ABŞ prezidenti Donald Tramp ÜTT-nin ABŞ ilə daha yaxşı davranmadığı təqdirdə beynəlxalq ticarətin təməl sütununu hədəfləyərək, ölkəsinin təşkilatdan çıxacağını bəyan etmişdir.
“Əgər onlar yenidən formalaşmasa, mən ÜTT-dən çıxa bilərəm” Bloomberg News-a müsahibəsində Tramp söyləyib. Qeyd etmək lazımdır ki, ÜTT dünya ticarət əlaqələrinin nizamlanmasını həyata keçirən beynəlxalq təşkilatdır. ABŞ-ın bu təşkilatdan şikayətlənməsini bir neçə amillə izah etmək mümkündür. Əsas olaraq son zamanlarda ABŞ-ın NAFTA üzərindən Kanada ilə mübahisəsi, ÜTT-də iddialarının istədiyi nəticəni verməməsi ilə əlaqələndirmək olar.
ABŞ Ticarət nümayəndəsi Robert Lighthizer Çinin təşkilata daxil olmasını səhv addım kimi qiymətləndirib. Onlar bunu Çinin bazar iqtisadiyyatına malik olmaması ilə əsaslandırıblar. 23 Avqustda, Çin ABŞ-ın müəyyən məhsullara qoyduğu tariflərə görə iddia qaldırıb və ABŞ-ı danışıqlara cağırıb. Çin bu tarif ölçülərinin Tariflər və Ticarət üzrə Baş Sazişin müddəalarına uyğun olmadığını bəyan etmişdi. Bunu da qeyd edək ki, Obama administrasiyası zamanı ABŞ ÜTT-də 26 iddia qaldırıb və bunun 16-sı Çinə qarşı olub və bu iddiaların hamısı ABŞ-ın qalibiyyəti ilə nəticələnib. Bundan əlavə Tramp Çinin ABŞ-a ixrac etdiyi 500 milyard dəyərində məhsullarının hamısına rüsum qoyacağı ilə də hədələyib.
İkinci olaraq, Tramp 1994-cü ildə ÜTT-nin yaranmasını ehtiva edən sazişin indiyədək imzalanmış ən sərfəsiz saziş olduğunu söyləyib. ABŞ bu təşkilatın yaranma məqsədində hər bir tərəfin udmasını əsas tutub. Keçən il Fox New-a verdiyi müsahibədə Tramp ÜTT-də ABŞ-ı ən çox iddiaları uduzan ölkə kimi göstərir. 27 Avqustda isə, ABŞ Rusiyanın ABŞ məhsulları üzərindəki vəzifələrinin yerinə yetirilməsində qanunsuz halların olması ilə bağlı iddia da qaldırıb.
Bu hadisələrdən sonra Tramp ÜTT-nin hüquq sisteminin pozulması ilə bağlı şikayətlənib.
Son olaraq, Trampın ÜTT-dən çıxması bəyənatı Kanada ilə mübahisədən sonra verilmişdir. Qeyd edək ki, Tramp Kanadaya yekun sazişi imzalaması üçün Cümə gününə kimi vaxt verib və Trampın müsahibəsi isə bir gün əvvələ Cümə axşamına təsadüf edir.
ABŞ baş vermiş hadisələrdən sonra ÜTT-də nəzarətini gücləndirmək və verilmiş qərarların onun maraqlarına düzgün xidmət etməsi üçün öz iqtisadi əhəmiyyətini önə çəkməyə çalışır. Nəzərə alaq ki, Trampın ÜTT-də daha çox iddia uduzması bəyənatı da həqiqətə uyğun deyil. ABŞ ÜTT-də ona qarşı qaldırılan və onun qaldırdığı məhkəmə iddialarının əksəriyyətində uğur qazanmışdır. ÜTT-dən çıxmaq istəyilə bağlı qərarını ABŞ-ın dünya iqtisadi arenasında dominantlığının və nəzarətinin güclənməsi məqsədinin həyata keçirilməsi üçün verildiyi nəticəsinə gələ bilərik.
Ülvi Əhmədli