Paşinyan hökuməti manyakdan, kokain ticarətçisindən tutmuş DJ-ə qədər

Analitika 15:44 18.06.2018

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənəkənar parlament seçkilərinin keçirilməsini sürətləndirmək üçün seçki qanunvericiliyinin qəbulundan sonra istefa verməyə hazırlaşır.

Beləliklə, Paşinyan bu ilin sentyabr ayına təyin edilən növbədənkənar parlament seçkiləri vasitəsilə hökumətin sabiq başçısı Serj Sarqsyana sadiq olan deputatları tam neytrallaşdırmaq istəyir. Bu hadisələrin nələrə səbəb olacağı, Paşinyanın onun hökumətini dəstəkləyəcək parlament qura bilib-bilməyəcəyi açıq qalan məsələlərdir.

Bu gün Ermənistan cəmiyyətini daha çox hökumətdə və digər yüksək vəzifələrdə edilən son təyinatlar maraqlandırır, daha çox isə narahat edir.

Məsələn, N.Paşinyanın Smbat Qoqyanı Ermənistan Ali Attestasiya Komissiyasının rəhbəri vəzifəsinə təyin etməsi sosial şəbəkələrdə və mətbuatda fırtınaya səbəb olub. Onun kimliyi ermənilərdə, yumşaq desək, narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri yeni təyin olunmuş məmuru faşist, manyak və özünü idarə edə bilməyən insan kimi xarakterizə ediblər. Yeri gəlmişkən, onun yaknız bir şəkli hər şeydən xəbər verir.

Ermənistan baş naziri müavininin müşaviri vəzifəsinə ölkənin Odessadakı keçmiş konsulu, Ermənistanda və ondan kənarda daha çox "Jorik" kimi tanınan cinayətkar Georgi Muradyanın təyin olunması isə Ermənistanda peşəkar qıtlığının və ya baş nazirin peşəkarı səriştəsiz şəxsdən ayıra bilməmisinin bariz nümunəsidir.

G.Muradyanın adı vaxtaşırı KİV-də polisin həftəlik hesabatlarında çıxıb: o, narkotik alveri ilə məşğul olub və böyük miqdarda kokain qaçaqmalçılığına görə azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra Ermənistan parlamentinin sədri, sonradan ölkənin baş naziri olan Ovik Abramyan onu "qanadları" altına alıb. G.Muradyan bir müddət onun baş müşaviri vəzifəsində çalışıb, 2012-ci ildə isə Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Odessadakı baş konsulu vəzifəsinə təyin olunub.

Georgi Muradyan

Oxucuların diqqətini cəlb etməyin zəruri olduğu başqa bir şəxs Ermənistanın yeni mədəniyyət naziri Lilit Makuntsdur.

Belə ki, daha əvvəl "Lenta.Ru" yeni nazirin "Facebook" səhifəsində "Mədəniyyət mənəm, o, hər birimizdə olduğu kimi, həm də məndədir" yazmasının sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olduğunu, nəticədə nazirin postunu sildiyini yazıb.

Sonradan L.Makunts hərəkətinə bəraət qazandırmaq üçün yazdıqları ilə maraqlananlara onun, mədəniyyətin harada olduğunu, onların harada görüşdüklərini izah etmək istədiyini bildirib.

Bundan əlavə, ermənilərin hamısı onun kim olduğunu və haradan gəldiyini anlamağa çalışırdılar. Sonda cavabı Rusiya-Ermənistan (Slavyan) Universitetinin tələbələri tapıb.

Lilit Makunts

"Bu ki bizim ingilis dili müəllimimizdir" - deyə bir qız elə həmin "Facebook"da yazıb. Onun sözlərini digər tələbələr də təsdiqləyiblər. Sonrdan məlum olub ki, L.Makunts müxalif Erməni Milli Konqresi üzrə N.Paşinyanın keçmiş silahdaşıdır, hətta 2012-ci ildə bu blok siyahısına əsasən parlamentə namizədliyini də irəli sürüb. Onun 34 yaşı var, liberaldır, Ermənistan Liberal Partiyasını təmsil edir.

Amma DJ Ed Ward kimi də tanınan 30 yaşlı Eduard Ağacanyan hökumət aparatının rəhbəri vəzifəsinə təyin olunmasına heç bir izah da gətiməyib. O, N.Paşinyanın çoxdankı tərəfdarıdır, yeni təyinata qədər Paşinyanı hakimiyyətə gətirən "Yolk" blokundan Yerevan Ağsaqqallar Şurasının (paytaxt bələdiyyəsinin idarəetmə orqanı) üzvü olub. E.Ağacanyanın atası Yerevanda elit restoran sahibidir, elektrik cihazlarının satışı üzrə böyük ticarət zəncirində pay sahibidir, oğul isə siyasi fəaliyyətlə yanaşı, iaşə sahəsində biznes qurmağa çalışıb. Amma görünür, Monako Beynəlxalq Universitetinin iki diplomu da işə yaramayıb və o, indi siyasət aləmindədir.

Eduard Ağacanyan

Bu, Paşinyanın hökumətdəki 11 silahdaşı arasında "uğursuz təyinatlar"la bağlı sadəcə bir neçə nümunə idi. Onun ətrafını ictimaiyyət müsbət qarşılamır, əksinə, son hadisələr yeni baş nazirin hakimiyyətinin yalnız onun şəxsiyyətindən asılı vəziyyətdə olduğunu göstərir.

Lakin N.Paşinyan "Facebook"da post yerləşdirməklə artıq özünə bəraət qazandırmağa çalışıb: "Biz düzgün kadr siyasəti aparmaq istəyirik, amma bu, heç də həmişə alınmır. Amma təyinatlar da bu ana qədər fəlakətə gətirib çıxarmayıb. Belə olarsa, sizi əmin ediriəm, məmur məsuliyyət daşıyacaq".

Bu vəziyyət nə qədər davam edəcək? Küçə inqilabının keçmiş lideri ölkəni cinayətkar, DJ-biznesmen, manyak və erməni cəmiyyətinin digər "qaymaqları" ilə idarə edə biləcəkmi? O, ən azı buna inanır və xalqı da inanmağa çağırır. (report)

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub
20:40 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Hamısı