300 milyon çinli Çin kommunist partiyasını tərk edib proses həbslər və qətllərlə müşayiət olunur

Analitika 17:50 22.04.2018

Çinlilərin Çin kommunist partiyasından (ÇKP) çıxmaq üzrə kütləvi hərəkatı keçən ay yüksək nəticəyə çatıb. ÇKP-yə və onun törəmə təşkilatlarına üzvlükdən ictimai şəkildə imtina edən çinlilərin sayı martın 24-də 300 milyon nəfərə yetişib. Müqayisə üçün: indi ÇKP-də 90 milyon nəfərə yaxın üzv var.

Kompartiyadan çıxmaq üzrə hərəkat 2004-ün sonunda Çinin “Epoch Times” nəşrində “Çin Kommunist Partiyası haqda doqquz şərh” başlıqlı silsilə məqalələrin dərcindən sonra başlanıb. Partiyanın mənşəyi, mahiyyəti, tarixi və indiki cinayətləri haqda bu məqalələr milyonlarla insanı partiya təşkilatlarilə əlaqələrdən imtina etməyə ruhlandırıb. Bu hərəkat Çin dilində “Tuydan” adlanır.

Aşağıda ÇKP sıralarını niyə tərk etmək qərarına gəlmiş iki çinlinin başına gələnlər göstərilib.

Lyunun əhvalatı

Lyu Tszyanqo bələdiyyə xidməti idarəsində mülki məsələlər üzrə Pekin bürosunun direktoru işləyib. Buna qədər isə 38-ci ordunun komandanı Syue Sinsyanın şəxsi sürcüsü işləyib.

Syue 1989-cu il iyunun 4-də Tyananmen meydanında bədnam ad çıxarmış qırğın da tələbələrin etirazını boğmaq üçün Pekinə qoşun yeritməkdən imtina edib. Əmrin pozulmasına görə Syueni ev dustağı ediblər. Sonra məmuru tutduğu vəzifədən uzaqlaşdıraraq həbs edib və beş il azadlıqdan məhrumolma cəzasına məhkum ediblər.

Syuenin şəxsi sürcüsü kimi Lyuya da işgəncə veriblər. O, “Epoch Times” nəşrinə danışıb ki, onu həbs etdikdən sonra yeddi gün havadan asılı vəziyyətdə saxlayıblar. Lyu danışıb: “ÇKP insanları psixoloji baxımdan məhv edir. Ləyaqətdən edir və yaşamaq əvəzinə tez ölmək istəyinə vadar edir”.

Lyu ailəsilə 2017-nin oktyabrında ABŞ-a gələndən bir  həftə sonra “Tuydan” hərəkatının fədailərilə görüşüb. 32 il üzvü olduğu ÇKP-dən çıxmağı qət edib. Lyu partiya rəsmiləri tərəfdən repressiyalardan çəkinməyərək bunu əsil adıyla edib. Lyu öz müsahibəsində  onu ÇKP-yə inamsızlığa gətirən tarixi hadisələrdən danışıb.

Pekin sakinləri 1989-cu il iyunun 3-də tələbələri əzmək üçün Tyananmen meydanına doğru hərəkətlənən ordunu dayandırmağa cəhd ediblər.

O, 10 il sonra isə 1999-cu il aprelin 25-də Çjunnanhayda ÇKP mənzil qərargahı yanında Falunqun meditasiya praktikası ardıcıllarının dinc etirazının şahidi olub. Lyu praktika ardıcıllarının 1999-un aprelində qanunsuz həbs edilən və həbsxanaya salınan cığırdaşlarının azad olunmasına necə nail oduqlarını müşahidə edib. Lyu nağıl edib: “Mən Çjunnanhayın yanından keçməli oldum. Maşını asta sürdüm və sadəcə, çaş qaldım ki, bu adamlar necə bu cür səliqəli və sakit ola bilirlər. Heç harada zibil, ya iğtişaş yox idi. Amma asayişi saxlayan heç bir təşkilatçı görmədim. Yalnız axşam öyrəndim ki, onlar Falunqun ardıcılları imişlər. Orada o qədər çox adam var idi, amma hamısı olduqca mütəşəkkil idi. Onlara heyran qalmışdım!”

Lyu davam edib: “ÇKP-siz Çin xeyli yaxşı olardı”.

Onun Mülki məsələlər üzrə Pekin bürosunda işləyən qızı Lyu Yanyuan da əsil adıyla gənclərin kommunist birliyindən çıxıb.

Bayın əhvalatı

ÇKP sıralarını tərk etməyi qət edən daha bir adam xanımı ÇXR HHQ-də zabit kimi xidmət edən Bay Szimindir.

O öz biznes işlərinə görə tez-tez xaricə gedib. Nəticədə Bayı casusluqda və xarici ölkələrin xeyrinə casusluq üçün nikahdan pərdə kimi istifadə etməkdə şübhəli biliblər.

Bay nağıl edib ki, partiya məmurları ona “sübut” təqdim etməyə və ailəsini dağıtmağa səy göstəriblər. Casuslar onu izləyib, telefonunu dinləyib, portfelini oğurlayıb və qorxutmaq üçün bandit tutublar. Casuslar hətta onu zəhərləməyə cəhd ediblər. Bütün bunlar Bayı yaşlı anası və övladlarını tərk edərək xaricə qaçmağa məcbur edib.

Bay ÇKP təhlükəsizlik aparatının nə qədər korrupsiyalaşdığını aydın görüb.

Bay deyib: “Onlar sizi izləyir, amma deməyə məcbur edirlər ki, yaxşı adamdırlar. Bütün sistem tam çürüyüb, amma diqqəti öz cinayətlərindən yayındırmaq üçün iddia edir ki, orada haradasa oğrular və casuslar iş görürlər. ÇKP dünyada ən böyük terror təşkilatıdır”.

Bay öz işini yerli hakimiyyət qurumlarına şikayət etməyə səy göstərərək bir neçə Falunqun ardıcılıyla görüşüb və rejimin onlarla qəddar davranışının şahidi olub.

“ÇKP bu adamlara düşmən kimi yanaşır. Onları küncə sıxmağa və qohumlardan, həmkarlardan və qonşulardan təcridə çalışır”.

Onun fikrincə, ÇKP-i artıq 300 milyon adamın tərk etməsi faktı ondan xəbər verir ki, getdikcə daha çox çinli kompartiya haqda həqiqəti bilir. Falun Dafa kimi də tanınan Falunqun “Həqiqət, Mərhəmət, Səbir” prinsiplərinə əsaslanan meditativ praktikadır.

Kompartiyanın keçmiş lideri Szyan Szemin bu praktikanın 100 milyon  tərəfdarının partiyanın nüfuzunu sarsıdacağını hesab edərək 1999-da  Falunqun tərəfdarlarının ümummilli təqibinə başladı. Qərb KİV-ləri Çin məmurlarına isnadən bu haqda xəbər verib.

Szyan ardıcılların təqibi və həbsi üçün dövlət güvənlik aparatını səfərbər edib.

“Falun Dafa” informasiya mərkəzinin məlumatına görə, həbs vaxtı işgəncə və qəddar davranış nəticəsində 4 mindən çox ardıcıl həlak olub. Lakin Çindən informasiya almaq çətinlikləri üzündən hesab olunur ki, həlak olanların gerçək sayı xeyli çoxdur.

Bundan savayı, Çində transplantologiyanın qara bazarı fəaliyyətdədir və müstəqil araşdırıcıların məlumatına görə, on minlərlə Falunqun ardıcılı orqan satışı xatirinə qətlə yetirilib. (Strateq.az)

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Hamısı