ABŞ-İran qarşıdurmasının arxasında duran İsrail amili ÖZƏL

Analitika 17:26 09.05.2018

Qısa bir nisbi siyasi sakitik sonrası dünya siyasi arenasında yenidən aktivlik müşahidə olunmaqdadır. Təbii ki, bu nisbi saktliyi pozan tərəf yenə də ABŞ tərəfi oldu. Belə ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə təşkil edilən mətbuat konfransında ABŞ-ın İranla bağlanan nüvə sazişindən çəkilməsi barədə qərarını rəsmən elan etdi. Bəli, ABŞ rəsmən İran tərəfiylə hərkəzi razı salan nüvə sazişindən çəkildiyini elan etdi. Bu qərarın ardından isə ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı ABŞ-ın İranla bağlanılan nüvə sazişindən imtina etdiyini söylədi.

Trampın bu qərarı əlbətdə birmənalı şəkildə qarşılanmadı və qarşılana da bilməzdi. Çünki bu qərar beynəlxalq hüququ kobud şəkildə pozmaq deməkdir. Mahiyyət etibarilə bu qərar ABŞ-ın təktərəfli qəbul etdiyi və heç bir beynəlxaq normalara çığmayan qərardır. Qərar sonrası reaksiyalara isə belə oldu.

Türkiyə XİN: ABŞ-ın müqavilədən çıxmağa qərar verməsini bədbəxt bir addım kimi dəyərləndiririk.

Rusiya XİN: "ABŞ Prezidenti Donald Trampın BHFP üzrə bağlanmış müqavilədən irəli gələn öhdəlikləri birtərəfli rədd etməsi və İrana qarşı ABŞ-ın sanksiyalarını yenidən təsis etmək qərarı dərin xəyal qırıqlığı yaratdı. Rusiya müqaviləyə sadiq qalacaq.

Fransanın xarici işlər naziri: "Fransa bu qərardan dərindən təəssüflənir".

İtaliya: İranla bağlanmış saziş qorunmalıdır. Bu regionda təhlükəsizliyə kömək edir və nüvə silahının yayılmasına mane olur. İtaliya Avropanın digər tərəfdaşları ilə birlikdə götürülmüş öhdəliklərin qorunmasının lehinə çıxış edir.

Yaponiya: Əgər elan edilmiş qərar sazişin yerinə yetirilməsini çətinləşdirəcəksə, bu təəssüf doğurur. Ölkəmiz nüvə sazişini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sıx qarşılıqlı işləri müsbət qarşılayır və bütün əlaqədar ölkələrlə müzakirə aparacaq.

Suriya: Suriya Ərəb Respublikası ABŞ prezidentinin İranla nüvə sazişini tərk etməsi barədə qərarını qətiyyətlə pisləyir.

Çin XİN: Çin tərəfi obyektiv və məsuliyyətli yanaşmaya sadiq qalaraq bütün tərəflərlə dialoqu dəstəkləyəcək, İranın nüvə proqramına dair hərtərəfli sazişi qorumağa və yerinə yetirməyə davam edəcək.

Almaniyanın XİN rəhbəri: Biz Amerika prezidentinin dünənki qərarını təəssüflə və təlaşla qarşıladıq. Biz son həftələrdə Fransa və Britaniyalı tərəfdaşlarla birgə ABŞ-ın bu sazişdə saxlanması üçün intensiv fəaliyyət göstərirdik. Lakin qərar bizim üçün gözlənilməz olmadı, çünki son günlərdə nəzərə çarpırdı. Bu, bizim üçün qəbuledilməz idi və elə də qalır".

İndi deyilə bilər ki, ABŞ-ın bu qərarına İsrail və Səudiyyə Ərəbistanı öz dəstəyini ifadə etdi, lakin bu heç nəyi dəyişmir. Donald Tramp sözdə bu qərarı qəbul etməsi səbəbini ABŞ-ın milli təhlükəsizliyiylə ört-basdır etməyə çalışsa da deyə bilərəm ki, bu qərar ABŞ-la Qərbi Avropa arasında onsuz da yaranan siyasi çatlaqların dərinləsməsinə gətirib çixaracaq. Bu Trampın ilk belə qərarı deyil və ABŞ-ın bu tipli özü xaric heç kəsin maraqlarını nəzərə almayan qərarları ABŞ-Qərbi Avropa münasibətlərinə xələl gətirə bilər. Əgər cəmiyyətimizdə hələ də Qərbi Avropa və ABŞ arasında qırılmaz bağlar olduğunu düşünənlər varsa açıqca deyə bilərəm ki, bu bağlar əslində heç də düşünüldüyü qədər möhkəm deyil.

Tramp qərarını açıqladı, lakin bu nə deməkdir?

