Merkel "Cənubi Qafqazda biz də varıq" deməyə gəlmişdi TƏHLİL

Analitika 12:44 27.08.2018

Almaniya kansleri Angella Merkelin Cənubi Qafqaz ölkələrinə səfərinin nəticələrini necə qiymətləndirmək olar?

Angela Merkelin bölgəyə səfəri Gürcüstandan başladı. Bu təbiidir. Almaniyanın Cənubi Qafqaz ölkələri ilə tarixən Gürcüstanla sıx əlaqələri olub. Təsadüfi deyil ki, Merkel Tbilisidəki çıxışında “Abxaziya və Cənubi Osetiya Gürcüstanın ayrılmaz hissəsidir” ifadəsini işlətdi, o Bakıda oxşar ifadəni Dağlıq Qarabağ və Azərbaycan üçün istifadə etmədi. Və ya Merkel Tbilisidə belə bir ifadə də işlətdi: “Rusiya öz ordusunu Gürcüstanın işğal olunmuş ərazilərindən çıxarmalı və Gürcüstanın ərazi bütövlüyü təmin olunmalıdır”. Yenə oxşar ifadə Bakıda səslənmədi. Bütün bunlar ondan xəbər verir ki, Gürcüstanın Almaniya siyasətində özəl yeri var. Digər tərəfdən Gürcüstanın NATO və Avropa Birliyinə daha sıx inteqrasiya olunmaq istəyi də Almaniyanın Gürcüstana dəstəyini artırır.

Ancaq Gürcüstanın ünvanına deyilən xoş sözlərə baxmayaraq, Almaniyanın və digər Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları Abxaziya və Cənubi Osetiyanın işğalı ilə bağlı deyil. Bu sanksiyalar Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qəsdlə bağlıdır. Yəni Berlin sözdə Gürcüstanın müstəqilliyini dəstəkləyir, əməldə isə həmin Angella Merkel Avropa liderləri arasında Rusiya prezidenti Vladimir Putinlə ən sıx əməkdaşlıq edənlərdəndir. Və ya digər misal. Gürcüstanın 2008-ci ildə NATO Buxarest zirvə toplantısında təşkilata üzvlüyünün qarşısını alan iki dövlətdən biri məhz Almaniya oldu. Halbuki, Vaşinqton elə həmin sammitdəcə Gürcüstanın NATO üzvlüyünə qəbulla bağlı konkret sazişin imzalanmasını dəstəkləyirdi və belə bir sənəd imzalansaydı, elə həmin il Rusiya bəlkə də Gürcüstana hərbi müdaxiləyə risk etməzdi. Angela Merkel indinin özündə də Gürcüstanın NATO üzvlüyünü dəstəkləmir, yalnız sıx inteqrasiyadan danışır.

Buna baxmayaraq, Almaniya kansleri Azərbaycan və Ermənistandan fərqli olaraq Gürcüstanda iki gün qaldı. O Gürcüstanda rəsmilərlə yanaşı müxalifət liderləri, o cümlədən prezidentliyə namizədlər Vaşadze və Bakradze ilə də görüşdü. Halbuki, Merkel Ermənistanda və Azərbaycanda yalnız bir qrup vətəndaş cəmiyyəti fəalı ilə görüşdü.

Almaniya kanslerinin Gürcüstana səfəri Cənubi Qafqazın digər iki dövlətinə səfərindən bir amilə görə də fərqləndi. Merkel Tbilisidə dəyəri 193 milyon avro olan iki müqavilə imzaladı. Birinci müqavilə Gürcüstanın bəzi bölgələrinin su və kanalizasiya sistemlərinin yenidən qurulmasıyla bağlı idi. İkinci sazişə görə isə Almaniya bankları Gürcüstanda yeraltı qaz anbarının tikintisinə 150 milyon avro kredit ayıracaqlar.

Angela Merkelin Ermənistana səfəri simvolik xarakter daşıyırdı. Almaniya Rusiyanın bölgədəki kasıb müttəfiqi Ermənistana kredit ayırmaq istəmir. Merkelin Ermənistana səfəri daha çox bu ölkənin baş naziri Nikol Paşinyana lazım idi ki, Avropanın onunla hesablaşdığını daxili auditoriyaya göstərə bilsin. Merkel İrəvanda “erməni soyqırımı” abidəsini ziyarət etdi, ancaq “erməni soyqırımı” ifadəsi işlətmədi. Bu da müşahidəçilərin diqqətindən yayınmadı.

Beynəlxalq aləm və müxtəlif siyasi ekspertlər Merkelin Azərbaycana səfərini səbirsizliklə gözləyirdilər.

Birincisi, Merkelin bölgəyə səfərindən öncə əsas proqnozlar bu şəkildə idi: “Angela Merkel alternativ qaz resurslarının Avropaya çatdırılmasını müzakirə etmək üçün Cənubi Qafqaza gedir”. Bölgədə yalnız Azərbaycanın qazı var. Demək əsas danışıqlar Bakıda aparılmalı idi.

