"Xalq da Ermənistanda bu siyasi idarəçilikdən, terrordan, özbaşınalıqdan bezib"

Analitika 20:30 07.06.2018
"Bu gün regional və beynəlxalq əməkdaşlıqdan təcrid olunan Ermənistanda xaos, anarxiya və özbaşınalıq davam edir. İstər İrəvanda, istər bölgələrdə, istərsə də Azərbaycanın işğal altında saxlanılan ərazilərində insanlar illərdir ki, xalqı aldadan, ölkəni talayan rejimə qarşı üsyan edir, öz etirazlarını bildirirlər. Son günlər Dağlıq Qarabağda qondarma rejimə qarşı etirazlar isə daha şiddətli xarakter alıb. Sadə insanlar terrorist rejimin əməllərini açıq şəkildə bütün dünyaya car çəkirlər. Bunun nəticəsi olaraq artıq qondarma rejimin "baş naziri" istefa verib. Azərbaycanın işğal edilmiş torpaqlarında-Dağlıq Qarabağda yaşayan ermənilərin gözü deyəsən açılıb. Təəssüf ki, onlar bunu gec başa düşüblər. İyunun 6-da Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsində təşkil olunan iftar mərasimində çıxışı zamanı bildirib ki, onun illər ərzində dediyi sözləri erməni xalqı indi deyir. "Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir." Dövlətimizin başçısının bu sözləri bir daha onu göstərir ki, işğalçı ölkədə xalq da bu siyasi idarəçilikdən, terrordan, özbaşınalıqdan bezib."
 
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
 
V.Rəhimzadənin sözlərinə görə, bu gün dünya dəyişir, inkişaf edir, yeni əməkdaşlıqlar qurulur: "Təbii ki, bu sırada Azərbaycan diqqət mərkəzindədir. Ölkəmiz sürətlə inkişaf edir, qlobal layihələrin təşəbbüskarı kimi yeni-yeni uğurlara imza atır. Regionda Türkiyə, Gürcüstan, İran, Rusiya və digər ölkələrlə ikitərəfli və çoxtərəfli qarşlıqlı, faydalı münasibətlər daha da dərinləşir. Ancaq Ermənistan isə yenə də kənarda qalır. Səbəb isə məlumdur. İşğalçılıq və terror siyasəti bu ölkəni və erməni xalqını uçuruma aparır. Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, inkişaf üçün heç bir perspektiv yoxdur. Erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. Hesab edirəm ki, dövlətimizin başçısının bu tezisləri işğalçı ölkəyə, dünya ictimaiyyətinə bir çağırışdır. Həm dünya birliyi, həm də erməni xalqı bütün bunlardan nəticə çıxarmalı, işlağçıya təzyiq göstərilməli, torpaqlarımız azad edilməlidir."
 
"İki sahil" qəzetinin baş redaktoru qeyd edib ki, ölkəmiz regionda hər zaman mehriban qonşuluq siyasəti yürüdüb: "Azərbaycanın heç kimi torpağında gözü olmayıb. Hər zaman çalışmışıq ki, qonşu dövlətlərlə mehriban, sülh şəraitində yaşayaq, əməkdaşlıq edək. Təəssüf ki, Ermənistanın terrorist rejimi torpaqlarımızın 20 faizini işğal edərək regiona sülh deyil, müharibə gətirib. 25 ildir ki, bu ölkə regional təhlükəsizliyə böyük əngəl yaradır. Prezidentin də bildirdiyi kimi, ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək. Bununla Cənubi Qafqazda sülh bərpa oluna bilər."
 
V.Rəhimzadə əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: "Biz illərdir ki, bunu deyirik. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Bütün dünya bunu bilir. BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə də qeyd edilir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistan tərəfindən işğal edilib. Rəsmi sənədlərdə, həmçinin vurğulanır ki, Ermənistan bu işğala son qoymalı, Azərbaycanın torpaqları azad edilməlidir. Təəssüf ki, işğalçı ölkə bu çağırışlara məhəl qoymur. Ölkəmizin iqtisadi, hərbi gücü, siyasi çəkisi, nüfuzu durmadan artır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik."
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Hamısı