NATO Qafqaza gəlir - Rusiya, İran, Türkiyə və Azərbaycan buna necə reaksiya verməlidirlər ÖZƏL

Analitika 18:35 29.05.2018

Oleq Kuznetsov,

Rusiyalı politoloq və tarixçi,
 
özəl olaraq Eurasia Diary üçün

26 May, şənbə günü Gürcüstan Baş naziri Georgi Kvirikaşvili 2021-ci ildə ölkəsinin NATO-a qoşulmasına ümid etdiyini söylədi. Beləliklə, o, Gürcüstan hökumətinin xarici siyasət  istiqamətini bir daha təsdiq etməklə yanaşı, həm də ilk dəfə olaraq bu qoşulmanın baş vermə müddətinə dair fikir söylədi. Əgər bu doğrudan da gürcü siyasi elitasının düşüncəsini və bunun yalnız səs küylü bəyannamə olmadığını əks etdirirsə o zaman artıq hazırda Cənubi Qafqaz regionunda yalnız Qara dənizlə bərabər Qafqaz regionunu deyil,  həm də bütövlükdə Avrasiya məkanının taleyinə təsir edəcək yeni siyasi konfiqurasiya yaranır.

Gürcüstan Mixayil Saakaşvili hakimiyyətə gəldikdən sonra və demək olar ki, 15 il əvvəl Qərb sivilizasiyasına tədricən yaxınlaşmaq və NATO strukturlarına inteqrasiya yoluna qədəm qoydu. Son yarım il ərzində ölkədə meydana gələn sosial və iqtisadi qarışıqlıqlar və siyasi kataklizmlər onu bu addımı atmağa hazırladı. Halbuki Gürcüstanda ABŞ-ın hərbi varlığı və ümumiyyətlə NATO-nun mövcudluğu kifayət qədər güclü idi.

Amma indi ölkə təmamilə iqtisadi cəhətdən səhraya çevrilib və ərazisində xarici hərbi bazalarının yerləşdirilməsi üçün əlverişli şərait yaranıb.

Hazırda Gürcüstanın NATO-ya inteqrasiyası yolunda heç bir daxili və ya xarici maneə yoxdur və bu vəziyyəti qonşu ölkələrdən hər hansının xoşuna gəlib-gəlməyəcəyi heç də vacib deyil. 

Onların rəsmi Tiflisə siyasi-iqtisadi və ya hərbi təsir imkanı yoxdur, buna görə də ən yaxın gələcəkdə Cənubi Qafqazın yeni simasına uyğunlaşmaq lazım gələcək.

NATO üzv ölkələri tərəfdən fəaliyyətini maliyyələşdirməkdə ciddi çətinliklərə malik olsa da, Gürcüstan bu il NATO-ya asanlıqla üzv ola bilərdi.

2020-ci ildə ABŞ-da prezident seçkiləri olacaq. Donald Tramp şübhəsiz, səlahiyyət müddətinin 2024-cü ilə kimi uzadılmasına çalışacaq. Buna görə də, şəxsən ona və bütün Respublikaçılar partiyası üçün Gürcüstanın məhz 2021-ci ildə NATO-ya daxil olması seçkiqabağı kompaniya zamanı kart ola bilər və Tramp amerikalı seçicilərə müraciət edərək başladığım işi sona çatdırmaq üçün mənə şans verin və NATO-nun sərhədlərini Ukrayna, Qara dəniz və Qafqazdan keçərək Xəzər dənizinə kimi uzatmaqla Rusiyanı küncə dirəyim deməyə əsas verəcək. 

Əlbəttə əgər bu daha tez baş verərsə Tramp administrasiyasının qalibiyyəti sayılacaq. Lakin Tramp kimi praqmatik prezident əsas kartını vaxtından qabaq stol üzərinə qoymayacaq. Ona görə də, Gürcüstan baş naziri ölkəsinin NATO-ya daxil olmasının tarixilə yanaşı siyasi perspektivini açıqlamış oldu.

