Ermənistan və Rusiya arasında pomidor müharibəsi ÖZƏL

Analitika 10:02 12.05.2018
Oleq Kuznetsov,
 
Rusiyalı politoloq və tarixçi,
 
özəl olaraq Eurasia Diary üçün 
 

Cümə axşamı mayın 10-da, rəsmi RİA Novosti xəbər agentliyi Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistandan Rusiyaya Gömrük İttifaqı çərçivəsində gətirilən kənd təsərrüfatı mallarına məhdudiyyət tətbiq edib. Bu qərar Ermənistandan gətirilən pomidor və xiyar arasında karantin məhsullarının aşkar edilməsi ilə əlaqədar qəbul edilib.

Burada iki vacib məqama diqqət yetirmək lazımdır.

Birincisi, Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti tərəfindən erməni kənd təsərrüfatı məhsulları üzərində mal və xidmətlərin keyfiyyətinə riayət edilməsinə nəzarət nədənsə mayın əvvəlində sərtləşdirdi. Bunun sıradan bir planlı tədbir olduğunu düşünənlər ola bilər. Lakin Rusiyaya Azərbaycan və Ermənistandan tərəvəz ən azı yarım ay əvvəl, istixanada yetişən məhsullar isə ümumiyyətlə ilboyu gətirilir.

Buna görə nəzarətin daim həyata keçirildiyi üçün qəfildən sərtləşdirilməsi təbii-bioloji səbəblərdən deyil siyasi səbəblərdən baş verdiyini deməyə əsas verir.

İkincisi, nəzarət gücləndirilən kimi tərəvəzdə çirklənmə aşkar edildi. Bu baxımdan, təbii və məntiqli sual çıxır. Ermənistanda pomidor və xiyarın keyfiyyətinə nəzarət gücləndirilməsəydi nə baş verərdi? Rusiya vətəndaşları Ermənistandan idxal olunan çirkli məhsulu yeməyə davam edəcəkdi. Keçən il və ondan əvvəlki il Krasnodar əyalətinin Rastov şəhərində tərəvəz bazarında erməni çirkli məhsulu aşkar edilmişdi. Ancaq Ermənistanda rejim dəyişikliyi baş verən kimi Rusiya hakimiyyəti dərhal "pomidor müharibə"sini başlada biləcəyini bəyan etdi.

Üçüncüsü, keçmişdə belə hallar müəyyən edilir və onları mətbuat şərh edirdi. Rusiyanın federal icra hakimiyyəti orqanlarının ictimai şəkildə çıxışı üçün predmetə çevrilmirdi. 2016-cı ildə Türkiyədən gətirilən pomidor və digər tərəvəzlər eləcə də, sitrus birkiləri ilə bağlı vəziyyətdə olduğu kimi bu dəfə də çürük erməni pomidoru və xiyarı siyasi alətə çevrilib. 

Praktiki cəhətdən, bu məsələ çox sadə görünür: Ermənistan Rusiyanın istehlak bazarına pis keyfiyyətli pomidor və xiyar verməyi dayandırmalıdır, beləcə mövzu bağlamaq olardı. Ancaq bunu erməni tərəfinə etmək çox çətin olacaq: kənd təsərrüfatı məhsullarını sağlam göstərmək üçün uyğunluq sertifikatı yazmaq bir şeydir, kənd təsərrüfatında mövcud problemləri həll etmək isə başqa bir şey. Bunun üçün vaxt və pul tələb olunur, lakin bu erməni rəhbərliyində obyektiv səbəblərdən dolayı yoxdur. Rusiya onilliklər ərzində Ermənistan tərəfdən yol verilmiş bu pozuntuya göz yumaraq, xalqının "strateji müttəfiq"inə dəstək olmasına səbəb oldu.

Belə olan halda, Ermənistana qarşı hər hansı "pomidor" xəbərdarlığı gülünc görünür və daha çox İspaniyada Kataloniyanın Buyol şəhərində keçirilən, iştirakçıların bir-birinə köhnə və çürüməyə başlayan pomidor atdığı Tomatina bayramını xatırladır.

Hər hansı bir konstruktiv tənqid praktik təkliflərlə sonlandırılmalıdır. Başqa sözlə, mən  Kremlə təklif edərdim ki, deyingən ana kimi oğlanla görüşə qaçan qızına bağırmasın. Bu cür sanksiyaların olmasına işarə edən addımlar siyasi planda heç bir nəticə vermçəyəcək və əksinə ölkə daxilində anti-Rusiya əhval ruhiyyəsinin daha da artması üçün əla imkan yaradacaq.

Əvəzində bu keyfiyyətsiz məhsullar sakitcə Ermənistana göndərilə, erməni məmurlara belə ağılsızlığa bir daha yol verməmək üçün şifahi xəbərdarlıq etmək və dəymiş zərərin öz hesablarına ödənməsini tələb etmək lazım idi.

Yuxarıda deyilənlərə yekun olaraq isə bildirim ki, Rusiya elitası onun üçün gözlənilməz olan Ermənistanda hakimiyyət dəyişikliyinə konkret hansı reaksiya verməli olduğu barədə təsəsvvürə malik deyil. Kreml artıq çoxdan iki yüz illik keçmişlə bağlı illuziyalarından qurtulmalı, Ermənistanı Ön Asiya və Cənubi Qafqazda özünə dəstək olaraq görməyi dayandırmalıdır. Bu dəstək istehsal etdiyi pomidor və xiyar kimi çürük çıxdı, ancaq Moskvada bunu niyəsə bu fakt aşkar olunduqdan sonra gördülər. 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı