Qarabağ cəbhəsində Bakının önü açılır!

Analitika 09:55 26.05.2018

Rusiyanın “5-ci kolon”u yığışdırılır – ermənilər təlaşda; Yeni baş nazirin ordu rəhbərliyindəki son kadr təyinatı Kremlin qəzəbini daşıra bilər; Paşinyan Putinə “əlcək” atır? “Moskvanın cavabı gecikməyəcək, tezliklə Qarabağ cəbhəsində Bakının önü açılacaq” – erməni nəşrindən SOS

Ermənistanda 8 may hakimiyyət çevrilişindən sonra vəziyyət qeyri-müəyyən olaraq qalır. Bunun əsas səbəbi köhnə komandanın - “Qarabağ klanı”nın bir sıra dövlət strukturlarının müxtəlif pillələrində hələ də öz mövqeyini saxlaması, parlament çoxluğunun sabiq prezident Serj Sərkisyan partiyasında qalmasıdır. Yen baş nazir Nikol Paşinyan hələlik yalnız kadr təyinatları ilə situasiyanı öz xeyrinə dəyişib xalqa vəd elədiyi islahatları həyata keçirmək, növbədənkənar, azad və ədalətli seçkilər keçirmək niyyətindədir.

Onun yüksək vəzifələrə təyin elədiyi kadrlar isə əsasən Amerika və ya Qərbyönlü şəxslərdir. Bunlar - xarici işlər, müdafiə, iqtisadi inkişaf, mədəniyyət, kənd təsərrüfatı nazirləri, habelə Təhlükəsizlik Şurasının katibidir. Bütün bunların ardınca srağagün Paşinyanın israrlı təkidi ilə Baş Qərargah rəisi Movses Akopyan vəzifəsindən qovulub. Prezident Armen Sərkisyanın sərəncamı ilə  onun yerinə Müdafiə Nazirliyinin idarə rəisi Artak Davtyanı təyin edilib.

*****

“Yeni Müsavat” xatırladır ki, Xocalı hərbi canilərindən olan Movses Akopyan (Xankəndindəki 366-cı alayın komandirlərindən olub) qarabağlıdır və Serj Sərkisyana yaxın adamlardandır. Təsadüfi deyil ki, məhz Sərkisyanın prezidentliyi dövründə o, separatçı rejimin “müdafiə naziri” vəzifəsindən Ermənistanın Baş Qərargah rəisi postuna gətirilmişdi. Ən əsası, Rusiyada hərbi təhsil alan Akopyan Moskvaya sadiq və bağlı bir adam, Rusiya “5-ci kolon”unun Ermənistan Müdafiə Nazirliyi sistemindəki ən etibarlı şəxsi və təsir agenti sayılırdı.

Yəni qənaət hasil olur ki, qərbyönlü baş nazir Nikol Paşinyan və qərbmeylli prezident Armen Sərkisyan birləşib həm də Rusiyanın Ermənistandakı təsir agentlərini, “5-ci kolonu”nu sıradan çıxarmaqla məşğuldur. Bu isə Kremlin ayağını tapdamaq, daha dəqiqi, ona əlcək atmaq, meydan oxumaq kimi bir şeydir və cavabı yəqin ki, olacaq.

Movses Akopyan ile ilgili görsel sonucu

Artıq bu xüsusda yerli erməni KİV-ləri həyəcan təbili çalmağa başlayıb.

*****

“Məsələ ondadır ki, Ermənistanda heç kimə sirr deyil ki, burada Rusiyanın maraqlarına xidmət edən nüfuzlu və çoxsaylı ”5-ci kolon" fəaliyyət göstərir. Son illər Moskva sanki erməni cəmiyyətində anti-Rusiya ovqatının güclənəcəyini hiss edərək, ikiqat güclə öz agentlərini bütün dövlət strukturlarında, ilk növbədə də Müdafiə Nazirliyində, KİV-lərdə yerləşdirib ki, geniş əhali təbəqələrinə təsirini artırsın".

paşinyan putin ile ilgili görsel sonucu

“Yeni Müsavat” xəbər verir ki, bu barədə qərbyönlü erməni portallarından sayılan armenianreport.com-dakı məqalədə deyilir.

