Fransa silahları Azərbaycana gətirilir İrəvanın “qorxulu röyası” çin olur

Analitika 10:50 28.08.2018

Gələn ay Bakıda keçiriləcək növbəti hərbi sərgiyə fransız şirkətləri də qatılacaq; Azərbaycan həm də qabaqcıl Avropa ölkələri hesabına silah təchizatını şaxələndirir; rusiyalı tanınmış politoloq: “Erməni işğalı o vaxt sona çatacaq ki...”

Qarabağ danışıqlarında davam edən durğunluq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin uzun müddətdir heç bir real təşəbbüslə çıxış etməməsi müharibə mövzusunu bu gün gündəmin ən yuxarı başında saxlayır. Lakin münaqişə zonasında hərbi əməliyyatlar başlamasa belə, problemin dinc həll yolu üçün hərbi faktorun, hərbi göstəricilərin önəmi qalır və getdikcə artmaqdadır.

Sözsüz ki, güclü diplomatiyanın arxasında ilk növbədə güclü ordu olmalıdır. O üzdən ərazisinin 20%-i erməni işğalı altında Azərbaycanın öz hərbi qüdrətini artırmağa xüsusi diqqət və böyük maliyyə ayırması, hərbi xərclərin illik büdcəmizdə ən böyük paya malik olması təbiidir. Həlli uzanan Qarabağ konflikti Bakını həm də silahlanma siyasətini şaxələndirmək zorunda qoyur.                  

*****

“ADEX-2018" ile ilgili görsel sonucu

Bu arada sentyabrın 25-dən 27-dək Bakıda keçiriləcək “ADEX-2018" sərgisinə hazırlıqlar davam edir. ”Azeri Defence"nin məlumatına görə, bu ilki sərgi iştirakçıların miqyasına görə əvvəlki iki sərgidən fərqlənir. Belə ki, qarşıdakı sərgidə maraqlı nüanslardan biri son illər Azərbaycana regionda güc balansını dəyişən silah sistemlərinin satışını həyata keçirmiş şirkətlərin və silah embarqosunu aradan qaldıran ölkələrdən istehsalçıların qatılmasıdır.

LAHAT raketləri ile ilgili görsel sonucu

Məlumata görə, cari ildə Azərbaycana LORA operativ-taktiki raket komplekslərinin, eləcə də əvvəlki illərdə “Heron” PUA və “Harop” kamikadzelərinin və LAHAT raketlərinin satışını həyata keçirən İsrailin “İsrael Aerospace İndustry”, ötən il “SpGH Dana” özüyeriyən haubitsaların və RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemlərin satışı ilə Ermənistanı şoka salan Çexiyanın “Excalibur Army”, “Polonez” raket sistemlərini istehsal edən Belarusun Dəqiq Elektromexanika Zavodu, “Sand Cat” zirehli avtomobillərinin istehsalçısı olan “Plasan” şirkəti ADEX-2018 sərgisində təmsil olunmaqla, özlərinin yeni məhsullarını da Azərbaycanın hərbi qurumlarına tanıdacaqlar.

LORA bakıda ile ilgili görsel sonucu

KTMT üzvü olmasına rəğmən, Azərbaycanın əsas hərbi tərəfdaşlarından olan Belarusu sərgidə son illərdə Azərbaycana radiolokasiya, radioelektron mübarizə sistemləri və ZRK-lərinin satışını həyata keçirən “Radar KB” ASC, “OKB TSP”, “558 nömrəli Aviasiya Təmiri Zavodu” ASC və digər şirkətlər təmsil edəcək. Ən maraqlısı isə odur ki, sərgidə Azərbaycana silah embarqosunu aradan qaldıran Fransanın müdafiə sənayesinin geniş şəkildə qatılması gözlənilir.

Fransadan sərgidə MBDA Systems, CİFAL Group, “Naval Group”, “Airbus Defense”, “Etienne Lacroix”, “Nexter Systems”, “Proengin” və “Thales” şirkətləri təmsil olunacaq. “ADEX-2018" sərgisində Fransa ilə yanaşı, NATO və Avropa Birliyi ölkələrindən İtaliya, İspaniya, Litva, Latviya, Bolqarıstan, Çexiya və Niderlandın hərbi şirkətləri də Azərbaycan Silahlı Qüvvələrinə müxtəlif məhsulların təqdimatını keçirəcəklər.

*****

“Yeni Müsavat” xatırladır ki, az öncə Azərbaycanın Fransadan da hərbi məhsullar almağa hazırlaşması barədə xəbərlər yayılmışdı. Bu da Fransanın “kiçik bacı” saydığı işğalçı ölkədə ciddi təlaş yaratmışdı. Doğrudur, Fransanın Azərbaycandakı səfəri ardınca diplomatik ehtiyatlılıqla xəbəri təkzib elədi. Ancaq “ADEX-2018" sərgisində bu ölkənin hərbi şirkətlərinin də qatılmağa hazırlaşması düşmən ölkənin təlaşının əsaslı olduğunu göstərir.

LORA bakıda ile ilgili görsel sonucu

Beləcə, Azərbaycan qabaqcıl Avropa dövlətlərinin, o cümlədən Fransanın hesabına özünün silah təchizatını şaxələndirmək siyasətini uğurla davam etdirmək şansına malikdir. Bu isə işğalçı ölkə üzərində hərbi üstünlüyün daha da böyüməsi perspektivi deməkdir.     

Yeri gəlmişkən, az öncə Ermənistan aşağı keyfiyyətli Hindistan hərbi texnikasına maraq göstərdiyi haqda məlumat yayılmışdı. Guya bununla düşmən ölkənin yeni hökuməti Rusiyadan silah asılılığını azaltmaq və hərbi sahədə əməkdaşlığı şaxələndirmək niyyətindədir. Lakin bundan ötrü ən əvvəl ölkənin iqtisadi-maliyyə durumu yaxşı vəziyyətə gətirilməlidir. Bu isə yeni hakimiyyət üçün də əlçatmazdır və Azərbaycan torpaqlarının işğalı davam etdikcə əlçatmaz olaraq qalacaq. Nəhayət, Rusiya o halda İrəvana silah-sursatı daxili qiymətə, güzəştli kreditlərə, “ölü” pula deyil, Azərbaycan kimi nağd, “diri” pula və dünya bazarı qiymətinə satacaq ki, bu qiymətlər də düşmən ölkənin imkanları xaricindədir.                       

*****

Bəs Paşinyan hökuməti hərbi təchizat sahəsində hansısa müsbət nəticəyə nail ola, Ermənistanın iqtisadi-maliyyə göstəricilərini yaxşılaşdıra bilərmi?

Tanınmış rusiyalı tarixçi-alim və analitik, qafqazşünas Oleq Kuznetsov buna şübhə edir. İşğalçı ölkənin günü-gündən ABŞ-ın təsir dairəsinə düşdüyünü söyləyən politoloq ABŞ-ın İrəvana təklif etdiyi siyasi sistemi Sərkisyan rejimi dönəmindəki siyasi sistemdən daha proqressiv və sivil saysa da, Qarabağ problemi həll olunmadan ölkənin bu sistemə keçə bilməyəcəyi qənaətindədir (teleqraf.com).

“Təsəvvür edin, ölkə XXI əsrdədir, ancaq XVII əsrin ideologiyası ilə yaşayır. Paşinyan əsası olmayan bütöv bir populist şüarlar sistemi irəli sürüb və dünyaya yeni baxış modelini təqdim edib. Nikol Paşinyan ondan eşidilmək istənilənləri deyir. O bildirir ki, Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır. Amma öz oğlunu Qarabağa hərbi xidmətə göndərir. Göstərmək istəyir ki, Dağlıq Qarabağ ”müstəqil" dövlətdir", - deyə o qeyd edib.

Qarabağ probleminin həll perspektivinə gəldikdə analitik xatırladıb ki, daxili siyasət xarici siyasəti müəyyən edir. “Ermənistan ictimai fikrində feodalizmə yaxın dini-mistik dünyagörüşü hakim olduğu müddətdə işğalı davam etdirəcək. Nə vaxt ki, insanlar yalnız milli yox, dünyəvi dəyərlərlə yaşamağın lazım olduğunu başa düşəcək, onda işğal sona çata bilər. Ermənilər özlərindən soruşmalıdır, bu kimə lazımdır? Çünki ölkədən material və intellektual resursların axını davam edir. Ermənilər seçim etməlidir: ya dalana dirənəcəklər, ya da ümumi inkişaf yolunu seçib işğaldan vaz keçəcəklər” - rusiyalı tarixçi-alim sonda əlavə edib.

Ancaq məsələ də elə bu seçimin doğru edilməsindədir. Bundan ötrü Ermənistanda daha bir inqilaba ehtiyac var - şüurlarda...  

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı