Qarabağ ətrafında köhnə-təzə status-kvo zaman kimə işləyir?

Analitika 10:37 17.07.2018

Nazirlərin Brüssel görüşü hərbi toqquşma riskini azalda bilmədi - səbəb; separatçı rejimin “rəsmisi”ndən təlaş: “Azərbaycan sürəkli müharibəyə hazırlaşır...” 

Ötən həftə Qarabağla bağlı nəhayət ki, tərpəniş qeydə alındı, buz sındı: Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir araya gəldilər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə baş tutan, 4 saat çəkən görüşdə real nəticə olmasa da, təmas iki mühüm detalla yadda qaldı.

Birincisi odur ki, Ermənistanda inqilab dalğasında yaşanan hakimiyyət çevrilişindən sonra bu, baş tutmuş ilk yüksək səviyyəli təmas idi. İkincisi və ən önəmlisi, bununla yeni baş nazir Nikol Paşinyan Qarabağ şərtindən (separatçıların birbaşa danışıqlara qoşulması ilə bağlı tələb) faktiki imtina eləməli oldu, geri çəkildi. Düşmən tərəfin Dağlıq Qarabağ məsələsi ətrafında işğalçı ölkənin xeyrinə daha əlverişli format yaradıb Ermənistanı suçsuz kimi kənarda saxlamaq cəhdi, guya münaqişənin Bakı və Xankəndi arasında mövcud olması haqda dünyada rəy yaratmaq niyyəti fiasko oldu.

Hərçənd Nikol Paşinyan və onun KİV-ləri belə təəssüat formalaşdırmağa çalışdılar ki, guya Brüsseldə yalnız tanışlıq görüşü olub və nə vaxtsa separatçı rejim də belə danışıqlara qoşula bilər. Yəni ictimai rəydə Nikol Paşinyanın imicinin zəifləməməsi üçün belə ucuz təbliğata əl atdılar. Paşinyan da özünü sındırmamaq üçün Məmmədyarov-Mnatsakanyan görüşünün əhəmiyyətini sıfırlamağa cəhd elədi.

*****

Düzdür, görüşdə nəticə olmayıb. Ancaq 4 saatlıq tanışlıq görüşü olmur. Tanışlıq üçün 5-10 dəqiqə də kifayətdir.  Bu, məhz vasitəçilərin təkidi və İrəvanın iradəsi əleyhinə köhnə formatda sülh prosesini irəli aparmaq üçün reallaşan görüş idi.

İkinci yandan, təbii ki, Azərbaycan nə indi, nə də bundan sonra, daha dəqiqi, Ermənistanda kimin hakimiyyətə olmasından asılı olmayaraq, Dağlıq Qarabağdakı kriminal qurumun birbaşa danışıqlara qatılmasına izn verməyəcək. İrəvanın şərtini qəbul etməyəcək. Çünki bütün dünya bilir ki, bu münaqişədə yalnız iki tərəf var - Azərbaycan və ona qarşı əsassız torpaq iddiası irəli sürən Ermənistan. Beynəlxalq hüquq, Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, Azərbaycan və Ermənistanın imza atdığı BMT və ATƏT nizamnamələri, Avropa Birliyinin, AŞ PA-nın, Avropa Məhkəməsinin, NATO-nun, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmamaq Hərəkatının sənədləri də eyni şeyi deyir.       

*****

Bəs bundan sonra nə olacaq? Artıq Rusiyada futbol üzrə dünya çempionatı da yekunlaşıb. Yəni prezident V.Putinin Qarabağ məsələsində əl-qolunu bağlayacaq heç bir siyasi əngəl gözə dəymir. Moskva nəhayət, real sülh anlaşması təşəbbüsü ilə çıxış edəcəkmi, yoxsa müharibə, yeni hərbi toqquşma qaçılmaz olacaq?

Suala cavab yəqin ki, Putinin Ermənistandakı yeni “qərbçi” hökumətə münasibətindən asılı olacaq. Hansı hökumət və onun başçısı ki, faktiki surətdə işğalçı ölkəni hazırda Rusiya orbitindən uzaqlaşdırmaqla məşğuldur.

Bütün hallarda şübhə yoxdur ki, Azərbaycan özünün hərbi və döyüş potensialını artırmaqda davam edəcək. Ermənistan-Azərbaycan sərhədinin Qazax nahiyəsində baş verən son insident və erməni diversantın ələ keçməsi də göstərdi ki, silahlı qüvvələrimiz nəinki düşmənin istənilən təxribatının qarşısını almağa, ən əsası, işğal altındakı torpaqlarımızı azad eləməyə hər an hazırdır - yetər ki, bundan ötrü uyğun siyasi şərtlər, siyasi zəmin olsun. Söhbət öncəliklə Rusiya amilindən gedir.

*****

“Belə ehtimallar var ki, Azərbaycanı döyüş əməliyyatlarından Rusiyadakı dünya çempionatı çəkindirib. Çünki Rusiya amilini Azərbaycan hesaba almaya bilməz. Müharibə ehtimalı yüksək olaraq qalır. Xüsusən də nəticəsiz danışıqlar prosesi fonunda bu ehtimal böyükdür”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Qarabağdakı separatçı rejim başçısının “təhlükəsizlik məsələləri üzrə müşaviri” Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın hərəkətlərindən görünür ki, o, müharibəyə hazırlaşır. “Qlobal siyasi, hərbi, təbliğati və iqtisadi müstəvidə baş verənlər Azərbaycanın hərbi planlarından xəbər verir. Bu planlar 10 gün, bir ay və ya bir il sonramı işə salınacaq, məlum deyil, bir şey aydındır ki, Azərbaycan müharibəyə hazırlaşır”, - deyə separatçı qeyd edib.

*****

Erməni tərəfinin təlaşı məntiqlidir. Aydındır ki, Azərbaycan sonsuzadək işğal rejimi ilə, status-kvo ilə barışmaq niyyətində deyil və gec-tez öz ərazisindəki “çağırılmamış qonaqları” - işğalçı erməni qüvvələrini qovub çıxaracaq. Bakının illərdir milyardlar xərcləyib müasir döyüş sistemləri alması, öz ərazisində hərbi zavodlar açması, müntəzəm surətdə və həm də qardaş Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər keçirməsi də müstəsna olaraq bu hədəfə hesablanıb. Bu il iyunun 26-da Bakıda keçirilən möhtəşəm hərbi parad və orada nümayiş etdirilən silah-sursatlar da işğalçı ölkəyə aydın bir mesaj idi ki, nə qədər gec deyil torpaqlarımızı boşaltmağa başlasın, nəinki bəzi havadarlarına arxayın olub ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti aparsın.

Əfsus ki, Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı təhlükəli vəziyyətdən doğru-dürüst nəticə çıxarmaq əvəzinə, Azərbaycana qarşı təxribatçı addımlarını davam etdirir. Məsələn, modern.az xəbər verib ki, işğalçı ölkə Qarabağdan Ermənistana növbəti yol çəkməyi planlaşdırır.

Məlumatlara görə, Ermənistanın nəqliyyat naziri Aşor Akopyan bununla bağlı separatçı rejimin “şəhərsalma naziri” Karen Şahramanyanla görüş keçirib və görüş zamanı Zəngilan-Mincivan-Gorus yolunun çəkilməsi müzakirə edilib. Belə ki, İranla sərhəd boyunca yerləşən yolun yaxın aylarda təmir olunaraq asfaltlanması planlaşdırılır. Xatırladaq ki, buna qədər Qarabağdan Ermənistana Gorus-Xankəndi, Vardenis-Ağdərə və Zod-Kəlbəcər yolları çəkilib.

*****

Təbii ki, bu qəbildən cəhdlər əbəsdir. Doğrudur, tikililər, o sırada inşa edilən yollar enində-sonunda Azərbaycanın mülkiyyəti kimi bizə qalacaq. Amma ağlı başında olan heç bir erməni, xüsusən də Yaxın Şərqdən gələn erməni müharibənin hələ bitmədiyi vaxtda işğal altındakı Azərbaycan ərazilərində məskunlaşmaz, burada iş qurmaz. Əslinə qalsa, kütləvi məskunlaşma da yoxdur. Çünki hamı üçün canı əzizdir. Sadəcə, erməni tərəfinin təbliğat maşını bu cür informasiyalar yaymaqla guya müharibənin bitdiyi təəssüratını yaratmağa çalışır. Müharibənin isə yalnız birinci hissəsi bitib.

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Hamısı