İkincisi, Merkelin Bakıya səfərini daha bir hadisə aktuallaşdırmışdı. Merkelin nümayəndə heyətinin tərkibində Albert Vayler adlı deputat var idi. Həmin deputat hakim partiyanın üzvü olmaqla yanaşı Cənubi Qafqaz ölkələri ilə parlamentlərarası əməkdaşlıq qrupunun üzvüdür. Rəsmi Bakı onun Azərbaycana girişinə qadağa qoyub. Çünki bu almaniyalı deputat qeyri-qanuni olaraq Azərbaycanın işğal altındakı bölgəsində olub və buna görə ismi Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısına” salınıb. Həmin deputatın Azərbaycana girişinə qadağa qoyulduğunu Merkel bilməmiş deyildi. Bəs onda nəyə görə həmin deputat nümayəndə heyətinin tərkibinə salınmışdı? Görünür, kansler düşünürmüş ki, Bakı geri addım atacaq. Ancaq rəsmi Bakı haqlı olaraq güzəştə getmədi, almaniyalı deputat üçün istisna hal kimi yanaşmadı. Belə olan halda Merkelin deputatını səfərini yarımçıq tərk etməyə razı salmaqdan başqa çarəsi qalmadı.

Merkelin Bakıda alternativ qaz resurslarının Avropa bazarına çatdırılması mövzusunun geniş müzakirə olunacağı ehtimalı özünü doğrultmadı. Çünki, Merkellə birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev almaniyalı jurnalistin sualına cavab verərkən ona işarə etdi ki, əgər Avropa başqa ölkələrin, o cümlədən Türkmənistanın qazını da TANAP və TAP boru xətləri ilə Avropaya daşımaq istəyirsə, onda birbaşa qazı tədarük edən ölkə ilə yəni Türkmənistanla danışmalıdır. Bu sözlərdən nə anlaşılır? Azərbaycan qazın tranzitində maraqlıdır, ancaq bu Azərbaycanın problemi deyil, Avropa Türkmənistanla razılıq əldə etməli, Transxəzər boru xəttinin tikintisini maliyyələşdirməlidir. Merkelin cavabından isə Avropanın məhz bu cür həkərət edəcəyi aydınlaşmadı. Əslində Almaniyanı və Merkeli Azərbaycan qazı o qədər də maraqlandırmır.

Azərbaycan və Türkmənistan qazının köhnə qitəyə çatdırılması Avropaya qaz nəqlinin diversifikasiyası baxımından vacibdir. Ancaq Almaniya üçün daha vacibi Rusiyadan “Şimal dənizinin” dibi ilə aldığı və alacağı qazın miqdarını artırmaqdır. ABŞ və bəzi Avropa dövlətləri, o cümlədən Rusiyanın işğal siyasətindən əziyyət çəkən Ukrayna Almaniyanı buna görə tənqid edir. Elə ABŞ prezidenti də anlamamışdı ki, Almaniya Rusiyaya qarşı sanksiyalarda yer almasıyla bərabər necə olur ki, bu ölkədən daha çox qaz almağa və yeni boru xəttinin çəkilişinə razılaşır. Almaniya kansleri üçün Azərbaycan və Türkmənistan qazının Avropaya nəqlini dəstəkləmək ona görə vacibdir ki, Amerika və digər dövlətlər ondan əl çəksinlər, Rusiya ilə yaxınlıqda ittiham etməsinlər. Azərbaycan qazının Avropada əsas alıcıları başqa dövlətlərdir. Merkelin Azərbaycan qazına maraq göstərmədiyi onun Tbilisidəki açıqlaması da göstərir: “Biz Rusiya qazını daha sərfəli qiymətə alırıq”. Buna baxmayaraq, Merkel ölkəsinin Azərbaycana verdiyi dəyəri bu ifadə ilə tərənnüm etdirdi: “Azərbaycan Cənubi Qafqazda Almaniyanın əsas ticarət tərəfdaşıdır”. Başqa cür ola da bilməz. Gürcüstan Berlin üçün nə qədər əziz olsa da, Almaniya bölgənin əhalisinə və resurslarına görə əsas ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan daha çox faydalana bilər.

Angella Merkel İrəvanda və Bakıda Dağlıq Qarabağ münaqişəsi barədə bir-iki cümlə dedi. Onun əsas cümləsi bu idi: “Almaniya ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək olmaq istərdi”. 2 il əvvəl bu dəstək üçün gözəl fürsət yaranmışdı, Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik edirdi. Ancaq Berlindən bir fəaliyyət görmədik, 2016-cı ilin aprelində 4 günlük savaşdan qorxuya düşən Almaniyanın o zamankı xarici işlər naziri, indiki prezidenti Frank-Valter Ştaynmayer bölgəyə səfəri zamanı dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə 7 maddəlik təkliflər paketi hazırlayıblar. Ancaq bir az keçdikdən sonra həmin o müəammalı təkliflərdən xəbər çıxmadı. Həmin təkliflərin nədən ibarət olduğu aydınlaşmadı, Valter Ştaynmayer sonrakı müddətdə isə bu məsələyə aydınlıq gətirmədi, prezident seçildi və iqamətgahına çəkildi. Ona görə Angella Merkelin Qarabağla bağlı indiki açıqlamasının xüsusi çəkisi yoxdur.

Beləliklə, Merkelin Cənubi Qafqaza səfəri başa çatdı. Merkel bu səfərlə demək istədi ki, bölgədə Almaniya da var. Bu yalnız Moskvaya deyil, Almaniyanın yaxın tərəfdaşı və Avropa Birliyinin iki aparıcı dövlətindən biri Fransaya da yumşaq mesaj idi. Çünki bugünə qədər Cənubi Qafqaz ölkələrinə daha çox Fransa prezidentləri səfərlər edir və bununla bölgədə varlıqlarını gücləndirməyə çalışırlar.

“Atlas” Araşdırmalar Mərkəzi

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
17:40 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hamısı