Strateji səfər Azərbaycan-Çin hərbi-texniki əməkdaşlığı nələr vəd edir?

Analitika 19:12 26.04.2018
Çin Xalq Respublikası BMT TŞ-nın üzvlərindən biridir. 1991-ci ilin oktyabrın 27-də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlərlərdən biridir. Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər 1992-ci ilin aprelin 2-də yaradılıb və 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyinin açılış mərasimi keçirilib. 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının ÇXR-də səfirliyinin açılması barədə qərar qəbul edib. 

Pekinlə Bakı arasında siyasi, hərbi, energetika, kənd təsərrüfatı, nəqliyyat, yüngül sənaye və digər sahələrdə əməkdaşlıq getdikcə genişlənir. Çin şirkətləri keçən illərdə Azərbaycan iqtisadiyyatına 300 milyon dollardan artıq sərmayə qoyub. Bu ölkə Azərbaycanın neft-qaz layihələrində iştirak edir. Bundan başqa, son zamanlar maşınqayırma, kənd təsərrüfatı sahəsinə xüsusi maraq göstərir. Tarixi “İpək Yolu” layihəsinin bərpasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biri məhz ÇXR oldu. 


 
Çin Respunlikası ilə Azərbaycan BMT də daxil olmaqla müxtəlif beynəlxalq qurumlarda uğurlu əməkdaşlıq edirlər. Çin yeni dünya nizamına və qloballaşmaya özünəməxsus təmkinlə, uzaqgörən daxili və xarici siyasətlə, sakit templə daxil olaraq, proseslərdə yavaş-yavaş öz təsirini gücləndirir. Dünya siyasətində ABŞ-ın irəli sürdüyü fundamental insan hüquqları prinsiplərinə qarşı özünün beş əsas prinsipini - dövlətlərin suverenliyi, ərazi bütövlüyü, münaqişələri dinc yolla, müdaxilə etmədən tənzimləmək, dövlətlərin beynəlxalq hüquq qarşısında bərabərliyi və müxtəlif quruluşlu ölkələrin dinc yanaşı yaşaması prinsipini qoyur. Bu prinsiplər maraqlarımıza cavab verdiyi üçün Azərbaycanın Çin ilə hərbi-texniki sahə də daxil olmaqla bir çox sahələrdə paralel əməkdaşlıq etməsi təbiidir. Dağlıq Qarabağ, Tayvan,Tibet və "Şərqi Türküstan" məsələlərində Azərbaycan və Çin Respublikaları bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəkləyirlər. 

Çinin əsas enerji mənbəyi olan Fars körfəzində son dövrlərdə vəziyyət getdikcə daha qeyri-sabit xarakter almağa başladığından Xəzər hövzəsi Pekin üçün alternativ enerji mənbəyi rolunu oynaya bilər. Bu baxımdan, Çin üçün ən cəlbedici ölkələr sırasına Orta Asiyanın Qazaxıstan və Türkmənistan dövlətləri ilə yanaşı, Cənubi Qafqazda Azərbaycan da daxildir. ÇXR dünyada 200 miyard dollardan çox hərbi büdcə ilə silah ixracına görə ABŞ-dan sonra ikinci yeri tutur. Amerika ilə aralarında olan fərq sürətlə azalan xətlə üzrə davam edir. Çin 1964-cü ildən rəsmən nüvə dövləti olduğunu elan edib.

Çin və ABŞ arasındakı gərgin əlaqələr Çin hərbi sənaye kompleksini (HSK) daim yeni texnologiyalar sahəsində öndə olmağa vadar edir. Son 25 il ərzində sürətlə inkişaf edən Çin HSK, dünyadan ABŞ-dan sonra ən müasir 5-ci nəsil qırıcılara sahib olan ikinci ölkədir. Hipersəs silahlar, aviadaşıyılar, yeni ÖAQ, tanklar və s. avadanlıqlar rəqib dövlətləri dərindən düşünməyə vadar edir. Bundan əlavə, Vaşinqton Çin silahlarının ixracının Cənubi Asiya və Afrikada hərbi balansı sarsıda biləcəyindən narahatdır. Bir tərəfdən Yaşın Şərqdə terror qruplaşmaları kimi tanınan birləşmələrə qanunsuz silah tədarükü həyata keçirən ABŞ adminstrsiyası, Çinin modern silahlarının Sudan və İran ordusuna verilə biləcəyindən narahatdır. Bunun baş verəcəyinə və ya artıq baş verdiyinə şübhə etmək lazım deyil. İran və Sudan Çinin əsas neft tədarükçülərdir, əlbəttə ki, Pekin onlara Qərb tərəfindən nəzarət edilməsinə razı ola bilməz.

