Şuşa necə işğal olundu? Tarixi faktlar

Analitika 18:17 08.05.2018
Bu gün Dağlıq Qarabağda ən böyük azərbaycanlı yaşayış məntəqəsi - Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür. Şuşanın işğalı ilə ermənilər Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirirlər. İşğal nəticəsində Şuşadakı 7 məktəbəqədər uşaq müəssəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfat texnikomu, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey və şərq musigi alətləri fabriki dağıdılır. Əslində ermənilər Şuşanın hücumuna aprelin 27-də başlamışdı. Mayın 8-də isə bu hücum rəsmilləşdirilir. Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşanın üzərinə hücum haqqında əmr verir. Bundan əvvəl də ermənilər bir neçə aldadıcı manevrlər edirlər. Mayın 6-da Yuri Ovenesyan Canhəsən istiqamətlərində Azərbaycan mövqeyələrinə bir neçə sarsıdıcı zərbələr endirib Şuşaya doğru irəliləyirlər. Canhəsən-Kosalar istiqamətində döyüşü davam etdirməyi isə 26-cı bölmə öz üzərinə götürür. Ermənilərin əsas məqsədi Azərbaycan ordusunun diqqətini Canhəsən-Kosalar istiqamətində cəmləyib Şuşanın işğalını asanlaşdırmaq idi.
 
Həmin gün axşama doğru Azərbaycan ordusunun 2 hərbi vertolyotu, bir qədər sonra isə SU-25 təyyarəsi Şuşa ətrafındakı erməni mövqelərinə və Xankəndi şəhərinə zərbələr endirib, Ağdama uçurlar. Şuşanın işğalını müşahidə etmək üçün mayın 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər hündürlükdə yerləşən Şuşakənddə toplaşırlar. Onların arasında Qarabağ cəbhəsinin komandiri Arkadi Ter-Tadevosyan, Ermənistanın indiki müdafiə naziri Vigen Sarkisyan, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan, məşhur erməni terorçuları Zori Balayan və general Qurgen Dalbaltalyan olmuşdur. Burada "Ümumdünya Xristian Həmrəlik Təşkilatı" və Daşnaksütyun Partiyasının liderləri də iştirak edirdilər.
 
Hücuma hazırlaşan ermənilər ordunu 3 cinaha bölürlər. Birinci və ikinci cinah irəliləyərək Şuşanın işğalını həyata keçirib, üçüncü cinah isə Şuşa-Laçın və Şuşa-Qubadlı istiqamətlərində hüçuma keçən Azərbaycan qoşunlarının qarşısını almalı, həmçinin Zarıslı kəndini işğal edərək Laçının Şuşa ilə əlaqələrini kəsməli idilər. Bu zaman isə 26-cı bölük Canhəsən-Kosalar istiqamətində fəallaşaraq Azərbaycan ordusunun əsas diqqətini bura cəmləşdirir. Elə bu zaman Kərkicahan kəndindən və Xankəndində yerləşən Rusiya Hərbi bazalarından Şuşadakı mülki əhalinin üzərinə raket zərbələri endirməyə başlayırlar. Buna görə də müdafiəsiz qalan əhali Laçın meşələri tərəfə üz tuturlar. Emənilər Xocalı faciəsində xüsusi canfəşənlıq göstərən 422 nömrəli tanka xüsusi vəzifəni, məşhur Şuşa qalasına erməni bayrağını sancmaq tapşırığını verirlər. Lakin bu tank döyüşcülərimiz tərəfindən bütün şəxsi heyəti ilə birlikdə məhv edilir. Bu tankın vurulması ermənilərə pis təsir edir. Bundan sonra ermənilər qala divarları üzərində Şuşa qalasına daxil olurlar. Şəhərə isə od vurub yandırırlar. Üçüncü cinah isə Şuşa-Laçın yoluna çıxıb, Şuşanın Laçınla əlaqəsini tamamilə kəsir və Şuşa, Canhəsən, Kosalar və Qaraqaya işğal altına düşür. Partizan savaşından ehtiyat edən ermənilər yalnız mayın 9-da gecə saat 4-də şəhərə daxil olurlar.
 
Ümumilikdə, Şuşa üzərinə 11 min erməni əsgəri hücuma keçmişdi. Azərbaycan ordusunun şəxsi heyəti onların sayından xeyli az idi. Müqavimət göstərən ordumuz isə nə qədər kömək gözləsə də kömək gəlib çıxmırdı. 10 saatlıq döyüşdə 1860 azərbaycanlı yaralanır, 480-i öldürülür, 22 min nəfər öz yurdundan didərgin düşür. Şuşanın işğalı tariximizə qara ləkə kimi düşüb. Lakin bu döyüşdə qəhramanlıq səhifələrimiz də olub. Xalqımızın igid oğlu Albert Aqarunov öz canı bahasına bir neçə erməni tankını məhv edib. Ermənilərin məşhur 422 nömrəli tankı da Albert tərəfindən məhv edilmişdi. Ermənilər bu tankın oxşarı olan bir tankı təpənin üzərində Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
 
Bir müddət əvvəl Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin üzvləri ilə birlikdə Beynəlxalq Avrasiya Mətbuat Fondunda qardaşı Rantik Aqarunov başda olmaqla Albertin döyüş yoldaşları ilə görüşmək imkanım oldu. Onların hər biri öz keşməkeşli döyüş yollarından danışır, onlarla qeyri-bərabər döyüşə girən mənfur düşməndən yenidən intiqam almaq isdəyirdilər. Hətta qazi olmaqlarına baxmayaraq savaş başlar-başlamaz yenidən öz batalyonlarını bərpa etmək isdədiklərini bildirirdilər. Mənim üçün daha bir maraqlı məqam isə məşhur telejurnalistimiz Çingiz Mustafayevin bu batalyonla olan sıx dostluq münasibəti oldu. Beləcə qazilərimizin cəbhə dostları olan Albertin və Çingizin intiqamını düşməndən necə almaq istəməsinin şahidi oldum. Şuşa hələ də işğal altındadır. Savaş alın yazımız, intiqam isə boynumuzun borcudur.
 
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun kordinatoru Zeynalabid Əmrəliyev

 

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Hamısı