Rusiya səfiri Bakıda işə başladı ABŞ səfiri nə vaxt gəlir?

Analitika 10:18 11.06.2018

Ekspert: “İrəlidəki bir neçə ayda yeni səfirin təyinatının şahidi olacağıq...”

İyunun 10-da prezident İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikovun etimadnaməsini qəbul edib. Səfir Mixail Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçib. Sonra Mixail Boçarnikov etimadnaməsini İlham Əliyevə təqdim edib. Ölkə başçısı səfirlə söhbət edib. Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Regionda və Azərbaycanda ciddi maraqları olan daha bir böyük dövlət -ABŞ isə hələ də Azərbaycana yeni səfir təyin etməyib. İki ay yarımdır ki, ABŞ Azərbaycanda səfirsizdir. Azərbaycanın əhəmiyyətinin artdığı deyildiyi bir vaxtda Vaşinqtonun səfir təyinatını gecikdiməsi nədəndir? Bu, ABŞ-ın Azərbaycana dolayısı ilə hansısa mesajlar çatdırması hesab oluna bilər?

Siyasi analitik Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi tərəfdaşı, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan ABŞ-ın qlobal hərbi strateji, enerji stabilliyi və təhlükəsizliyində mühüm rol alan aparıcı  tərəfdaşı kimi, Avropanın enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında ABŞ-la eyni mövqedən çıxış edir: “Həmçinin, danılmaz fakt budur ki, Azərbaycan ABŞ-ın vacib hərbi-strateji, etibarlı iqtisadi tərəfdaşı kimi, qlobal enerji təhlükəsizliyi mövzusunda etibarlı tərəfdaşı kimi, həm də ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. ABŞ Əfqanıstandakı missiyası və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycan hava məkanından istifadə edir. NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin daşınması, Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu üzrə yüklərin 40 faizini Azərbaycanın hava məkanı və aeroportlarından istifadə etməklə həyata keçir.

Mixail Nikolayeviç Boçarnikov ile ilgili görsel sonucu

Azərbaycan ABŞ-a və NATO tərəfdaşlarına lojistik və tranzit  yardımında hərbi yüklərin 40 %-nin daşınmasında qeyd etdiyimiz  şimal paylayıcı şəbəkəsi strateji  tranzit  yolu, Əfqanıstandakı  ABŞ hərbi heyətinin hərəkətliliyi üçün təhlükəsiz tranzit yolu olan, 2002-ci ildən Əfqanstanda ABŞ və NATO qoşunlarına qətiyyətli dəstək göstərən etibarlı və aparıcı tərəfdaşıdır: ”Sırf ABŞ-ın səfir təyinatı məsələsi və onun pərdə arxası səbəbləri haqqında danışmadan öncə, münasibətlərdəki hərəkətlilik haqqında danışmaq istəyirəm. ABŞ Prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı İlham Əliyevə Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik məktubu münasibətlərin səviyyəsini qeyd edir. Tramp Azərbaycan və Birləşmiş Ştatların günümüzün mürəkkəb regional çağırışlarının həlli üçün birgə işləyərək daha sıx tərəfdaşlığı arzusunda olduğunu bildirir. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığımızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi, enerji sahəsində illərlə davam edən əməkdaşlığımızı diqqətə alaraq, Cənub Qaz Dəhlizi vasitəsilə ilk qazın nəqli sayəsində Avropanın zəruri enerji təhlükəsizliyində alternativ enerji təminatını əldə etməsini inanılmaz bir nailiyyət kimi göstərir.

Siyasi analitik Yeganə Hacıyeva ile ilgili görsel sonucu

Bunun müqabilində yaranan  regional imkanları Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tarixi imkanlar kimi dəyərləndirir. Donald Trampın xüsusi  təbrik məktubundan bir gün sonra ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brinki ölkəmizə səfər edir və Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olur. Görüşdə yenə də Azərbaycan ilə ABŞ arasında siyasi, enerji və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələri, Cənub Qaz Dəhlizinin əhəmiyyəti və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu müzakirə olunur. Müzakirə olunan mövzulardan biri də əlbəttə yeni səfir təyinatı və onu şərtləndirən məqamlardır.

Görüşdən iki gün sonra ABŞ Azərbaycan münasibətlərində kənar təsirlər vasitəsi ilə neqativ rol almış və rəsmi Bakının haqlı iradının ünvanı olan ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Komissiyası müsbət bəyanat paylaşaraq Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasını diqqətə gətirdi.  Səfir təyinatı əslində o qədər çox gecikmir. İki ay yarım elə də böyük zaman deyil. Hazırda daha bir neçə ölkədə ABŞ-ın yeni səfiri təyin olunmayıb. Prosedur qaydalar mürəkkəbdir və zaman ala bilir. İrəlidəki bir neçə ayda yeni səfirin təyinatının şahidi olacağıq. Səfir təyinatının hələ həyata keçirilməməsində Azərbaycana hansısa dolayısı mesaj və ya təzyiq məqsədi güdüldüyü versiyası inandırıcı deyil. Yuxarıda qeyd etdiyimizs kimi, Azərbaycan ABŞ üçün əhəmiyyətli ölkədir".(musavat.com)

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Hamısı