Donald Tramp məlum qərarı sonrası ehtimal ki, ləğv edilmiş bütün sanksiyalar yenidən əvvəlki vəziyyətinə qaytarılacaq və İrana qarşı əlavə iqtisadi cəzalar da tətbiq ediləcək. Bu isə olduqca pis olan ABŞ-İran münsibətlərini daha da pis hala gətirəcək. Belə düşünürəm ki, bu qərar düşünülmüş və mahiyyət etibarilə İrana qarşı təxribat xarakterli bir qərardır. Səbəb olaraq deyə bilərəm ki, region ölkələrindən hazırda güclü iki ölkə qalmaqdadır. Bunlar Türkiyə və İrandır. Türkiyə məsələlərdən hələ ki, yan keçir çünki Türkiyə bu siyasi oyunda vəziyyətə görə həmlələr edir. Lakin İranla vəziyyət belə deyil və o İsrail üçün potensial təhlükədir. Burada isə məsələ artıq aydındır. Çünki İsrailə yönəlik hər cür təhlükə ABŞ-a yönəlmiş deməkdir.

Trampın qərarının Yaxın Şərqə təsiri necə  olacaq?

Yaxın Şərqdə bir müddət idi ki, nisbi sakitlik hökm sürməkdə idi. Lakin bir nüans diqqətimi çəkdi və İsrailin Suriya ərazisində gedən nüfüz yarışına qoşulmaq niyyəti olduğunu düşünməyimə əsas verdi.

Belə ki, İsrail Suriyadakı hərbi hədəflərə, deyildiyi kimi, son onilliklərin ən irimiqyaslı zərbəsini endirdikdən sonra ordu rəhbərliyi ilə keçirilmiş görüş zamanı Binyamin Netanyahu İsrail "özünü istənilən hücumdan qoruyacaq" ifadələri islətmişdi. İsrailin Suriya ərazisində reyd keçirən hərbi təyyarəsi Suriya tərəfindən vurulduqdan sonra İsrail Suriyanın hava hücumundan müdafiə sistemlərinə zərbə endirib. İsrail bildirib ki, ilk hava reydinin keçirilməsinə səbəb İran dronunun İsrail ilə Suriya arasında sərhəd xəttini pozması olub. İran tərəfi isə bu ittihamı rədd edib.

Göründüyü kimi, İsrailin Suriyadakı nüfuz mübarizəsinə qoşulmaq niyyəti var, lakin İran tərəfindən ehtiyat edirdi. Bu narahatçılığa isə sensasion qərarıyla Tramp son qoydu. Beləcə İran yeni bir siyasi qalmaqalla üz üzə qaldı.

Rusiyanın vəziyyəti isə hər kəsə məlumdur. Başda ABŞ olmaqla Qərbi Avropanın iqtisadi sanksiyalarından başı öz daxili işlərinə qarışan Rusiya bəs deyilmiş kimi indi də Qərbin dəstəyilə ən böyük nüfüz dairəsi olan Ermənistanda məxməri inqilab baş tutdu və yeni hakimiyət Qərbin əlinə keçə bilər. Qısası Rusiyanın başı olduqca qarışıqdı.

Beləcə geriyə bir İran qalırdı ki, Trampın qərarıyla İranın da başı qarışmış oldu. Nəticə etibarilə İsrailin Suriyada nüfuz mübarizəsin qoşulması üçün qarşısındakı bütün maneələr aradan qalxmış oldu.

Trampın qərarının Şimali Koreya ilə keçiriləcək görüşə nə kimi təsiri ola bilər?

Trampın məlum qərarından bir gün öncə Şimali Koreya lideri Kim Çen In də gözlənilmədən Çinə planlaşdırılmamış səfər etdi. Çinin Dalayan şəhərində Çin lideri Si Cinpin və Şimali Koreya lideri Kim Çen In arasında ikili görüşlər keçirildi. Düşünürəm ki, Şimali Koreya lideri ABŞ Prezidenti Donald Tramp ilə görüş öncəsi müəyyən dərəcədə ehtiyyat edir. Xüsusən də Trampın provakasyon həmlələri yenicə dünyada özünə yer etməyə çalışan Şimali Koreyaya zərər vura bilər. Həm də Trampın İranla bağlı qərarını da nəzərə alıb mövcud vəziyyət və görüş zamanı Şimali Koreyanin lehine nə kimi istifade oluna bilər kimi müzakirələr ola bilər. Bu baxımdan deyə bilərəm ki, Kim Çen In-in Çinə bu ani səfəri məhz Çin rəhbəri Si Cinpindən Trampla görüş öncəsi məsləhət xarekterlidir. Şimali Koreya lideri Kim Çen In bu görüşə müəyyən dərəcədə arxayın gedə bilər. Çünki ABŞ eyni anda iki siyasi qalmaqalla üz-üzə qalmağı gözə almaz. Qısaca desək, Trampın bu qərarı bəlkə də ən çox Şimali Koreya lideri Kim Çen In-ə sərf edə bilər.

Dünya yenidən qarışıq bir ABŞ diplomatik düyünü ilə üz-üzədir və bu gərginliyin bir az daha artmasına gətirib çıxaracaq.


TURAN RZAYEV, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Hamısı