türk Dərnəyi" idi. "Əli bəy Hüseynzadə, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Yusif Akçura, İsmayıl bəy Qaspıralı, Fuad bəy Köprülüzadə və digər onlarla ziyalının qurduğu bu cəmiyyət türkçülük və türk millətinin yüksəlişi yolunda çox böyük xidmətlər vermişdir. Cəmiyyət aylıq "Türk Dərnəyi"məcmuəsini də dərc edirdi. Türkçülüklə yanaşı, Turançılıq məfkurəsinin də təşəkkülündə əhəmiyyətli işlər görən "Türk Dərnəyi" qurucularının ölkənin müxtəlif yerlərinə səpələnməsi ilə fəaliyyətini dayandırmalı oldu. 1911-ci ildə Azərbaycan mühacirlərindən Ə.Ağaoğlu və Ə.Hüseynzadənin rəhbərliyi ilə yeni cəmiyyətin əsası qoyuldu. Bu, əsasən xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan və eyniadlı məcmuə dərc edən "Türk Yurdu"idi.


Müəllif: Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun araşdırmacısı Rauf Əsgərov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı