Erməni "soyqırım"ı həqiqətən baş veribmi? ÖZƏL

Analitika 20:26 24.04.2018
 Tarix mütərəqqi və yaxın əməkdaşlıq yaxud siyasi maraq çərçivəsində gərginliyi artırmaq üçün istifadə edilə bilən, iki əks üzlü sikkə kimidir.

Bu mənada Ermənistanın 1915-ci il hadisələrilə bağlı iddiası yaxın əməkdaşlıqdan uzaqdır və rəsmi İrəvan sikkənin ikinci tərəfinə üstünlük verir.  Ermənistan Türkiyənin Turqut Özalın prezidentliyi dövründən bəri arxivləri açmaq barədə təklifindən imtina edərək 24 aprel hadisələrini siyasiləşdirməyə davam edir.

Amerikalı yazıçısı və politoloq Gunter Levi "Osmanlı imperiyasında erməni qırğınları - mübahisəli soyqırımı" adlı kitabında 1887-ci ildə İsveçrənin Cenevrə şəhərində bir qrup erməni tələbənin "Qnçak" inqilabi partiyasını yaratdığını qeyd edir. Məlum oldu ki, partiyanın üzvləri rus marksist inqilabçı düşüncəsinin təsiri altında idi. Onlar rəqiblərini, casusları və məlumat ötürücülərini aradan götürmək vasitəsi kimi siyasi terrordan istifadə edirdilər.

"Qnçak" partiyasının proqramının altıncı maddəsində deyilir:

"Ümumxalq inqilabı [Ermənistanda] etmək imkanı xarici qüvvələrin Türkiyəyə hücum etdiyi zaman yaranacaq. Partiya daxildən üsyana qalxacaq". [Osmanlı Türkiyəsində erməni qırğını - mübahisəli soyqırım, səh. 17]

Müəllif həmçinin qeyd edir ki, 1890-cı ilin iyun ayında rus-erməni tələbələr yeni təşkilat daxilində bütün inqilabi qüvvələrin birləşməsini müzakirə etmək üçün Tiflisdə, Qafqazın Rusiyaya aid hissəsində iclas çağırdılar. Uzun və qızğın müzakirələrin keçirildiyi sessiyalardan sonra Erməni İnqilabi Federasiyası - Daşnaksütyun adlanan yeni partiyanın əsası qoyuldu. Qnçaklar əvvəlcə ona qoşuldular, amma tezliklə onu tərk edərək ayrıca fəaliyyət göstərməyə davam etdilər.

Bundan başqa, ingilis yazıçısı K.F. Dikson-Conson 1916-cı ildə nəşr olunan "Ermənilər" adlı kitabında yazır ki, 1890-cı illərdə müxtəlif bölgələrdə bəzi inqilabi cəmiyyətlər müntəzəm olaraq türklərə, sahə komandirlərinə (binbaşı) qarşı silahlı hücumlar, siyasi terror aksiyaları təşkil edirdi.

Kitabın müəllifi qeyd edib ki, bir sıra mühüm qələbələr qazandıqdan sonra erməni qoşunları Kertul rayonuna doğru hərəkətə keçdilər, bir neçə türk kəndlərini talan etdilər, nəhayət Anderimi işğal edərək Konakı yandırdılar. Zeytun adlı bölgəyə geri qayıdarkən Çukarhisarda bir çox alçaq cinayətlərlər törətdilər.

Mənbə: "Ermənilər", səh. 53

Bu cür özbaşınalıq meydana gəldikdən sonra müsəlmanlar və kürdlər şişirdilmiş məruzələrdən qəzəblənərək, zəngin və bazar ermənilərinin sərvətinə göz dikdilər.

Erməni tarixçiləri əcdadlarının Osmanlı padşahlarının dini ayrı-seçkiliyinə məruz qalması ilə qarşılaşdıqlarını iddia edirlər.

Amerikalı jurnalist və "Osmanlı imperiyasında New York dünyası"nın xüsusi müxbiri Sidney Uitmen 1914-cü ildə "Türk xatirələri" adlı kitabında əgər türklər başqa dinə etiqad edənləri fanatikcəsinə məhv etsəsəydilər o zaman yəhudilərə və Roma katoliklərinə, yunan xristianlarına türk imperiyasının bütün bölgələrində dini ayinlərini sərbəst şəkildə həyata keçirməyə və bir sıra məshəblərin protestant missionerlərinə ölkəyə daxil olmağa icazə verməzdilər. Bütün bunlar erməni probleminin dini deyil, siyasi olduğunu sübut etmirmi?

Sidney Uitmen daha sonra deyir ki, bir xəstəxanaya baş çəkərkən orada təxminən qırx türk əsgərininin olduğunu görüb. Onlar 1914-cü ildə küçə döyüşləri zamanı erməni bomba və ya tapançalarından açılan atəşlə yaralanmışdılar.

Image result for ottoman war

Beləliklə, inqilabçılar 1915-ci ildə türklərə qarşı siyasi terroru davam etdirirdilər. Kapitan Emori Nayls və Artur Sazerlend 1919-cu ildə ABŞ-ın Şərqi Anadoludakı rəsmi missiyasında "Vandan keçməklə Bitlisdən Bəyazitə qədər olan bölgədə ermənilər hər şeyi məhv etdilər, lakin ruslar bölgədən uzaqlaşdıqdan sonra onlar ölkənin tabeçiliyində qaldılar və Türkiyə ordusu gücləndikdən sonra  müsəlmanlara məxsus hər şeyi dağıtdıqları barədə məlumat veriblər. Bundan əlavə, ermənilər müsəlman əhalisi arasında qətllər, təcavüz, yanğınlar və dəhşətli vəhşiliklər törətməkdə ittiham olunurlar. Məsələn, Bitlis və Van şəhərlərində toxunulmamış qalan məhəllələr yalnız ermənilərin yaşadığı məhəllələr idi halbuki, müsəlmanların yaşadığı məhəllələr tamamilə məhv edilmişdi".

Birinci Dünya Müharibəsinin başlanğıcında ermənilərin ikili oyunu Almaniyanı müttəfiqi Türkiyəyə ermənilərin kütləvi köçürülməsinə başlamağı təklif etməyə məcbur etdi. Amerikalı missionerlər Uşer və Knap 1917-ci ildə nəşr olunan kitabda "Prussiya hökumətinin planladığı deportasiyalar ilk mənbədən alınan məlumat olduğuna görə şübhə altına salına bilməz" şəklində böyük bir inamla fikirlərini ifadə ediblər.

Son on beş ildə bir neçə müəllif Almaniyanın deportasiyaya görə məsuliyyəti məsələsini yenidən qaldırdılar. 1989-cu ildə nəşr olunan bir kitabda Artyom Ohancanyan Almaniyanın ermənilərin deportasiyasını təklif etdiyini iddia edib.

29 Avqust 1915-ci ildə Daxili İşlər naziri Tələt Paşa bütün əyalətlərə aşağıdakı fərmanı verdi:

"Hökumətin ermənilərin evlərindən çıxarılması və onların müəyyən rayonlarda məskunlaşdırılması yolu ilə çatmağa ümid etdiyi yeganə məqsədi onların hökumətə qarşı fəaliyyətlərinə mane olmaq və Ermənistan hökuməti yaradılması arzularını yerinə yetirə bilməyəcək bir vəziyyətə salmaqdır" .

Mayor Vilhelm Leopold Kolmar Frayer fon der Qolç və leytenant polkovnik Feldmanın məsuliyyət daşıdığı bu kütləvi deportasiyalar nəticəsində çoxlu sayda erməni öldü.

Alman alimi Xristian Gerlaha görə,  insanların ölümü ərzaqla bağlı fəlakətli durum və quldurların hiyləsinin nəticəsi idi. Deportasiya olunmuş insanların dəhşətli taleyi mərkəzləşdirilmiş məhv sxeminin ideyası deyildi.

