Putin yeni komandasını formalaşdırır ÖZƏL

Analitika 18:25 01.05.2018

Rusiyada mart ayında prezident seçkiləri keçirildi və gözlənildiyi kimi də Vladimir Putin yekdilliklə prezident seçildi. Ancaq 2 aya yaxın vaxtın keçməsinə baxmayaraq Putin hələ də and içib yeni səlahiyyət müddətinə başlamayıb. Hökumət dairələri isə bunu təbii bir prossedur qaydası kimi izah etməyə çalışırlar. Bu bir qayda ola bilər, ancaq 2 ay da çox uzun müddətdir. Bu müddət ərzində maraq doğuran isə komanda içində yer alan məmurlardır. Putin and içdikdən sonra yeni hökumət formalaşdırılacaq və burda bəzi məmurlara yer ayırmayacaq.

Artıq ölkədəki nazirlər yerlərini qorumaq üçün gizli və ya açıq şəkildə Kremllə bazarlıqlar aparır. Onların nə verib nə aldığı bilinməsə də, bilinən bir şey var ki, Kreml tərəfindən bu məsələ ilə əlaqədər geniş siyahı hazırlanır. Başlayaq hazırki məmurların və onların yerlərinə iddia edənlərin şanslarının nə qədər olduğundan:

1. Baş nazir Dmitri Medvedev - Çox güman ki,möcüzə baş verməsə vəzifədə qalacaq. Ancaq bir şeyi unutmayaq ki, Putin möcüzələri çox sevir. Bunun üçün də yeni baş nazirliyə namizəd təsdiq üçün Dövlət Dumasına təqdim edilərkən o şəxs Medvedev olmasa təcüblənməyin. Baş nazirlik üçün əsas iddialılar isə Moskva meri Sergey Sobyanin, müdafiə naziri Sergey Şoyqu, Dövlət Dumasının sədri Vyaçeslav Volodindir. Qeyd edim ki, yeni baş nazir həm də Putindən sonrakı prezident anlamına da gəlir.

2. Xarici işlər naziri Sergey Lavrov - Son illər Rusiya xarici siyasətdə bir neçə böyük uğursuzluğa düçar olub. Suriyadakı vəziyyəti konkret pisləşdi, güclü iqdisadi sanksiyalara məruz qaldı və Avropa qarşısında casus qalmaqalı ilə aciz qaldı. Bunun üçün də ola bilsin ki, Putin Lavrovu vəzifədən uzaqlaşdırsın. Bu vəzifə üçün prezidentin mətbuat katibi Dmitri Peskov və Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova kimi şəxslərin adı çəkilsə də bu vəzifə üçün potensial namizədlər ölkənin BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya və xarici işlər nazirinin müavini Qriqori Karasindir. Ona görə ki, Peskovun başı korrupsiya qalmaqalları ilə dərddədir, Zaxarova isə qalmaqallı açıqlamaları ilə diqqət çəkir.

3. Moskva şəhərinin meri Sergey Sobyanin - Hər nə qədər vəzifəsinin öhdəsindən gəlsə belə onun da adı son günlər vəzifədən gedəcək məmurların siyahısında çəkilir. Sobyanin adı prezident admistirasiyasının sədri və baş nazirin müavin vəzifələrində, hətta Medvedev sonrası baş nazirlik üçün belə keçir. Onun yeri üçün ən şanslı namizədlər isə şəhər merinin müavini Marat Husnilli, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov və prezidentin iqdisadi məsələlər üzrə köməkçisi Sergey Qlazev kimi şəxslərdir. Digər məmurlara gəldikdə isə hökumətin tərkibindəki iqdisadi blokda mühüm dəyişiklərin olacağını söyləmək olar. Bir çox yerli bölgə rəhbərinin yeni gənc kadrlarla əvəz olunacağı gözlənilir. Dağıstanın dövlət başçısı Vladimir Vasiliyev yenidən mərkəzə çəkilə bilər. Əgər bu baş versə ehtimal ki, Putin Vasiliyevi özünə köməkci təyin edə bilər. Vasiliyevin adı daxili işlər nazirliyi üçün də keçir. Bəzi dairələr hətta Çeçenistan prezidenti Ramzan Kadırovun da səlahiyyət müddəti bitdikdən sora vəzifədən gedəcəyini bildirirlər. Təhlükəsizlik sistemində passiv vəzifələrdən birinə gətiriləcəyi deyilən Kadırov özündən sonra Çeçenistana özünə yaxın birini təyin etdirməyə çalışır. Bunun üçün də post-Kadırov dövrü Çeçenistanı üçün ən şanslı namizəd kimi hazırda muxtar respublikanın hökumətində vəzifə daşıyan bir neçə məmurun adı çəkilir. Ümumilikdə Putinin yeni dönəmində ən böyük kadr dəyişikliyi zənnimcə diplomatik sahədə baş verəcək. Putin bərbad gündə olan diplomatik münasibətləri qaydasına salmaq üçün bu sahədə geniş kadr islahatlarına gedə bilər. Ən böyük dəyişikliyin isə Avropa ölkələrindəki diplomatik nümayindəliklərdə olacağı qənaitindəyəm.


Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynalabid Əmrəliyev

 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Hamısı