Səudiyyə Ərəbistanı və Kanada siyasi böhranının PƏRDƏARXASI

Analitika 12:44 03.09.2018
Avqustun əvvələrində Səudiyyə Ərəbistanı ilə Kanada arasında kəskin diplomatik böhran yaşandı. Buna səbəb isə Səudiyyədə qadın hüquqları uğrunda mübarizə aparan hüquq müdafiəçilərinin həbs edilməsi və Kanada Xarici İşlər Nazirliyinin rəsmi bəyanat yayaraq bunu sərt şəkildə tənqid etməsi oldu. Həbs olunanların arasında dünyaca məşhur blogger Raif Bədavinin bacısı Samar da var idi.
 
İki dövlət arasında münasibətlərin pozulmasına dünya mediası hər nə qədər ötəri yanaşsa da bu hadisə dünyanın enerji siyasətini təhlükə qarşısına qoya, OPEC təşkilatında çatların əmələ gəlməsinə səbəb ola bilər. Bəs Kanada hökuməti öz müttəfiqi Səudiyyə Ərəbistanını niyə tənqid edir? Səudiyyə hökuməti niyə az öncə azadlıq verdiyi qadınlarının hüquqlarını əllərindən alır və hüquq müdafiəçilərinə qarşı bu dərəcə sərt tədbirlər görür? Münasibətlərin gərginləşməsi müttəfiqlik siyasəti və dünyadakı enerji sisteminə zərbə ola bilərmi? ABŞ-ın iki böyük müttəfiqinin münasibətinin pozulmasına reaksiyası necə olacaq? Əgər bu suallar öz izahını tapa bilərsə iki müttəfiq arasındakı anlaşılmazlıq durumuna az da olsa aydınlıq gəlmiş olar.
 
Kanada hökumətinin Səudiyyə hökumətinə qarşı olan bu aqressiv siyasəti mövcud hökumətin seçkiqabağı verdiyi vədlərlə bağlıdır. Çünki Səud ailəsinin siyasətindən narazı qalan bir çox siyasi mühacir özlərinə sığınacaq kimi okeanın o tayını görürlər. Bu zaman isə ağıla ilk gələn ABŞ olsa da bura onlar üçün təhlükəlidir. Mühacirlərin istədiyi sığındıqları ölkənin hökumətindən öz mübarizələrində müəyyən qədər dəstək almaqdır. Bu istəyi ABŞ-da reallaşdırmaq hardasa qeyri-mümkündür. Çünki ABŞ-da iqtidara iddialı olan iki böyük partiya - həm Respublikaçılar, həm də Demokratlar rəsmi Ər-Riyadla əməkdaşlığa çox önəm verirlər və heç bir halda ərəb müttəfiqi ilə münasibətlərin pozulmasını istəməzlər. Buna görə də mühacirlər Ottavaya üz tutub burda təşkilatlanır və burdakı müəyyən siyasi qüvvələrə seçkiqabağı güclü maliyyə dəstəyi edirlər.
 
Ər-Riyaddakı kral hökumətinin qadın hüquq müdafiəçilərinə qarşı bu aqresiyyası isə vəliəhd şahzadə Məhəmməd-bin-Salmanın yeni siyasi xətti ilə izah oluna bilər. Vəliəhdliyinin ilk dövrlərində izlədiyi siyasi kursla özünü demokratik ruhlu biri kimi göstərən şahzadə indi bu azadlıqları məhdudlaşdırmaq siyasəti yürüdür. Ona bu siyasət zamanında hakim nəsil arasındakı özünə müxalif olan digər şahzadələrlə haqq-hesab çürütmək üçün lazım idi. Çünki Məhəmməd gərgin siyasi mübarizədə Qərbin dəstəyinə ümid edirdi və umduğunu tapdı da. Nəticədə bütün siyasi rəqiblərini neytrallaşdıra bildi və indi də sərt rejimini fərqli şəkildə yenidən qurur. Bunun birinci hədəfi isə hüquq müdafiəçiləridir.
 
Üçüncü suala gəlincə isə rəsmi Vaşinqton məsələyə müdaxilə etməsə iki dövlət arasındakı münasibətlər hədsiz gərginləşə və bu mövzunun əvvəlində də qeyd etdiyim kimi OPEC daxilində çatı əmələ gətirə bilər. Bu isə neftin qiymətinin nəzarətdən çıxmasına səbəb ola bilər. Səudiyyə ABŞ üçün önəmli ölkədir. Bu ölkənin ən adi nəzarətsiz hərəkəti regionda rəsmi Vaşinqtonun siyasətinin iflası ilə nəticələnə bilər. ABŞ ilə Kanada arasında isə sıx mənəvi yaxınlıq var. Problem hələ ki, dünya mediasının gündəmində yaddan çıxmış görünür. Görünən budur ki, məsələ hələ ki, dondurulub. Bu havanın isə ABŞ-dan əsdiyinə heç şübhə yoxdur. Çünki hazırki çətin dönəmdə Ağ Ev iki böyük müttəfiqi arasında gərginliyi istəmir. Zənnimcə məsələ yenə ABŞ-ın vasitəçiliyi ilə həll olunacaq və çox da uzamayacaq. Yaxın zamanlarda kral Salmanın, yaxud şahzadə Məhəmmədin Ağ Evdə Donald Trampın vasitəçiliyi ilə Kanadının baş naziri Castin Trüdo ilə görüşməsi gözləniləndir. Hər halda Qərbin Türkiyənin ardınca Səudiyyə Ərəbistanı kimi böyük müttəfiqini də adi bir məsələ üstündə itirməsi onun üçün Şərqdən əl çəkmək anlamına gələr.
 
Politoloq Zeynalabid Əmrəliyev
İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
Hamısı