Daşnaklar və Qnçaklar kimi erməni hərbi təşkilatı tərəfindən qətlə yetirilmiş türk diplomatlarının siyahısı 1887-ci ildə formalaşmış siyasi terror strategiyasının davam etdirilməsinin sübutudur.

Mehmet Baydar, Santa Barbara, Kalifornia, Baş konsul, 27 Yanvar 1973

Bahadır Demir, Konsul, Santa Barbara, Kaliforniya, 27 Yanvar 1973

Kamal Arıkan, 28 Yanvar 1982-ci ildə Los Angelesdə ESƏD-in (erməni terror təşkilatı) üzvləri Hampiq Sasunyan və onun köməkçisi tərəfindən öldürüldü

Daniş Tunalıgil, Vyana, səfir, 27 Oktyabr 1975

İsmayıl Erez, Paris, səfir, 24 oktyabr 1975

Talip Yener, Sürücü, Paris, 24 Oktyabr 1975

Oktar Cirit, Türk səfirliyinin birinci katibi, Beyrut, 16 Fevral 1976

Taha Carım, Vatikan və İtaliya, səfir, 9 iyun 1977

Necla Kuneralp, Türkiyənin Madriddəki səfirinin yoldaşı, Zeki Kuneralp, 2 iyun 1978

Bəşir Balcıoğlu, Madrid, keçmiş səfir, Yunus Kuneralpın qardaşı 2 İyun 1978

Əhməd Benler, Haaqa, səfirin oğlu, 12 oktyabr 1979

Yılmaz Çolpan, Paris Turizm məsləhətçisi, 22 dekabr 1979

Qalib Özmen, Afina, attaşe, 31 İyul 1980

Neslihan Özmen, Afina, attaşenin qızı, Özmen, 31 iyul 1980

Şarık Arıyak, Sidney, Baş konsul, 17 dekabr 1980

Engin Sever, attaşe, 17 dekabr 1980

Reşat Moralı, Paris, əmək üzrə attaşe, 4 Mart 1981

Tecelli Arı, Dini məsələlər üzrə işçi, 4 Mart 1981

M. Savaş Yergüç, Cenevrə, Yerli Katib, 9 İyun 1981

Cemal Özen, Paris, attaşe, 24 Sentyabr 1981

Orhan Gündüz, Boston, fəxri Konsul, 4 May 1982

Erkut Akbay, Lissabon, İdarəetmə üzrə attaşe, 7 İyun 1982

Atilla Altıkat, Ottawa, polkovnik, hərbi attaşe, 27 Avqust 1982

Bora Süelkan, Burgaz, idarəetmə üzrə attaşe, 9 Sentyabr 1982

Nadide Akbay, Lissabon, İnzibati məsələlər üzrə attaşenin həyat yoldaşı, 8 Yanvar 1983

Qalib Balkar, Belqrad, səfir, 9 mart 1983

Dursun Aksoy, Brüssel, İdarəetmə üzrə attaşe, 14 İyul 1983

Cahide Mıhçıoğlu, Lissabon, müşavirin həyat yoldaşı, 27 İyul 1983

Işık Yönder, Tehran, Yerli Katibinin həyat yoldaşı, 28 Aprel 1984

Erdoğan Özen, Vyana,attaşe, 20 İyun 1984

Evner Ergun, Vyanada Beynəlxalq məsələlər üzrə məsul işçi, 19 Noyabr 1984

Çətin Görgü, Afina, mətbuat attaşesi, 7 Oktyabr 1991

Çağlar Yücel, Bağdad, attaşe, 11 dekabr 1993

Haluk Sipahioğlu, Türkiyə səfirliyinin müşaviri, Afina, 4 iyul 1994

Bütün faktlara baxmayaraq, Ermənistan bu gün bütün bu tarixi faktları inkar edərək, 1915-ci il hadisələrindən Türkiyəyə qarşı "soyqırım kartı" kimi istifadə etməklə siyasi ambisiyalarını yerinə yetirməyə davam edir.

 

Fərid Həsənov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Hamısı