Rusiya ilə Pakistan arasında münasibətləri bərpa etmək mümkündürmü? ÖZƏL

Analitika 16:46 01.05.2018

Pakistan və Rusiya əlaqələri möhkəmləndirməyə meyl göstərir, çünki İslamabadla Vaşinqton arasındakı münasibətlər getdikcə pisləşir. Əgər Pakistanın S-400 raket sistemlərini Rusiyadan ala biləcəyi barədə şayiələrə inansaq, Pakistan və ABŞ arasında qarşıdurma yalnız artacaq.

Daimi müttəfiqlər və daimi düşmənlərin olmadığını deyən məşhur bir deyim var - yalnız 71 illik müstəqillikdən sonra Pakistan rəhbərliyinin barəsində düşündüyü daimi maraqlar var.

Pakistan-Rusiya münasibətləri tarixini gərgin adlandırmaq olar. Buna misal olaraq, pakistanlıların İslamabaddakı Rusiya səfirliyinə ziyarətini nümunə gətirmək olar. Bu səfərlərdən sonra, Pakistan xüsusi xidmət orqanları, bir qayda olaraq, ziyarətlərin səbəbini öyrənmək üçün bir neçə ay ərzində bu insanları təqib etdi.

Təəssüf ki, Pakistan Amerika Birləşmiş Ştatlarının müttəfiqi olmaqla bir sıra ölkələrlə, o cümlədən ən yaxın qonşusu olan Rusiya ilə olan münasibətlərini pozub.
 
Pakistan ilə Amerika arasındakı əlaqələr xarakter etibarilə çox qəribədir. Pakistan 1947-ci ildən bəri ABŞ-ın əsas müttəfiqi və dostu olub. 11 sentyabr hücumundan sonra Pakistan terrorizmlə mübarizədə yaxın tərəfdaş oldu. Bu əməkdaşlığa baxmayaraq, İslamabad və Vaşinqton arasındakı əlaqələr sevgi və nifrətə əsaslanır. Onların münasibətləri institusional əməkdaşlığa deyil, ayrı-ayrı fərdlərin şəxsi sədaqətinə əsaslanır. Pakistanda o cümlədən, qeyri-hökumət təşkilatlarında ABŞ-ın mənafeyinə uyğun şəkildə çalışan çox güclü lobbiçilər var. 
 
1960-cı ildə U-2-nin məhvi ilə bağlı insident
 
1 May 1960-cı ildə, Soyuq Müharibə dövrünün ən pik həddə çatdığı zaman ABŞ-a məxsus gizli obyektdən uçan Pakistan hökumətinə aid casus təyyarəsi SSRİ tərəfindən vuruldu.  
 
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşov Pakistan hökumətinə sərt mesaj göndərdi: "Cənablar, odla oynamayın".
 
 
Pakistan və Rusiya arasındakı münasibətlər bu tarixi hadisədən sonra çox təhlükəli bir mərhələyə qədəm qoydu. Hər iki tərəfdə inamsızlığın səviyyəsi son yeddi il ərzində ən yüksək həddə çatdı.
 
İki tərəf arasındakı diplomatik münasibətlər, Hindistanın Rusiya ilə strateji tərəfdaşlığı ilə İslamabad və Moskva arasında əlaqələrin qurulmasına maneə törətməsi səbəbindən dolayı küncə dirəndi.
Lakin Pakistan Çinin güclü dəstəyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olduqdan sonra Rusiya və Pakistan arasında buzlar əriməyə başladı.
 
1960-cı ildə U-2-nin məhv edilməsi ilə bağlı yaranmış insident Pakistan və Rusiya arasında münasibətlərin tarixində acı bir hadisə kimi qalıb və ABŞ-ın SSRİ-nin dağılması üçün Pakistandan istifadə etməsindən xəbər verir. Rusiya üçün Sovet İttifaqının süqutu qorxulu bir kabus idi və buna görə Pakistanla münasibətlərin qurulmasına ehtiyat edir.
 
Pakistanın S-400 müdafiə sisteminə olan marağı
 
Yaxın zamanda  Rusiyanın Pakistandakı səfiri səlahiyyətlərini icra edən Vladimir Berezyuk Pakistana yüksək səviyyəli iş adamlarından ibarət heyətin gələcəyini təsdiqlədi. Bu nümayəndə heyəti müxtəlif sahələr üzrə bir sıra müqavilələr imzalayacaq.
 
 
Hal-hazırda, Rusiya Pakistanda bir sıra layihələrdə iştirak edir. O, bank işi, neft emalı və kosmik texnologiya kimi digər sahələrdə də əməkdaşlıq edə bilər.
 
Rusiya da bunda çox maraqlıdır və "Bir kəmər, Bir yol" təşəbbüsünün bir hissəsi olan Çin-Pakistan İqtisadi Koridoruna (CPEC) investisiya yatırmaq üçün rəsmi dəvət gözləyir.
 
Rusiyanın S-400 raket sisteminin satın alınması ilə bağlı qapalı danışıqlar da aparılır. Hindistan sistemi əldə etməyi planlaşdırırdı, amma ölkənin ABŞ-la müdafiə əlaqələrini genişləndirdiyinə görə müqavilə uğursuzluğa uğraya bilər.
 
ABŞ Pakistanın siyasətinə təsir göstərməyə davam edir: İslamabadda olan Amerika lobbisi daha əvvəl Vladimir Putinin səfərinə mane olmuşdu.
 
Rusiya ilə Pakistan arasındakı əlaqələrin gələcəyi parlaq olsa da, hələlik güvənsizliklə bağlı mövcud boşluğu doldurmağa çox ehtiyac var. Pakistan Rusiya ilə arasında xüsusilə də, ABŞ-ın təsirləri ilə bağlı yaranmış mümkün problemlərini həll etməlidir.
 
Malik Əyyub Sumbal,
 
siyasi icmalçı, politoloq

 

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib
23:44 16.04.2024
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
23:23 16.04.2024
Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurladı - VİDEO
23:22 16.04.2024
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
23:08 16.04.2024
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
23:00 16.04.2024
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
22:40 16.04.2024
Körfəz ölkələri daşqınların əsarətində - VİDEO
22:30 16.04.2024
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
22:25 16.04.2024
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
22:22 16.04.2024
Gürcüstan DİN Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib
22:00 16.04.2024
Almaniyanın maliyyə nazirindən şok açıqlama
21:59 16.04.2024
Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır" - VİDEO
21:53 16.04.2024
Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
Hamısı