Yaxın Şərqdə toqquşan maraqlar ÖZƏL

Analitika 18:06 26.04.2018

Yaxın Şərqdə, xüsusilə də, Suriya bölgəsində nisbi sakitlik hökm sürür. Lakin bu müvəqqəti vəziyyətdir. Yenidən böyük güclərin fəallığının şahidi ola bilərik. Regionda əsas aktorlar ABŞ, Rusiya, Fransa, Türkiyə, İran və Əsəd rejimidir.

Əvvəlcə, hər bir dövlətin ayrı-ayrılıqda maraqlarından danışmaq istərdim. 

ABŞ-ın regionda maraqlarından danışarkən ilk növbədə "Böyük Orta Doğu Projesi"-ni qeyd etməliyik. Belə ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd Türkiyə, İran kimi ölkələrin sərhəddində Böyük Kürdüstan dövləti yaratmaqdır ki, bununla da həmin ölkələri parçalamaq məqsədi güdülür. Bu səbəbdən də ABŞ bu bölgədə xüsusi fəallıq nümayiş etdirir. Rusiya ilə birbaşa olmasa da hərbi toqquşmaların əsas səbəbi də məhz bu amildir. Təbii ki, Rusiya istəməz ki, ABŞ regionda bu dərəcədə hegemonluq etsin. Digər tərəfdən də hal-hazırda Suriyada Rusiyaya sadiq vassal olan Bəşər Əsəd hakimiyyətdədir. Lakin, Böyük Kürdüstan dövləti yaranacaq olsa bu birbaşa ABŞ-ın idarəetməsi şəraitində olacaq.

Image result for syria interests

Rusiyanın əsas məqsədi qeyd etdiyim kimi, hər hansı bir ölkənin regionda üstünlük qazanmasına imkan verməməkdir. Rusiyanın qarşısında bir koalisiya formalaşıb ki, Rusiya bu mənada olduqca çətin vəziyyətə düşüb. Ona dəstəyini göstərən dövlət isə Türkiyə oldu. ABŞ və Qərb bloku qarşısında sanksiyalara məruz qalan Rusiya bununla müvəqqəti də olsa rahatlaşa bildi.

Fransaya gəldikdə isə Emmanuel Makronun bu fəallığını ona borcluyuq ki, Fransa Avropa İttifaqının hegemon dövlətlərindən biridir və nəzərə alsaq ki, Almaniya bu məsələlərdə o qədər də fəallıq göstərmir, Fransanın aktivliyini başa düşmək olar. Bu mənada regionda baş verən hadisələrdə öz reaksiyasını ortaya qoymaqda əsas məqsədi Fransanın da var olmasını vurğulamaqdır. Bundan əlavə, Fransa ümumiyyətlə, Qərb də istəməz ki, Türkiyə Suriyada üstünlüyə malik olsun. Hətta ölkədəki mətbuat orqanlarının da bu mənada Fransa hökümətinə iradlarının və təzyiqlərinin şahidi olmuşduq. Belə ki, Fransa mətbuatında belə bir məqalə dərc edilmişdi, "Türkiyəyə Suriyada irəliləməyə imkan vermək olmaz. Türkiyə güclənir!". Təbii ki, Qərb Osmanlının hakimiyyətini hələ unutmayıb. Məhz bu yazıdan bir qədər sonra Fransa höküməti Suriyada əsas aktorlardan birinə çevrildi. Yaxın günlərdə E.Makronun Donald Trampla ABŞ-da görüşü oldu. Görüşün əsas məqsədi iki ölkə arasındakı əlaqələrin 250 illiyi ilə əlaqədardısa da, əsas müzakirə mövzusunun Suriya ilə bağlı olduğu məlum idi.