Ermənistan-Çin münasibətləri

Keçən il Ermənistan hakimiyyətində yeni təmsil olunmağa başlayan müdafiə naziri Vigen Sarkisyanın özünəməxsus bir sarkazmla Çinə səfər etməsi barədə məlumatlar yayıldı. Ermənistanın hərbi büdcəsindən xəbəri olmayan hər hansı bir şəxs səfər sonrası verilən bəyanatlardan belə nəticə çıxara bilərdi ki, Çin büdcəsinin kəsiri İrəvan tərəfindən bağlanan müqavilələrlə tam qapanıb. 

 
Təbii ki, onun hərbi-texniki əməkdaşlıq üzrə apardığı danışıqlar Rusiya tərəfindən etirazla qarşılandı. Rusiyanın hakim dairələrinə yaxın bir çox agentliklər olduqca sərt mövqe sərgiləyərək Ermənistanın Rusiya kreditinə Çin silahı almaqla Moskvanı şantaj etməsini ciddi tənqid etdilər. Burada məqsəd Rusiyanın onsuz da ucuz satdığı silahları İrəvanın daha da ucuz almaq istəyi idi. Lakin Ermənistanın aşağı alıcılıq qabiliyyəti bu ticarətin həcminin cılız olacağından və Çin üçün simvolik xarakter daşıyacağından xəbər verirdi. Sonradan məlum oldu ki, bu müqavilə Çində Ermənistanın səfirliyinin təməl qoyma mərasiminin ardından siyasi proseslərə rəng qatmaq məqsədi daşıyıb. Borc bataqlığında və siyasi böhran vəziyyətində çırpınan Ermənistanın qeyri-sabit davranışı nəinki bu müqavilənin, hətta əvvəlki müqavilələrin də taleyini sual altına qoyub. 

Ermənistan tərəfindən müqaviləyə imza atan müdafiə naziri Vigen Sarkisyanın özünün də durumu ölkəsinin durumundan fərqli deyil. Hazırda onun bu postda bir həftə davam gətirməsi belə böyük sual altındadır. Beləliklə, bir həftə sonra böyük ehtimalla nə müqavilə bağlayan hökumət iqtidarda olacaq, nə də imza atan şəxs. Çin rəhbərliyinin bundan sonra Ermənistan rəsmiləri ilə görüşə vaxt ayıracağı isə inandırıcı görünmür. 

Azərbayçan-Çin hərbi-texniki əməkdaşlığı

1964-cü ildən rəsmən nüvə dövləti olduğunu elan edən ÇXR dünyada 200 miyard dollardan çox hərbi büdcə ilə silah ixracına görə də ABŞ-dan sonra ikinci yeri tutur. Amerika ilə aralarında olan fərq sürətlə azalan xətlə üzrə davam edir.

Çin və ABŞ arasındakı gərgin əlaqələr Çin hərbi sənaye kompleksini (HSK) daim yeni texnologiyalar sahəsində öndə olmağa vadar edir. Son 25 il ərzində sürətlə inkişaf edən Çin HSK, dünyadan ABŞ-dan sonra ən müasir 5-ci nəsil qırıcılara sahib ikinci ölkədir. Hipersəs silahlar, aviadaşıyılar, yeni ÖAQ, tanklar və s. avadanlıqlar rəqib dövlətləri dərindən düşünməyə vadar edir. 

 
Azərbaycan-Çin hərbi texniki əməkdaşlığının obyektləri ola biləcək bir neçə perspektiv istiqamət üzrə dayanmaq istərdim. Təbii ki, bəzi mənbələrin qeyd etdiyi kimi dünyanın üçüncü deyil, ikinci hərbi gücü olan Çin HSK istehsal etdiyi müasir silahlar siyahısında təkrar istifadə olunan hipersəs təyyarə, süni intellekt sistemləri, süpersəs mühərriklər, lazer silahları, relsli aparatlar, peykləri və dronları məhv etmək üçün müxtəlif vasitələr daxildir. Son onilliklər ərzində Çin hərbi texnikanın modernləşdirilməsində, o cümlədən Rusiya və Ukraynadan əldə etdiyi sovet texnologiyalarının yenilənməsi ilə bağlı ciddi irəliləyişlər əldə edib. Azərbaycan Respublikasının da müttəfiqi olan ÇXR-nın hərbi nailiyyətlərindən yararlanması gözlənilən idi. Çin silahlarının potensial alıcıları arasında yer alan Azərbaycan rəsmilərinin Çinə rəsmi səfərləri daim diqqətlə izlənilir. 

