İrəvanda nə baş verir “məxməri inqilab”, yoxsa tamaşa?

Analitika 10:53 20.04.2018

Ermənistan hakimiyyətinin davranışları, “demokratiya” görüntüsü yaratmaq cəhdləri şübhələr yaradır; ermənişünas alim: “Qərbin Ermənistanda rəngli inqilab etmək kimi bir fikri yoxdur”

Aprelin 19-da səhər saatlarından etibarən İrəvanın Respublika meydanında etiraz aksiyalarına yenidən start verilib. Bundan əvvəlki gün keçirilən aksiyalar isə gecə yarısına qədər davam edəndən sonra etirazların başında dayanan Nikol Paşinyan “evə” komandasını vermişdi.

N.Paşinyan jurnalistlərə açıqlama verərək, polisin etirazçılara qarşı silahdan istifadə etmək haqqının olmadığını bildirib. Qeyd edək ki, Rusiya mediası şəhərə Dağlıq Qarabağdan tanklar gətirildiyi haqqında məlumat yayıb. Serj Sərkisyan bu etirazların ölkə iqtisadiyyatına mənfi təsir etdiyini bildirib (Axar.az).

İrəvan polisi mitinq iştirakçılarının gözlənilməz istiqamətlərdə hərəkətlərilə bağlı bəyanatını “ciddi təhlükə” adlandırıb. Polisdən bildirilib ki, dövlət idarələri xüsusi qorunan obyektlər hesab olunur və polislərin də vəzifəsi həmin obyektləri təhlükə olacağı təqdirdə, silah gücünə də olsa, qorumaqdır:

“Vətəndaşları, aksiyalarda iştirak edən yeniyetmələri, onların valideynlərini ayıq-sayıq olmağa, aksiya təşkilatçılarının çağırışlarına məhəl qoymamağa çağırırırq”.  Paşinyan və tərəfdarları yürüş zamanı “Surmalu” və “Petak” ticarət mərkəzinə daxil olub. Polis kardonunu yararaq içəri girməyə nail olan Paşinyan tacirləri tətilə çağırıb və Respublika meydanında növbəti böyük mitinqin olacağını bildirib. Həmçinin etirazçılar Qaregin Njde meydanına gəliblər. Onlara avtomobil sürücüləri dəstək veriblər. Aksiya iştirakçıları Serj Sərkisyanın üstünə qara lent bağlanmış portretini də qaldırıblar. Sərkisyanın portreti etirazçılar tərəfindən tərsinə tutulmuş vəziyyətdə daşınıb.

Bütün bu gərginliklərin fonunda Ermənistan hakimiyyətinin özünü “təmkinli” aparması ciddi şübhələr doğurur. Üstəlik, Ermənistanın yeni prezidenti Armen Sərkisyanın da aksiyaları, sadəcə, müşahidə etməsi maraqlıdır. Bəzi ekspertlər baş verənlərin arxasında Kremlin dayandığını güman etsə də, Putinin S.Sərkisyan baş nazir seçiləndən bir neçə saat sonra ona telefon açıb təbrik etməsi, üstəlik, “Rusiyanın adamı” Karen Karapetyanın S.Sərkisyanın birinci müavini təyin edilməsi və s. müşahidələr səslənən versiyada o qədər də həqiqət payının olmadığını ortaya çıxartdı.

Belə olan təqdirdə Ermənistan müxalifətinin arxasında Qərb dairələrinin dayana biləcəyi ehtimalını səsləndirmək mümkündür, amma müşahidələr burada da şübhəli məqamların olduğunu deməyə əsas  yaradır. Məsələ burasındadır ki, ABŞ başda olmaqla, Qərbdən İrəvandakı aksiyalara birmənalı dəstək yoxdur. Üstəlik, ABŞ öz vətəndaşlarına Ermənistanda baş verənlərlə bağlı xəbərdarlıq edib.

Paşinyan ile ilgili görsel sonucu

Hakim Respublika Partiyasının deputatı Qaqik Minasyanın açıqlaması Ermənistandakı etirazların ssenariləşdirilmiş teatr olduğunu söyləməyə əsas verir. O, Sərkisyana qarşı etiraz aksiyalarının ölkənin beynəlxalq imicinə müsbət təsir göstərdiyini deyib (Modern.az).  “Paytaxtdakı aksiyalar, əgər qanun pozulmursa, Ermənistanın beynəlxalq imicini yüksəldir”. Onun fikrincə, aksiyaların zorakılığa keçməsi arzuolunmazdır.  Elə aksiyaların keçirildiyi günlərdə prezident Armen Sərkisyanın Ermənistanla Avropa İttifaqı arasında müqaviləni imzalaması da maraqlı gedişdir. Ermənistan hakimiyyəti fasiləsiz aksiyalarla “demokratiya” görüntüsü yaratmaq, eyni zamanda “müsbət imicə malik ölkə” kimi Avropanın gözünə girmək istəyir.

Düzdür, Paşinyan ölkədə “məxməri inqilab”ın başlandığını elan edib. Lakin S.Sərkisyan kimi qaniçən məxməri inqilabın real olduğunu bilsə, günlərlə davam edən aksiyalara dözməzdi. Rus tarixçisi Andrey Zubov kimiləri də “Ermənistanda bir inqilab var. Serj Sərkisyan erməniləri öz yalanları, ”əbədi hakimiyyəti" və kriminal avtoritetlərlə əlaqələri ilə bezdirib"-kimi statuslar yazırlar. Lakin S.Sərkisyanın hətta 2016-cı ilin aprel döyüşlərindən sonra erməni xalqının qəzəbini səngitmək üçün polis alayını ələ keçirən “silahlı qiyamçılar”la bağlı hazırladığı tamaşanı heç kim unutmayıb. Tamamilə mümkündür ki, keçmiş məhbus, indiki deputat, İcevan ermənisi N.Paşinyan özü də bu tamaşada baş rol alıb, yaxud, sadəcə, onun bu tamaşanı oynamasına müəyyən dövr üçün şans yaradılıb. Xatırladaq ki, N.Paşinyan S.Sərkisyanın əzəli rəqibi Levon Ter-Petrosyanla yollarını ayıran birisidir. Belə ki, o, 2013-cü ildə Ter-Petrosyanla aralarında yaranmış mübahisə nəticəsində Konqresi tərk edib və “Vətəndaş razılaşması” Partiyasına üzv olub.

Paşinyan ile ilgili görsel sonucu

2016-cı ildə isə “Vətəndaş razılaşması”da daxil olduğu “Yelk” (Çıxış) blokunun tərkibində parlamentə seçilib. O da ola bilər ki, Paşinyan elə Sərkisyanın əlinə oynasın. Ümumiləşdirsək, 2008-ci ildə qanla hakimiyyəti qəsb edən Serj Sərkisyanın “məxməri inqilab” edənlərə tab gətirməsi inandırıcı görünmür. Deməli, bu hadisələr onun özü üçün də lazımdır.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Serj Sərkisyan qan tökməklə də olsa, bu aksiyanın iğtişaşlara dönməsinin qarşısını alacaq: “Əks təqdirdə aksiya  böyüyəcək və ölkənin bütün regionlarını əhatə edəcək. Aksiyaların daha da genışlənməsi hakimiyyətı istər-istəməz sərt qərarlar qəbul etməyə sövq edəcək. Serj Sərkısyan qan tökməklə də olsa, bu iğtişaşları yatırmaq istəyəcək”.

Paşinyan ile ilgili görsel sonucu

Q.Çaxmaqlının fikrincə, Ermənistan paytaxtındakı hadisələr  oyuna bənzəmir və “Yelk” Partiyası özünü müxalifət kimi təsdiq etmək üçün münasib fürsəti dəyərləndirir: “Ermənistanda Raffi Hovvanisyan və Ter-Petrosyanın başında dayandığı Ermənistan Milli Konqresindən sonra ortada xalqı öz arxasınca aparacaq və onu devirmək gücündə olan bir qüvvə, hələ ki, yoxdur. Paşinyan 2008-ci ildə həbs olunandan sonra qəhrəmana çevrilib, Qərb də onu əsas dirənişçi güc olaraq hazırlayır. Amma Qərbin Ermənistanda rəngli inqilab etmək kimi bir fikri yoxdur, inqilabın olmasına da yardım etmək imkanı məhduddur”.

Ekspert təsdiqlədi ki, Moskva Serj Sərkisyanın arxasında olduğunu Putinin təbriki ilə bir daha təsdiqlədi:“Ermənistanda hakimiyyət dəyişikliyi Rusiyanın icazəsi olmadan mümkün deyil. Heç şübhəsiz ki, bunun qarşılığında Sərkisyan Rusiyanın siyasəti nədirsə, onu da həyata keçirəcək. Rusiyanın siyasəti Ermənistanla bağlı nədir? Ermənistan Yaxın Şərqə ən yaxın ölkə olaraq Rusiyaya, hələ ki, lazımdır. Burada Rusiyanın hərbi bazası var və bundan sonra da qalacaq. Deməli, Moskva Ermənistanı özünün strateji ortağı olaraq görəcək”.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Q.Çaxmaqlı əlavə etdi ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllini ermənilərin istəyindən kənarda heç zaman görmür. Üstəlik, özünün mənafeləri baxımından bəzi dəyişikliklərə gedə bilər: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələnin həllinin başqa alternativinin olmamasını irəli sürən Rusiyadır, eyni zamanda xalqların öz müqəddəratını təyinetmə haqqını da önə sürən və Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə buna çalışan Rusiyadır. Bu iğtişaşların böyüməsi təqdirində Rusiya özü müdaxilə edəcək. İğtişaşların böyüməsi və Dağlıq Qarabağda olan texnikaların, tankların Ermənistana göndərilməsi təqdirində, əlbəttə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək imkanı yarana bilər, amma mən buna az ehtimal verirəm. Çünki Rusiya bizim arzu etdiyimiz qədər zəif deyil, hələ Yaxın Şərqdə başı o dərəcədə qarışmayıb. Hər halda bu olayları ciddi izləməli, ondan necə yararlanacağımızı yaxşı oxumalıyıq və münasib məqamı gözləməliyik. Artıq bir çox səviyyələrdə də səsləndirilir ki, məsələnin sülh yolu ilə həll edilmə perspektivi azalmaqdadır. Dünyada gedən proseslər də göstərir ki, hər şeyi silah və güc həll edir”.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
Hamısı