Dünyanın ən təhlükəli və sarsıdıcı silahı İnformasiya!

Analitika 15:51 12.05.2016

Keçmiş Pentaqon rəhbəri Robret Qeytsin  hələ, 2004-cü ildə “New York Times” nəşrində çap etdiyi ABŞ üçün müharibələrdə üstünlük qazanmağın meyarları  barədə məqaləsi geniş rezonans doğurmuşdu. Bu fikirlər hələ də müzakirə olunur:

“Ölkəmizin müdafiəsi təkcə təhlükəsizlik tədbirləri və güclü ordu ilə yekunlaşmamalıdır. Çünki, müharibələrdə əsas məsələ canlı qüvvənin məhv edilməsi deyil, məqsədlərinin sarsıdılmasıdır. İdeoloji müharibədə uduzmaqla müttəfiqlərimizin hamısını tək-tək itirəcəyik”. Bəli, məhz cənab Qeytsin bu açıqlamasını nəzərdən keçirsək, aydın  olur ki,  Amerika tarixin verdiyi dərsləri  bütün digər ölkələrdən daha yaxşı təhlil edib, çıxardıqları vacib nəticələri nəhayət öz siyasətlərinə tətbiq edirlər. 

Bu bir reallıqdır. Çingiz xan, Teymurləng  və Makedoniyalı  İsgəndər  kimi sərkərdələrin məğlubedilməz adlandırılması  elə informasiya müharibəsinin düzgün aparılması nəticəsində mümkün olub. Hələ  o dövrlərdə ordunun önündə xüsusi informasiya hazırlığı görmüş atlılar çapırdılar. Onlar ordunun gücü haqqında informasiya formalaşdıraraq insanlara psixoloji olaraq təsir göstərirdilər.

Müharibələrlə tarixi dəyişən Hitler və Stalin də informasiya müharibəsinin əhəmiyyətini çox gözəl  anlayırdılar. Bu bir faktdır ki, Sovet ordusunun İkinci dünya müharibəsində qələbəsi həm də uğurlu təbliğatın nəticəsi idi.

Həm silah, həm də məqsəd olan - İnformasiya 

İnformasiya müharibəsi anlayışından  ilk dəfə 1976-cı ildə ABŞ-da Tomas Rona tərəfindən “Boeing”kampaniyası üçün hazırlanmış "Silah sistemləri və informasiya müharibəsi"  adlı hesabatda istifadə edilib.  İnformasiya həm silah, həm də məqsəd kimi dəyərləndirilib.

 "İnformasiya müharibəsi" termini isə  rəsmi olaraq ilk dəfə ABŞ Müdafiə Nazirliyi tərəfindən 1992-ci ildə istifadə edilib.

“Eurasia Diary”yə açıqlama verən  AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, informasiya müharibəsi məsələlərini geniş araşdıran  mütəxəssis  İradə Ələkbərova  qeyd edir ki, informasiya  müharibəsi  sadəcə hansısa xəbərin yayılması demək deyil:  “İnformasiya müharibəsi adi müharibələr kimidir. Müharibə etməmişdən öncə hədəf bilinməlidir, strategiya, maliyyə dəstəyi və müharibə aparmaq üçün vasitələr olmalıdır. Fiziki müharibə aparmaq üçün qoşunlar, informasiya müharibəsi aparmaq üçün isə xüsusi mütəxəssislər lazımdır”.

Azərbaycan informasiya müharibəsi meydanında

İ.Ələkbərovanın fikrincə, Azərbaycanın informasiya müharibəsi üçün imkanları böyük olsa da, kadrları təəssüf ki,   yetərsizdir: “Azərbaycanın fiziki müharibə aparmaq üçün yetərincə qüvvəsi, vəsaiti və güclü ordusu var. Lakin, Azərbaycanda sistemləşdirilmiş şəkildə informasiya müharibəsi aparılmır. Mübarizəyə qoşulan mütəxəssislər pərakəndə halda yayılıblar”.

Ekspert vurğulayır ki, jurnalistlərin pərakəndə informasiya yayması  və ya hər hansı xakerin düşmən tərəfinin informasiya  saytını sıradan çıxartması informasiya müharibəsi aparmaq demək deyil: “Fiziki müharibədəki qaydalar informasiya müharibəsinə də şamildir. General, zabit, əsgər, informasiya üzrə mütəxəssislər təyin edilməli, hədəf seçilməli, bütün müasir təchizatlarla təmin edilməlidir. O zaman deyə bilərik ki,  informasiya müharibəsi  yaxşı aparılar və bizə  qarşı elan edilən müharibənin qarşısını tam ala bilərik”.

İnformasiya müharibəsi – texniki  təhlükəsizlik və üstəgəl pul deməkdir

Müasir dünyada  fiziki müharibədən çox informasiyanın gücündən istifadə edərək psixoloji müharibə aparılır.

