Ermənilərin Rusiyadakı sözçüsü Mariya Zaxarova, yoxsa Zaxaryan?

Analitika 12:25 18.06.2018

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanın Azərbaycana qarşı qərəzi təzə məsələ deyil. Zaman-zaman ermənilərə rəğbətini açıq büruzə verən, saxta soyqırımın hər ildönümündə onlara başsağlığı statusu yazıb erməniləri mədh edən bu xanım yeri gəldi-gəlmədi bizi “sancmaq”dan sanki həzz alır. Elə bil ermənilərlə gizli sövdələşməsi var.

Bioqrafiyasına baxırsan, atası xalis rus, anası rus. Yəni qatışığı da yox. Di gəl ki, Rusiyadan çox Ermənistanın sözçüsü kimi özünü aparır, ermənilərin, Dağlıq Qarabağ separatçıların havadarı qismində çıxış edir. Onun növbəti anti-Azərbaycan bəyanatı, daha doğrusu, iftirası isə heç bir əndazəyə sığmır, o ki ola diplomatik etikaya. Yenə yersiz əda ilə yoğrulmuş bir iddia, “qara məni basınca mən qaranı basım”, “həm suçlu, həm güclü” məntiqi. Adamın şərləməyi də varmış. 

Bəzən anlamaq olmur ki, Rusiya XİN-in əsl siması erməni kökənli Sergey Lavrovdur, yoxsa Mariya Zaxarova? Bildiyimiz qədər şəxsi həyatında uğursuzluq yaşamış bu xanım baxırsan ki, çox vaxt Lavrovun özündən çox ermənilik edir, hirsini, xıltını üstümüzə tökmək üçün fürsət gəzir. Adam açıq-aşkar azərbaycanlıları, bizi sevmir, vəssalam.

Dərdi-azarı nədir, bilinmir. Ola bilsin, Rusiyada hansısa erməni oliqarxın sponsor elədiyi bir zatdır. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun sözü də düşündürücüdür: bəlkə nə vaxtsa onun Azərbaycanla və ya azərbaycanlılarla şəxsi müstəvidə hansısa xoşagəlməz yaşantısı olub? Nə biləsən.

Bir şey dəqiqidir ki, “Trend”in əməkdaşı ilə bağlı yaşanan və hələ də davam edən qalmaqal (agentlik məsələ ilə bağlı bəyanat yayıb, onu təbii ki, hərfinə kimi biz də dəstəkləyirik), Zaxarovanın Azərbaycana qarşı qərəz dağarcığı olduğuna şübhə yeri saxlamır. Söhbət hər şeydən öncə öz ayıbına kor olmaq əvəzinə, abırsızlıq eləməkdən gedir. Çünki “Trend” müxbirinin Paşinyanla bağlı iyunun 1-də Moskvadakı mətbuat konfransında Qarabağ mövzusunda verdiyi sual, ona Zaxarovanın müavininin verdiyi cavab görüntülü-filanlı ortada ola-ola, Rusiya XİN-in rəsmi sözçüsü ağ yalan danışır, stenoqramı ermənilərin xeyrinə təhrif elədikləri üçün Azərbaycandan, agentlikdən üzr istəmək yerinə, azərbaycanlı jurnalisti günahkar çıxarır, Azərbaycan mediasına kükrəyir. “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” misalı yəni.

Əslinə qalsa, təəccüblənməyə dəymir. Ermənistanla birgə torpaqlarımızın işğal ortağı olan və illərdir özünü bizə tərəfsiz vasitəçi kimi sırımağa çalışan bir ölkənin XİN rəsmisinin Azərbaycana hansı rəğbəti ola bilər ki? Rusiya, onun rəsmiləri 30 ildir Azərbaycan xalqına Qarabağ yalanları danışır. İddia edirlər ki, guya problemin həllinə çalışırlar. Amma Kremlin əlində bunca imkan, unikal rıçaq olsa da, üçüncü on illikdir “yük köhnə yerindədir”.

Bütün dünya bar-bar bağırır ki, Moskva səmimi şəkildə istəsə, problemi qısa zamanda çözər. Moskva isə demaqogik şəkildə bəyan edir ki, “konfliktin həlli Azərbaycanla Ermənistandan asılıdır, Bakı ilə İrəvan razılığa gəlsinlər, biz bu anlaşmaya qarant duraq”. Amma altdan-altdan nisbi yaxınlaşmaya belə əngəl yaradır. İnanın ki, Dağlıq Qarabağın hətta Ermənistana verilməsi üzərində qurulan sülhə də Kreml razı olmaz. Çünki ona iki xalqın barışığı yox, münaqişəsi lazımdır. 

Moskva hələ indiyədək heç bir bölgəyə sülh aparmayıb. Daima gərginlik, qarşıdurma, dağıntı, ölüm-itim gətirib. Son olaraq Ukraynada o eyni ssenarini işə saldı. Rusiyanın perimetri boyu mövcud olan konfliktlərə baxın. Onların hamısı Kremlin qızışdırdığı, zaman-zaman körüklənən və idarə edilən münaqişə ocaqlarıdır. Nəyin göstəricisidir bu?

Birinci onun ki, Moskva heç cür SSRİ-nin çöküşü ilə barışa bilmir. Özünü hələ də konflikt ocaqları yaratdığı yeni dövlətlərin virtual sahibi, diktəedicisi kimi hiss edir. İkincisi, bu münaqişə ocaqları vasitəsilə NATO-nun öz sərhədlərinə yaxınlaşmasını əngəlləməyə çalışır. Aydındır ki, ərazisində belə konfliktlər olan postsovet ölkəsinin Alyansa üzvlüyü qəlizə çevrilir. Gürcüstan nümunəsi var...

*****
Qayıdaq, Zaxarova-Zaxaryanın XİN-dəki özfəaliyyətinə (özfəaliyyətmi?) Belə getsə, rəsmi Bakı onun başqası ilə əvəzlənməsi məsələsini bütün ciddiliyi ilə qoymalı olacaq. Çünki yüksək dövlət postu tutan bu 42 yaşlı, qərəzi göz deşən zənən Azərbaycanla Rusiya arasında pis-yaxşı formalaşmış strateji tərəfdaşlıq əlaqələrinin kökünü qazımaqla məşğuldur.

Görəsən, Zaxarova Putinin də sözünü deyirmi?

Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO

Xəbər xətti

Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib
21:39 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib
21:30 22.04.2024
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
21:21 22.04.2024
Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
21:20 22.04.2024
Hamısı