Bitmək bilməyən Suriya problemi və İdlib məsələsi ÖZƏL

Analitika 17:00 03.09.2018

15 mart 2011- ci ildən bu yana davam edən Suriyadakı vətəndaş müharibəsi bir problem olaraq hələ də dünya siyasətində aktual məsələlərdən biri olaraq qalmaqdadır. Qeyd etmək lazımdır ki, bu gün Suriyada daxili münaqişə tərəfləri arasında Suriya hökuməti və Suriya ordusu, rejimə müxalif olan Azad Suriya Ordusu, Əl-Nüsra, İŞİD, PYD və digər silahlı birləşmələr yer almaqdadır. Suriyadakı bu daxili böhranın və bitməyən qanlı mübarizənin əsas səbəbi isə Suriyanın daxilində olduğu kimi beynəlxalq aləmdə də bu problemə yanaşmanın yekdil olmamasıdır. Belə ki, Suriyadakı vətəndaş müharibəsinin tərəflərinin beynəlxalq aləmdə böyük və müxtəlif dəstəkləyiciləri mövcuddur. Məsələn, Bəşər Əsəd rejimini Rusiya, İran kimi böyük güclər dəstəkləyirsə rejimə müxalif olan sivil və silahlı qurupları ABŞ, AB, Fransa və İsrail kimi güclər dəstəkləyir. Yəni bir növ Suriya problemi artıq vətəndaş müharibəsi və daxili münaqişə səviyyəsindən beynəlxalq aləmdə yaşanan güclər savaşı səviyyəsinə transformasiya etmişdir.

Son günlərdə Suriya probleminin bu qədər aktuallaşmasının səbəbi isə İdlib məsələsidir. İdlib strateji cəhətdən Suriyanın ən önəmli şəhərlərindən biridir. Belə ki, İdlib Hələbə yaxınlığı ilə seçilməkdən əlavə Suriyanın əsas nəqliyyat-kommunikasiya sistemi üzərində yerləşir. İdlib son günlərdə Bəşər Əsədi dəstəkləyən hərbi qüvvələrin ələ keçirmək istədiyi əsas şəhərdir. Hətta ekspertlərin fikrincə, İdlibin Əsəd rejimi tərəfindən nəzarətə götürülməsi müxaliflərin əlində olan digər Suriya ərazilərinin də taleyini həll edə bilər. Lakin İdlib sadəcə Əsəd rejiminin problemi deyil. Regionda söz sahibi olmaqla birlikdə Suriya ilə həmsərhəd olan Türkiyə İdlibə Əsəd rejiminin deyil, məhz türk ordusunun müdaxilə etməsini arzulayır. İdlib məsələsində Türkiyə, Rusiya, İran, ABŞ, İngiltərə və Fransa, İsrail və Səudiyyə Ərəbistanı kimi böyük güclər ciddi fikir ayrılığı yaşayır. Belə ki, Rusiya öz müttəfiqi olan Əsəd rejiminin Suriyada hakimiyyətini davam etdirə bilməsi və rus hərbi qüvvələrinin regionda davamlı surətdə qala bilmələri üçün tez bir zamanda Əsəd rejimi ilə birgə İdlibə hücum edib ərazini Suriya ordusunun nəzarətinə vermək istəyir. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov mətbuata ötən günlərdə verdiyi açıqlamada qeyd edib ki, “İdlib terroristlərin əlindədir. Bu o deməkdir ki, burada yaşayan dinc sakinlər təhlükə qarşısındadır. Həmçinin hər an İdlibdə kimyəvi və ya bakteroloji silahdan istifadə oluna bilər. Biz bütün bunları biliriksə bəs niə müdaxilə etməyək?” Göründüyü kimi Rusiya tez bir zamanda İdlib və bütövlükdə Suriya problemini aradan qaldırmaq istəyir. Bəs Rusiya niə bu qədər tələsir? Çünki Rusiya fərqindədir ki, münaqişə rus ordusu regionda olan zaman həll edilsə ABŞ-ın buraya müdaxiləsi mümkün olmayacaq və ən önəmlisi münaqişədən sonra da Suriyanın bərpası işi amerikan deyil, rus şirkətləri tərəfindən həyata keçiriləcək. Lakin istənilən halda fikrimizcə, Rusiya Türkiyəni razı salmadan İdlibə müdaxilə etməyəcək. Həmçinin qeyd etməliyik ki, regionda öz ideoloji və hərbi gücü ilə seçilən İranda İdlib məsələsində Rusiya ilə eyni mövqeydən çıxış edir.

ABŞ tamamilə İdlibə ediləcək hücumun əleyhinədir. Hətta ABŞ Suriyada vətəndaş müharibəsinin bitməsinin də əleyhinədir. Suriyada və regionda qeyri-sabitlik ABŞ-ın regiondakı rəqibləri üçün ciddi baş ağrısıdır. Həmçinin, ABŞ Suriya problemi meydana gəldikdən sonra özünün illik silah dövrüyyəsi faizini 42%-dən 52%-ə qaldırmışdır. Yəni ABŞ bu münaqişədən çox pul qazanır. Eləcə də, ABŞ Rusiya, Türkiyə və İranın regionda daha da güclənməsini istəmir. ABŞ-ın müttəfiqi olan Fransa və İngiltərə də İdlib əməliyyatına qarşı çxaraq belə bir hərbi əməliyyatın ərazidə böyük insan təlafatına və yeni qaçqın dalğasına səbəb olacağını bildirirlər.

İdlib məsələsində bütün düyünlər Türkiyənin yürütdüyü siyasət ilə açılacaq desək, yəqin ki yanılmarıq. Çünki əvvəla İdlibə ən yaxın ölkə Türkiyədir. Bu isə o deməkdir ki, İdlibə ən real hərbi əməliyyat Türkiyə tərəfindən həyata keçirilə bilər. Həmçinin, Türkiyə İdlib məsələsində kimin mövqeyindən çıxış edərsə o tərəf öz məqsədinə mütləq çatacaq. Son zamanlardan Türkiyə-Rusiya-İran üçlüyünün əlaqələrinin sıxlaşması əslində Türkiyənin mövqeyini nümayiş etdirir. Ancaq İdlib məsələsində Türkiyə regional təhlükəsizlik məsələsində yeni müttəfiqi olan Rusiya ilə razılaşa bilmir. Burada maraqlar toqquşur, çünki rəsmi Ankara İdlibdə bir anti-terror əməliyyatına müsbət baxsa da burada Əsəd qoşunlarının yerləşməsi ilə qətiyyən razılaşmır. Ona görə də Türkiyə-Rusiya-İran prezidentləri sentyabrın 7-də Tehranda görüşərək İdlib məsələsini müzakirə edəcəklər. Putinin Ərdoğana verəcəyi yeni təkliflər maraq doğurur. Ancaq belə bir proqnoz verilə bilər ki, Rəsmi Ankara  İdlibin 60 %-nə nəzarət edən Heyet-Tahrir-Şam təşkilatını ötən günlərdə rəsmi şəkildə terror təşkilatı kimi siyahıya aldığını bəyan edib. Bu isə hələ Tehrandan əvvəl tərəflərin nisbi razılığa gəldiyini sübut edir. Türkiyə böyük bir ehtimalla İdlib əməliyyatına müsbət yanaşacaq və İdlibdə terrorist olmayan eyni zamanda rejimə müxalif olan qüvvələri danışıqlar yolu ilə ərazidən çıxarmağa çalışacaq. Lakin ərazidəki terror qruplarının zərərsizləşdirilməsindən sonra şəhərin Əsəd qüvvələrinə təhvil verilməsi məsələsi Tehran görüşündən sonra bəlli olacaq. Lakin istənilən halda Suriyanın Xarici İşlər Naziri Vəlid Muallimin dediyi kimi Türkiyə anlamalıdır ki , İdlib Suriya ərazisidir.

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı