Ermənistandakı hadisələr Rusiya və Azərbaycana necə təsir edəcək? ÖZƏL

Analitika 13:57 26.04.2018

Oleq Kuznetsov

Rusiyalı politoloq və tarixçi,

özəl olaraq Eurasia Diary üçün

Ermənistanın baş naziri Serj Sarkisyanın könüllü olaraq öz postundan istefa verməsi sözsüz ki,  bu gün və növbəti bir neçə gündə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün post-sovet məkanı və hətta Avropa üçün əsas siyasi xəbər olacaq. Lakin mən də daxil olmaqla bir çox siyasətçilər, politoloqlar və ictimai xadimlər İrəvanda hakim siyasi rejimin əvvəlki illərdə də olduğu kimi etirazçılara qarşı silahdan istifadə edəcəklərini düşünürdük. Çünki, 1992-ci ildə Sarkisyan Xocalıda dinc sakinlərin qətlə yetirilməsi üçün əmr vermişdi və İrəvanda kütləvi qətllər törədilməsindən çəkinməyəcək. Xüsusilə də, sosial şəbəkələrdə onun Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələrinə aid tank əleyhinə bölmələri İrəvana yeridəcəyi ilə bağlı şayələr dolaşırdı.

Serj Sarkisyan niyə istefa verdi?

Heç şübhəsiz ki, Sarkisyanı istefa verməyə əsgərlərin bir hissəsinin erməni müxalifətinin tərəfinə keçməsi məcbur etdi. Bunu təkcə müxalifət deyil, həm də Rusiya və dünya mətbuatı yazırdı. Həm də böyük ehtimalla onlar İrəvanda kütləvi nümayişləri yatırmaq üçün Qarabağdan çıxmış əsgər və zabitlər idi.

Ermənistandakı hadisələr tamamilə daxili münaqişədir. Məlum olduğu kimi, ermənilər özünə vurğun və buna görə də, öz daxili ziddiyyətlərini ictimaiyyətə çatdırmaq istəməyən birləşmiş bir xalqdır. Buna baxmayaraq, bu gün söyləyə bilərik ki, Ermənistanın yeni tarixində yeni bir tarixi dövr başlayıb. Belə ki, "Mail.ru"nun xəbər lentində Serj Sarkisyanın istefası barədə məlumat dərc olunanda onun altından belə bir şərh yazılmışdı: "Bu necə ola bilər? Bu gün Ermənistan - odur, o - Ermənistandır". Bu sözlərin müəllifi ilə tam razıyam, çünki Serj Sarkisyan 1999-cu ilin noyabrından etibarən Ermənistanda mövcud olan siyasi rejimi təcəssüm etdirirdi. Həmin vaxt Milli Məclisdə terror aktının törədilməsi nəticəsində hakimiyyətə "Qarabağ klanı" gəldi.

Əslində, bu mahiyyətcə Dağlıq Qarabağın erməni separatçılarının qeyri-qanuni silahlı qruplaşmalarının son 18 il ərzində Ermənistanı tam və cəzasız şəkildə idarə etdiyi köhnə sahə komandirlərindən ibarət dəstə idi.

Serj Sarkisyanın istefası ilə, bu faşist rejimin hakimiyyətdə peyda olması ilə əlaqəli yeni Ermənistanın tarixinin bir səhifəsi çevrildi və ümid edirəm, bu həmişəlik bağlandı. Bundan sonra tamamilə məntiqli bir sual yaranır: Daha sonra nə olacaq? Buna cavab olaraq, hadisələrin inkişafının iki mümkün ssenarisini görürəm.

Bundan sonra nə olacaq?

Birinci variant inqilabdır. Serj Sarkisyan vəzifədən Amerika yönümlü müxalifətin çox yaxşı təşkil və nəzarət etdiyi etirazçı xalqın təzyiqi altında getdi. Mənfi göstəriciyə malik iqtisadiyyatı olan dövlət üçün əhalinin etirazçı çıxışları qanyunauyğundur və buna görə də Sarkisyanın istefasından sonra İrəvandakı nümayişlərin sona çatacağına zəmanət vermək olmaz. Böyük ehtimalla İrəvanda nümayişlər dayanmayacaq ancaq şüarları dəyişəcək. İstefa tələbinin yerinə baş nazirin hansısa erməni politoloqunu seçməsini təqdir etməyi tələb edəcəklər.

Və mən əminəm ki, bir dəfə nümayiş keçirən millət vəkilləri ikinci dəfə də bunu edəcək. Və sonra "həqiqət anı" gələcək və biz hamımız Ermənistanda hakimiyyətin dəyişdirilməsini təşkil edən xarici sponsorların kim olduğunu biləcəyik. Və bu xalqın təyin olunmasını tələb etdiyi namizəd olacaq.

Əslində isə, Mixail Saakaşvilinin hakimiyyətə gəldiyi Gürcüstandakı vəziyyətin bənzəri Ermənistanda da olacaq.

Maraqlar dairəsi

Bu gün Ermənistanda  Rusiya və ABŞ-ın geosiyasi və hətta geostrateji maraqlarının toqquşduğu meydana çevrilib. Amerika Birləşmiş Ştatları üçün Serj Sarkisyan rejimini devirmək və Saakaşvili nümunəsində olduğu kimi Ermənistan ərazisində Rusiyanın hərbi varlığına son qoymaq Ön Asiyada geostrateji sahədə itirdiklərini bir növ kompensasiya etmək üçün effektli və səmərəli yol olacaq. Ermənistanda Amerika meylli qüvvələrinin hakimiyyətə gəlməsi həm Rusiya, həm də İran üçün ciddi mənəvi zərbə ola bilər.

Rusiya və Azərbaycan üçün nəticələr

Rusiyanın Cənubi Qafqaz regionunda siyasəti üçün iki ciddi nəticələr olacaq. Birincisi, Rusiyanın daxili siyasi proseslərində erməni lobbisinin təsiri zəifləyəcək. İkincisi, Azərbaycan Cənubi Qafqazda Rusiya ilə mehriban qonşuluq münasibətlərinin olduğu yeganə ölkəyə çevriləcək. Bu halda, Moskva Azərbaycanın hərbi əməliyyatlarını təsdiq edəcək ki, bu da işğal olunmuş əraziləri terrorçu və qondarma "Artsax" dövlətindən azad etmək və Moskva-Ankara- Bakı regional təhlükəsizlik üçbucağını qurmaq, Cənubi Qafqaz regionunda nəhayət sabitlik və təhlükəsizliyi təmin etmək üçün yaxşı şans ola bilər.

Nəticə

Ermənistan Rusiyanın təsiri altında qaldığı müddətdə dövlət ideologiyası və xarici siyasət kursunun liberallaşdırılması üçün şans var. Əgər Ermənistanda hakimiyyətə Amerika meylli qüvvələr gələrsə erməni millətçiliyi və türkofobiya daha da artacaq. ABŞ Sovet İttifaqının "Soyuq müharibə" zamanında etdiyi kimi Ermənistandan və məşhur "erməni məsələsi"ndən regionda, Ön Asiyada və Mərkəzi Asiyada öz maraqlarını təmin etməkdə Türkiyəyə və bütün türk dünyasına qarşı təzyiq vasitəsi kimi istifadə edəcək.

Əgər bu baş verərsə, Ermənistan-Azərbaycan münaqişəsinin rolu bütün müsəlman Asiyasında regional geosiyasətin faktoru kimi yalnız artacaq. Buna görə də, Qarabağın azad edilməsi üçün aparılacaq müharibə və terrorçu və qondarma "Artsax"  dövlətinin məhv edilməsi  yeni şərtlərdə lokal konflikdən Avrasiya və Avropa maraqlarının toqquşduğu geostrateji əhəmiyyət kəsb edəcək.

Bununla paralel olaraq, biz bunu etiraf etmək istəsək də, istəməsək də Azərbaycanın dünya xəritəsində iradə və imkanlarından Cənubi Qafqazın hüdudlarından kənarda belə sülh və sabitliyin asılı olacağı hərbi-siyasi vahid kimi rolu artmaqdadır.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
18:13 20.04.2024
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hamısı