Bu gün aprelin 26-da, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vei Fenxenin dəvəti ilə Pekin şəhərinə yola düşəcək.

Rəsmi səfər çərçivəsində ÇXR-nın hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə nəzərdə tutulan ziyarət zamanı Azərbaycan nümayəndə heyəti Ordumuzun hərbi potensialını gücləndirəcək müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar ilə tanış olacaq. 

Mən bu yazıda hərbi təhsil sahəsinə toxunmayacam. Bu sahədə əməkdaşlıq 20 ilə yaxındır ki, uğurla davam edir. Hərbi texniki əməkdaşlıq sahəsinə isə Ermənistanın təxribatlara əl atacağı ehtimal olunan bir dövrdə daha aktual olduğu üçün bir az ətraflı diqqət yetirməyə çalışaq. 

Çinin istehsal etdiyi hansı silah sistemləri Azərbaycan üçün maraqlı ola bilər?

Azərbaycanın müasir standartlara cavab verən çoxfunksiyalı qırıcılar almaq istəyi, müharibə aparan bir dövlət üçün normal bir haldır. Qafqazda ən güclü HHQ-yə malik olan Azərbaycan düşmən üzərində havada dayanıqlı mütləq üstünlüyü təmin etmək üçün daha müasir qırıcılara sahib olması vacibdir. 2013-cü ildə Azərbaycan tərəfi İsveçin Saab JAS 39 "Gripen" qırıcılarına da maraq göstərib, lakin sanksiyalar səbəbindən avropalıların Bakı səfəri baş tutmayıb. Rusiyanın Bakıya MiQ-35 qırıcılarını satmaqla bağlı yekun qərara gələ bilməməsindən dərhal sonra ölkəmiz Çin və Pakistan bazarlarına üz tutdu. Hazırda silanlanmamızda olan 4-cü nəsil MiQ-29 qırıcılarından ibarət aviaparkımızın yaxın zamanlarda Çinin 4+ və 4++ qırıcıları və Pakistanın JF-17 "Thunder" qırıcıları ilə yenilənəcəyi daha real görünür. Bəzi mənbələr artıq Pakistanın JF-17 "Thunder" qırıcılarının Azərbaycanda olduğunu iddia edirlər. 

 
Daha yüksək nəsil qırıcılar ilə bağlı dəqiq məlumatlar olmadığı üçün ehtimal irəli sürmək istəmirəm. Real olaraq Azərbaycanın Çindən ala biləcəyi qırıcılar siyahısında J-10B "Çendu" xüsusi qeyd olunmalıdır. İsrail və Rusiya texnologiyalarından bəhrələnərək hazlrlanan qırıcı sırf Çin istehsalıdır və onun istənilən hava şəraitində istifadə edilə bilməsi, əsasən dağlıq ərazilərdə fəaliyyət göstərəcək Azərbaycan HHQ üçün çox vacib xüsusiyyətdir. Çindən 4+ nəslə mənsub qırıcıların alınacağı ehtimalı çox yüksəkdir. 5-ci nəsil J-20 qırıcılarının artıq hazır olduğunu bildirən Çin sənayesinin inkişaf templərini və istehsal etdiyi məhsulların çeşidlərini izləmək belə çətinləşir. 
5-ci nəsil J-31 modelinin isə ABŞ-ın F-35B çoxfunksiyalı qırıcılarından geri qalmadığını elə Pentaqonun özü də dolayısı ilə təsdiq edib.

 
Hazırda Azərbaycan Ordusunda istifadə edilən "WS-1B" YARS və ya Çinin lisenziyası ilə Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal olunan T-300 "Qasırğa" YARS silahları təlimlərdə və döyüşlərdə öz texniki xüsusiyyətlərini təsdiq edən reaktiv artilleriya qurğuları sırasındadır. Düşmən müdafiəsinin dərinliyində hərbi bazaları, komanda məntəqələrini, rabitə qovşaqlarını, inzibati və hərbi sənaye müəssisələrini məhv etmək üçün nəzərdə tutulan kompleksin 36 ədəd qəlpəli fuqasın güclü yaylım atəşi 1 km radiusda canlı qüvvəni məhv edir. Azərbaycanın gələcək əməliyyatlarda düşmən ehtiyatlarının daimi dislokasiya yerlərindən açılma xətlərinə çıxışını və döyüşə soxulmasını önləmək üçün bu tip YARS və onların geniş sursat ehtiyatının yaradılmasına ehtiyacı olduğu realdır. 