Məqalədə ardınca bildirilir: “Movses Akopyan Rusiyanın Ermənistan hərbi dairələrindəki ”5-ci kolon"un nüfuzlu üzvlərindəndir. Hətta demək olar ki, dünənədək o, Baş Qərargahdan Yuru Xaçaturovun, Aytaz Baqmanyanın və Tiqran Parvanyanın uzaqlaşdırılmasından sonra orada rusların axırıncı iri əlaltısı idi. Yeri gəlmişkən, adı çəkilən hər üç şəxsi Moskva özünün kurasiyasında olan hərbi-siyasi təşkilatlarda isti yerlərə düzəldib (Xaçaturov hazırda KTMT-nin baş katibidir - YM). Yəni Kreml bununla göstərib ki, özünün “5-c kolonu”nu hətta onlar postlarından məhrum olandan sonra da atmır. Akopyan isə görünür suda batmaz imiş ki, hələ də vəzifədə qalırmış. Axı, kim Moskvanın kadrını qovmağa cürət edər? Ancaq budur, Paşinyan elan edir ki, Movses Akopyan tutduğu vəzifədən azad olunub".

paşinyan putin ile ilgili görsel sonucu

Nəşr bu qərarın Paşinyanın Soçidə Putinlə görüşündən sonra verilməsinə xüsusi diqqət çəkir: “Baş nazirin bu hay-küylü qərarı onun Soçidə hamımızın gördüyü kimi, Putinə necə yaltaqlanmasından, Ermənistanın KTMT və Avrasiya Birliyində qalacağı ilə bağlı verdiyi vədlərdən sonraya təsadüf eləməsi xüsusilə gözlənilməzdir. Ancaq görünür, baş nazirin əhatəsindəkilər başa düşüblər ki, Akopyanın Baş Qərargah rəisi vəzifəsində saxlanması yeni hakimiyyət üçün olduqca təhlükəlidir və o, Ermənistanın NATO ilə yaxınlaşmasına yönəlik istənilən cəhdinə zərbə vuracaq. Odur ki, riskə gedib onu bu vəzifədən götürdülər”.

Məqalədə bundan sonra Rusiyanın Paşinyan hökumətinə qarşı mümkün davranışından bəhs edilir: “Əlbəttə ki, Moskva Paşinyanın ”onun əsas adamını" strateji əhəmiyyətli Baş Qərargahdan qovulmasına görə qəzəbli olacaq. Nədən ki, “ordunun beyni” üzərində nəzarət Ermənistanın bütün silahlı qüvvələrinə nəzarət imkanı verir. O da aydındır ki, Rusiya erməni hökumətinin bu kadr dəyişikliyini cavabsız qoymayacaq".

karabakh osce ile ilgili görsel sonucu

Yazıda Kremlin mümkün kontur-cavabı kimi Moskvanın Qarabağ cəbhəsində Bakının önünü aça biləcəyinə işarə edilir. “Artıq yaxın günlərdəcə Bakı ilə Moskva arasında növbəti "bal ayı"nı gözləmək olar - hətta Azərbaycan hücuma sövq edilə bilər", - deyə məqalədə təlaşla qeyd olunur.

*****

Şərhdən də göründüyü kimi, Paşinyanın baş nazirliyi Ermənistana təkcə mifik daxili islahat deyil, eyni zamanda Rusiya ilə münasibətlərdə kritik həddə çata biləcək gərginlik, hətta qırılma nöqtəsi vəd edir. Müşahidələr göstərir ki, bu minvalla həmin qırılma nöqtəsi uzaqda olmayacaq. Çünki gec-tez Nikol Paşinyan “ya göründüyü kimi olmaq, ya da olduğu kimi görünmək” zorunda qalacaq...

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Hamısı