ABŞ, Rusiya, Çin dünyada informasiya müharibəsi sahəsində öz hökmranlığını qoruyan ölkələrdəndir. Vaşinqton informasiya müharibəsində qalib gəlmək üçün kiber casusluq üsulundan aktiv istifadə edir. ABŞ-ın dünyanın bütün nöqtələrində informasiyanı gizli yolla əldə etmək, media yayımını idarə etmək və əhaliyə təsir göstərmək üçün dövlətin sosial şəbəkələrinə hücum əməliyyatları həyata keçirmək  imkanları çox genişdir.

Müdafiə üzrə Müasir Araşdırma Layihələri Agentliyi (DARPA) kiber sahədə hücum əməliyyatlarının aparılmasında ABŞ Müdafiə Nazirliyi üçün xüsusi "X Planı" hazırlayıbdır. Bundan əlavə, Birləşmiş Ştatların Milli Təhlükəsizlik Agentliyinin (MTA) “Google”, “Yahoo”, “Facebook”,” Microsof”t və digər meqa şirkətlərin məlumat mərkəzlərinə birbaşa çıxışı var və kiber hücumlar çərçivəsində hazırlanmış proqramlarla kiber məkanın istənilən iştirakçısını rahatlıqla izləyə bilirlər.

Rusiya da Krımın ilhaqı və Ukraynanın şərqində hərbi əməliyyatlar zamanı kiber hücumdan səmərəli istifadə edib.  Yəni, kiber müharibə sadəcə düşmən kommunikasiyalarının dağıdılmasının klassik metodudur.

Azərbaycan informasiya müharibəsini udmaq üçün nələr etməlidir?

İnformasiya müharibəsində üstünlük ölkənin  müasir informasiya texnologiyaları  ilə təmin edilməsilə ölçülür.

Ekspertlər qeyd edir ki, Azərbaycanın sahib olduğu “Azərspace” peyki həmin vacib üstünlük deməkdir.

Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub. “Azerspace-1” peyki orbitə 2013-ci il 7 fevralında buraxılıb – Red.

Mütəxəssislərin fikrincə, informasiya müharibəsində kiber hücumları reallaşdıran xakerləri müharibəyə qoşmaqla strategiyasını dəyişmək və planlı şəkildə istifadə etmək olar: “Beynəlxalq aləmdə “xaker” termini cinayətkar kimi qəbul edilir. Vahid bir mübarizə sistemində hətta xakerlərin bacarıqlarından da sistemli şəkildə yararlanmaq indiki dövrdə eyib sayılmır”.

Mütəxəssis İradə Ələkbərova bildirir ki, cəbhə bölgəsində gərginlik zamanı düşmənin təxribatını beynəlxalq arenada ifşa etmək üçün informasiya müxtəlif dillərdə operativ və sürətli formada dünyaya çatdırılmalıdır: “Azərbaycanı sərhədlərimizdə güclü hərbçilər, zabitlər, əsgərlər qoruyur. İnformasiya  əsgərləri isə beynəlxalq media, internet şəbəkələrində Azərbaycanın mənafeyinə zidd informasiyalara qarşı mübarizə aparmalıdır.  Dünyada  baş verənləri multimedianın imkanlarından istifadə etməklə ilk mənbədən duymalıdır ”. 

Bir şəkil bir kitabdan daha çox informasiya verir!

“Müharibə zamanı  ilk növbədə tərəflər bir-birinin kommunikasiya vasitələrini sıradan çıxardırlar. Bu gün fiziki müharibədən əvvəl informasiya müharibəsində ön cəbhələri ələ keçirmək mütləqdir. Azərbaycanın  xarici ölkələrdə olan serverlərinə müdaxilə edilərsə, alternativ yollardan istifadə etməklə məlumatın ötürülməsi, tez bir zamanda  dünyaya çatdırılması təmin edilməlidir. Azərbaycanın bunu etməsi üçün bütün texniki imkanları var.

İradə xanım deyir ki, Ermənistanın Azərbaycana qarşı törətdiklərini artıq bütün dünya bilir. Xocalı faciəsi multimedia vasitələrinin köməyi ilə dünyaya çatdırılıb. İnformasiyanın çoxluğunu və çağdaş insanın vaxtını nəzərə alaraq baş verənləri daha təsirli anlatmaq üçün şəkillərin, videoların köməyindən operativ  istifadə etmək vacibdir. Bəzən  bir şəkil bir kitabın anlatmaq istədiyindən daha çox informasiya verir ”, -deyə ekspert fikrini yekunlaşdırdı. 

"Eurasia Diary"nin Azərbaycan redaksiyasının redaktoru

Vüsalə Əlövsətqızı

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Hamısı