Türkiyəyə gəldikdə isə deyə bilərəm ki, hal-hazırda Türkiyə gözləmə mövqeyi tutub. Əsas səbəblər isə bunlardır: 24 iyunda keçiriləcək prezident seçkiləri, ölkədəki iqtisadi vəziyyət və s. Türkiyənin regionda bir marağı var ki, o da ölkə sərhədlərinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. "Zeytun Budağı" əməliyyatı da məhz bunun üçün nəzərdə tutulmuşdu. Böyük güclər arasında münasibətlərin kəskinləşdiyi bir vaxtda Türkiyə Rusiya ilə müttəfiqlik xəttini götürdü. Bunun da bir sıra səbəbləri vardı. Əvvəla, Rusiya Türkiyəyə dəstəyi qarşılığında Atom Elektrik Stansiyalarının inşasında yardımçı oldu. Hansı ki, Türkiyə 1955-ci ildən bəri bu layihəni arzulayırdı. Bununla da Türkiyə ölkəni elektrik enerjisi ilə təmin edə bilir. Digər məsələ isə S400-lərlə bağlıdır. Belə ki, ABŞ tərəfinin Türkiyəyə mane olmasına baxmayaraq, Türkiyə bu mənada öz qətiyyətini ortaya qoymuşdu. Aprel ayının 3-4-də Ankarada keçirilmiş Zirvə görüşü zamanı da. ABŞ isə Türkiyə S400 alacağı təqdirdə onlara F35 silahlarını satmayacağını bildirirdi. Türkiyənin Afrin əməliyyatlarından sonra ABŞ-a inamı itdi və artıq Rusiya ilə nəyəsə nail olmağa cəhd edir. Seçkilərdən sonra, hətta seçki ərəfəsində də Türkiyə yarımçıq qalmış işini tamamlamağa cəhd edə bilər. Yəni, Menbiçə doğru irəliləyə bilər. Bununla da daxili siyasətini tənzimləmək məqsədi güdə bilər ki, seçkilərdə vətəndaşların bu çətin vəziyyətdə Ərdoğanı iqtidardan düşürməyəcəyinə ümid edə bilər !

İran da təbii ki, bölgədə əsas aktorlardan biridir. İranın əsas məqsədi nədir? Daha dəqiq desək marağı nədir regionda ?

Düşünürəm ki, İranın hazırda əsas məqsədi eynilə Rusiya kimi hər hansı bir ölkənin bölgədə üstünlüyə yiyələnməsinin qarşısını almaqdan ibarətdir. İran da yaxşı başa düşür ki, Suriyanın hazırki vəziyyəti İran üçün yaxşı heç nə vəd etmir.

Belə deyək, Suriya İranın "red line"-dır. Çünki mövcud situasiyaya, "Böyük Orta Doğu projesi"nə nəzər saldıqda görərik ki, Suriyanın çökməsi regionda "domino" effekti yarada bilər. İranın fəallığı ölkəsi üçün bu mənada vacibdir!

Bəşər Əsəd üçün deyə bilərik ki, Əsəd Rusiya vassalı olmağa razıdır, nəinki sonda Səddam Hüseyn və ya Muəmmər Qəddafinin aqibətilə üzləşmək ehtimalına. Bu səbəbdən də əslində baş verən hadisələrdə Əsəd deyil Rusiya amilini nəzərə almağımız daha məntiqli olardı.

Onu da qeyd etməliyəm ki, Suriyadakı hadisələrə yalnız siyasi sferada baxmağımız bir qədər sadəlövhlük olardı. Çünki bölgədə siyasi mübarizəylə yanaşı iqtisadi və hərbi maraqlar da var. Belə ki, ilk növbədə qeyd edək ki, Suriyanın digər ərəb ölkələri ilə müqayisədə nefti o qədər də çox deyil. Lakin strateji cəhətdən olduqca əhəmiyyətlidir. Suriya Aralıq Dənizinin yaxınlığında yerləşir ki, bu da marağı daha da artırır.

Məsələn, ABŞ-ın Dəməşqi bombalayarkən əsas məqsədlərindən biri də məhz silah reklamı idi. Bu isə birbaşa Türkiyəyə mesaj idi. ABŞ bununla demək istəyir ki, sizin seçdiyiniz S400 lər bizim sizə təklif etdiyimiz silahlar qarşısında acizdir!

Rusif Mamedoff adlı şəxsin şəkli.

Rusif Məmmədov,

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Hamısı