ABŞ-ın Türkiyə, Rusiya və İran ittifaqına qarşı erməni "cəbhəsi" açılıb ÖZƏL

Analitika 13:01 30.04.2018

İldırım Bəyazid adına Universitetin professoru, Rusiya Araşdırmalar İnstitutunun (RUSEN) rəhbəri Salih Yılmazın Eurasia Diary-ə özəl açıqlaması.     

Yarandığı gündən etibarən, Ermənistan həm Qərb, həm də Şərqin erməni soyqırımı ilə bağlı yalanlardan istifadə edərək nəzarət etməyə cəhd etdiyi bir ölkə olub. Öz milli ordusu və iqtisadiyyatı olmayan Ermənistan xarici qüvvələrdən asılı olub. Bəlkə də ölkədəki böhranın səbəbi Fransa, Rusiya və ABŞ-ın Ermənistanla bağlı maraqlarıdır.

SSRİ dağıldıqdan sonrakı vəziyyət

Sovet İttifaqının dağılmasından sonra Ermənistan güclü erməni diasporunun dəstəyindən istifadə etdiyi ABŞ-ın təsiri altına düşdü. Sovet İttifaqının dağılmasından sonra Ermənistan Türkiyə ilə yaxşı münasibətlər qurmağa çalışırdı, lakin sonra qəfildən Türkiyəyə qarşı düşmən mövqeyi tutdu.

21 Sentyabr 1991-ci ildə müstəqilliyini elan edən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ilk olaraq qonşuları ilə münasibətləri normallaşdırmaq və Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istədiyini açıqladı. Lakin zaman keçdikcə, Petrosyaın Türkiyə ilə münasibətləri normallaşdırmaq səyləri, həmçinin, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəyi bəzi qüvvələrin vəziyyətə müdaxilə etməsinə və onun istefa verməyə məcbur olmasına gətirib çıxardı. Petrosyanı əvəz edən Köçəryan Qarabağ məsələsində və ilk növbədə Türkiyə ilə münasibətlərdə sərt mövqe tutdu.

Hakimiyyətdə olanlar "soyqırım" kartından öz maraqları üçün necə istifadə etdilər?

Ermənistanda Köçəryandan sonra hakimiyyətə gələn hər bir rəhbərlik sözdə erməni soyqırımı ilə bağlı yalan iddialardan istifadə edərək öz hakimiyyətini gücləndirməyə çalışırdı. Bu yalandan ölkənin olduğu iqtisadi böhrandan diqqət çəkmək üçün də istifadə etdilər. Qeyd edək ki, 2008-ci ildə seçilmiş prezident Serj Sarkisyan dövründə Ermənistan dünyanın ən zəif iqtisadiyyatı olan ölkə olub və əhalisinin sayı durmadan azalıb.

İki dəfə prezident olduğu müddətdən sonra Sarkisyan 2015-ci ildə konstitusiyaya parlamentli respublika sisteminə keçidi nəzərdə tutan düzəlişlər etməklə bağlı təklif verdi və 17 aprel 2018-ci ildə baş nazir vəzifəsinə təyin edildi.

Ancaq ölkədəki iqtisadi böhran və Sarkisyanın yürütdüyü siyasət kütləvi etirazlara səbəb oldu.

Sarkisyan hansı siyasəti yürüdürdü?

Sarkisyanın əsas təşəbbüslərindən biri Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə daxil olması idi. Sarkisyanın bu addımı həm Avropada, həm də ABŞ-da Ermənistana münasibətdə dəyişiklik yaratdı. Sarkisyan artıq Rusiya meylli politoloq kimi qəbul edildi. Xüsusilə də, son vaxtlarda Rusiya ilə imzalanmış hərbi əməkdaşlıq müqavilələri ABŞ-ın İranın mühasirəyə alınması məqsədilə yürütdüyü siyasətinə zidd idi.

Serj Sarkisyan baş nazir vəzifəsinə təyin ediləndən sonra prezident vəzifəsinə Ermənistanın Böyük Britaniyadakı keçmiş səfiri Armen Sarkisyanın təyin olunmasına nail oldu.

Vitse-prezident isə ölkənin ən zəngin ailələrindən birinin üzvü Karen Karapetyan oldu. Hökumət uzun müddət Respublika Partiyasının əlində idi və liberallar tərəfindən yaradılan Yelk (Çıxış) koalisiyası simvolik müxalifəti təmsil edirdi.

Etiraz aksiyalarının başlaması

Serj Sarkisyanın hakimiyyətdə qalmaq cəhdi müxalifət lideri Nikol Paşinyanın rəhbərlik etdiyi etirazların başlamasına səbəb oldu. Paşinyan tərəfdarlarını Baş Prokurorluq və Ali Məhkəmənin binalarını tutmağa çağırdı. Xalq ilk gündən bu çağırışa cavab verdi. Əslində, bu iğtişaşlar Respublikaçıların sıralarında "Qarabağ tayfası" kimi tanınan  Koçaryanın da daxil olduğu bir qrup insana zərbə vurmuş oldu.

Erməni iddiaları və Türkiyəyə qarşı düşmənçilik Ermənistanı dünyadan təcrid etmişdi. "Qarabağ tayfası" adlanan bir qrup oliqarxın ölkənin ehtiyatlarını istismar etməsindən yorulmuş Ermənistan vətəndaşları buna son qomağa qərar verdilər. Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılı vəziyyətdədir. Bundan əlavə, İrəvan gəlirlərin bir hissəsini Rusiyadan təbii qaz və silah alınmasına xərcləyir. İqtisadi böhrandan çıxış yolu görünmür. Bundan əlavə, ölkədə elektrik enerjisi çatışmazlığı yaşanır.

Ermənistanın Aİ ilə münasibətləri

Hakimiyyətdə olduğu 10 il ərzində Rusiyadan asılı bir dövlət yaratdığına baxmayaraq, Sarkisyan eyni zamanda İttifaqla münasibətləri inkişaf etdirməyə çalışırdı. Aİ ilə tərəfdaşlıq müqaviləsi imzalandı, ancaq o Ermənistandan çox ittifaqın özü üçün faydalı idi. Avropa fondlarından istifadə edən bir çox qeyri-hökumət təşkilatı ölkədə anti-Rusiya blokunun yaradılmasında rol oynadı. Sarkisyan üçün dönüş nöqtəsi Azərbaycanla müharibədə məğlubiyyətə uğraması və korrupsiya qalmaqallarının açılması idi. Əhaliyə məlum oldu ki, silah alınması bəhanəsi ilə ölkədən büdcəyə aid ehtiyatlar çıxarılır.

Qarabağ məsələsi

Sarkisyan hakimiyyətdə qalmaq və öz rüşvətxor fəaliyyətini gizlətmək üçün Qarabağ məsələsindən milliyyətçi təşviqat kompaniyasında istifadə edirdi. Son iki ildə Rusiya və Türkiyə arasında strateji əməkdaşlıq ilə əlaqədar olaraq hər iki ölkə Azərbaycan-Ermənistan qarşıdurmasında daha balanslaşdırılmış siyasət yürütməyə başladılar. Ermənistan Rusiyanın güclü dəstəyindən məhrum olduqda əhali hakimiyyətdə oturanların qeyri-peşəkarlığına əmin oldu.

Dağlıq Qarabağ probleminin həllinə çağırışlar daha çox səslənməyə başladı. Hətta Rusiya ilə Türkiyənin Qarabağ problemini həll etmək üçün konkret addımlar atmağa qərar verdikləri Soçi görüşündən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana səfərləri zamanı ilk diplomatik əlaqələr yarandı.

Paşinyanın "Məxməri inqilab"ı

"Məxməri inqilab"ın lideri Paşinyan 2015-ci ildə ölkədə enerji təchizatı, 2016-cı ildə anti-Rusiya nümayişlərinin təşkil olunmasında rol oynayıb. ABŞ-ın bu nümayişlərlə əlaqəsi olduğu üçün istənilən nəticəyə nail olunmamışdı.

Bu günlərdə davam edən etirazlarda, qərb yönümlü şüarlardan istifadə edilmədi. Ancaq etirazların əsas təşkilatçıları Avropa Birliyi tərəfindən dəstəklənən Milli Vətəndaş Təşəbbüsü və Sanasaryan Fondu idi. AB ölkələrinin Paşinyanın həbsinə reaksiyası və ona görə Rusiyanın məsuliyyət çəkdiyini deməsi Suriya və Ukraynadakı münaqişələrdən sonra yeni konfliktin yaranmasını istəməyən Rusiyanın Sarkisyana getməyə icazə verməsinə gətirib çıxardı.

ABŞ-dakı erməni diasporunun hərbçilərin etirazlarda iştirak etməsinə təsir etməsi də nümayişlərin genişlənməsinə xidmət etdi.

İndiki mərhələdə "Qarabağ tayfası" hakimiyyətdən gedib. Paşinyanın Sarkisyanın istefasından sonra Parlamentin sədri vəzifəsinə razılaşacağı və Karapetyanı baş nazir kimi qəbul edəcəyilə bağlı gözləntimiz özünü doğrultmur. Paşinyan insanların razılığı olarsa, baş nazir vəzifəsinə iddialı olduğunu açıqladı. Ermənistanda təkrar seçkilər keçirilə bilər.

Paşinyanın Dağlıq Qarabağ məsələsinə münasibəti necə olacaq?

Radikal millətçi Paşinyan Dağlıq Qarabağ və Türkiyəyə dair siyasətini çətin ki dəyişsin. Bir sıra məsələlərdə Paşinyan Rusiyaya qarşı mənfi münasibət göstərir.

Bu halda Qarabağ problemi əsasında qarşıdurma yenidən başlaya bilər. ABŞ və Qərb Azərbaycan və Ermənistan arasında münaqişəni canlandırmaqla Rusiya və Türkiyə arasında münasibətləri korlamağa çalışır. Əgər Dağlıq Qarabağda müharibə başlasa bu Türkiyə və Rusiya arasındakı münasibətlərə mənfi təsir göstərə bilər. Məlumdur ki, Paşinyan Ermənistanı Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi, həmçinin NATO və Aİ Təşkilatı istiqamətində yenidən yönləndirmək məqsədi güdür.

Rusiyanın mövqeyi

Rusiya hələ ki, Ermənistanda "məxməri inqilab" məsələsində neytral mövqe nümayiş etdirir. Lakin Paşinyanın siyasəti regionda, xüsusilə Rusiya, Türkiyə və İran münasibətlərində qüvvələr balansını dəyişdirə bilər. Dağlıq Qarabağ münaqişəsi Türkiyə və Rusiya arasında böhranın yaranmasına səbəb ola bilər. Rusiya təşəbbüs göstərməsə o zaman Ermənistanı ABŞ-a güzəştə gedəcək. Ermənistan ABŞ və İsrailə İranı mühasirəyə almaları üçün lazımdır.

ABŞ-ın Türkiyə, Rusiya və İran ittifaqına qarşı erməni "cəbhəsi" açılıb.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Hamısı