Çin ilə hərbi əməkdaşlığın digər istiqamətlərindən biri də WS-1B YARS komplekslərinin alınması ola bilər. Eyni zamanda, Azərbaycan MSN-nin yeni yaradılan müəssisələrindən birində, bu tip susrsatların lisenziya ilə istehsalı məsələsinin də, sözügedən sistemlərin satışı ilə məşğul olacaq CPMIEC şirkəti ilə müzakirə ediləcəyini ehtimal edirəm. Digər artilleriya sistemləri ilə bağlı müzakirələr aparılması da istisna olunmur. 

 
Açıq mənbələrdən alınan məlumatlara görə, Çinin istehsal etdiyi CAIG "Wing Loong" çoxfunksiyalı PUA-sı kəşfiyyat və yerüstü hədəflərə zərbə endirmək üçün üçün istifadə edilə bilər.

PUA-nın ümumi faydalı yükü 200 kiloqramdır. Bu arsenala "hava-yer" tipli BA-7 raketi, lazer başlıqlı YZ-212 bombası, piyada əleyhinə YZ-102A bombası və LS-6 idarəolunan bombalar daxildir. 

Çin hökuməti bu PUA-ların ixracına icazəni təsdiqləyib. Bu ağır PUA modelləri hazırda Səudiyyə Ərəbistanı, Misir, Qazaxıstan, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistana ixrac edildiyi məlumdur. Azərbaycan bu sahədə Çin ilə əməkdaşlıq etməsinə maneçilik törədən heç bir səbəb görmürəm. Paralel olaraq PUA və ya digər texnikalarda istifadə edilə biləcək lazer başlıqlı sursatların ölkəmizdə istehsalı üçün münbit şəraitin mövcudluğu bu sahənin də diqqət mərkəzində olacağından xəbər verir.

Çinin dünyanı heyrətləndirə biləcək ən son silahlarından biri DF-21D ("Dunfen-21" orta mənzilli ballistik raketlərin son modifikasiyası) hesab olunur. Bu raket sistemi yerüstü mobil atıcı qurğulardan buraxılır və qanadlı raketlərlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Bu tip raketlər 10-12 Max sürət toplayaraq 1500 km-dən uzaq məsafədə hədəfləri vura bilir. Bu xüsusiyyətləri DF-21 raketləri ilə mübarizəni mümkünsüz edir. 1500 km məsafədə 40 metrlik hədəfdən yayınma əmsalı bu raketləri yüksək dəqiqlikli silahlar sinfinə aid edir. ABŞ və Qərbin sanksiyalarına heç vaxt ciddi əhəmiyyət verməyən ÇXR-in "münasib qiymət- yüksək keyfiyyət" kateqoriyasına aid olan "DF- 21" raketlərinin qısa mənzilli modifikasiyaları maraqlı seçimlər arasında yer ala bilər.

 
Atıcı silahların ölkəmizdə istehsalı kifayət qədər inkişaf etdiyinə görə bu sahənin masada müzakirə ediləcəyi real görünmür. Tank və digər zirehli texnika parkımız da bu yaxınlarda yenilənib. İkincisi isə yeni tank almaqdansa avadanlıqları yeniləmək daha münasibdir. 

Çin ilə real əməkdaşlıq edə biləcəyimiz sahələr arasında yeni nəsil qırıcıların və artilleriya sistemlərinin alınmasını, PUA-lar əleyhinə daşınan komplekslərin idxalını, ağıllı, idarəolunan və lazer sursat texnologiyalarının inteqrasiyası və istehsalı proseslərinin tətbiqini prioritet hesab edirəm. Orduların kiber təhlükəsizlik məsələləri və müvafiq sahəyə cavabdeh bölmələrin əlaqələrinin koordinasiyası da diqqət mərkəzində ola bilər.

İstənilən halda Çindən hərbi sənaye kompleksinin inkişafı baxımından öyrənilməli çox şey var. Qitələrarası raketdən, 5-ci nəsil qırıcıdan, aviadaşıyıcıdan başlayaraq mərmiyə qədər istənilən texnika, silah və sursat növünün əvvəlcə surətini əldə edirlər. Qısa müddətdən sonra surətlərini çıxardığları ABŞ, Rusiya və Avropa modelindən daha üstün versiyanı istehsal edirlər. Daha sərfəli qiymətə malik üstün bir texnologiya ilə ildırım sürəti ilə silah bazarına daxil olurlar. Heç kimin də məhsuluna böhtan yağdırmadan. Əsl Çin möcüzəsi budur. (ordu.az)
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Hamısı