İkincisi, Gürcüstanın NATO-ya tam miqyaslı inteqrasiyası üçün hərbi-texniki səbəb var. Bu Rusiya Müdafiə Nazirliyinin erməni şəhəri Gümrüdə 102-ci bazasıdır. O, Rusiyanın Cənubi Qafqaz regionuna təsirində mühüm faktor hesab edilir. Gürcüstanın hərbi-texniki infrastrukturunu NATO-ya inteqrasiya etməsi üçün bir zamanlar Saakaşvili Gürcüstanda etdiyi kimi Ermənistanda da rus hərbi bazasının ləğv etmək lazımdır. Şübhəsiz erməni baş nazir Paşinyan okeanın o tayındakı sponsorlarından bunun həyata keçirilməsi üçün sifariş alıb, lakin bu zaman alacaq. Belə ki, Rusiya birbaşa da olmasa dolayısı ilə Qarabağdakı işğalçı rejimi dəstəkləyir. Buna görə də Paşinyan və onun tərəfdaşları üçün erməni cəmiyyətini Rusiya ilə müttəfiq əlaqələrini kəsmək üçün hazırlaşdırmağa kifayət qədər vaxtı var.

Bununla Rusiyanın tərkibində Krasnodar və Sevastopol əyalətləri, Rastov vilayəti kimi ermənilərin çoxluq təşkil etdiyi ayrıca administrativ rayonlarında gizli terrorizmin yaranması Rusiyanın ərazi bütövlüyü qorunsa da onun hərbi-siyasi potensialının zəifləməsinə səbəb olacaq. İran da şimalda cəbhənin açılması qarşılığında Ermənistanın Urmiya, Səlmas və digər şimal-qərb regionlarında ərazi iddiaları ilə üzləşə bilər. Ermənistanın Türkiyənin  Ərzurum və Trabzondan Hakkari və Diyarbəkirə kimi şimal-şərqi regionlarında ərazi iddiaları ortaya atıla bilər. Ərazisinin bir hissəsini itirmiş Azərbayan isə Naxçıvansız qala bilər. Bir sözlə, Ermənistanın ABŞ-ın təsiri altına düşməsilə onun qonşularına siyasi təsir aləti qazanılmış olur. Gürcüstan NATO-ya daxil olduqdan sonra Şimali Atlantik Alyansın Ermənistana yolu açılacaq. ABŞ siyasi təsiri hərbi komponentlə tamamlanacaq və regiondakı qüüvvələr balansı kardinal şəkildə dəyişəcək.

Yaranmış şərtlərdə yuxarıda adı çəkilən dövlətlər açıq Amerika yönümlü "Böyük Ermənistan" ideyasının yaranmasına və ən əsası bu yaxın gələcəyin nə zaman olacağına necə reaksiya verəcəklərinə cavab axtarmalıdırlar. Gürcü baş nazirinin sözlərinə görə 2021-ci ldə müasir siyasətçilərin ifadə etdiyi kimi "yol xəritəsi"nə NATO tərəfdən yaşıl işıq yanacaq. Aydındır ki, ilkin tədbirlər artıq bu il və ya gələn il görülməlidir. Təsəvvür edildiyi kimi, Rusiya və İran  Gürcüstana daha çox maddi ziyan vurmaq üçün öz rəqiblərinə əmtəə formasında subsidiyaların verilməsindən imtina etməlidir. Buna paralel olaraq, Azərbaycan hökumətinə ərazi bütövlüyünün bərpa olunması və qondarma "Artsax" terrorçu qurumunun məhv edilməsi üçün hərbi əməliyyatlarla bağlı ən inandırıcı qarantiyalar verilməlidir ki, bu da NATO siyasətinə nəinki mənəvi və siyasi, həm də hərbi siyasi zərbə vuracaq və onu "Böyük Ermənistan" ideyasının həyata keçirilməsindən imtina etməsinə səbəb olacaq. Türkiyə xüsusilə, Rusiya və İrana münasibətdən tutmuş NATO-dan çıxmaya qədər hərbi əməliyyatların dəstəklənməsində siyasi qarantiya verməlidir. Bütün bunları bir yerə toplasaq, NATO-nun Qafqaz regionuna girməsi reallaşacaq və yaxud bir neçə il sonra Qafqaz ölkələrini ciddi təlatümlər gözləyir hansı ki, onların taleyi üçün hansı nəticələr doğuracağı aydın deyil.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı