Çinin Afrika diplomatiyası ÖZƏL

Analitika 10:00 07.09.2018

Kasıblıqdan zənginliyə doğru

50 il bundan əvvəl Amerikada valideynlər övladlarına deyirdi, “yeməyini ye, Çində uşaqlar acından ölür”. Lakin, Çində əhalinin çoxluğu daha dəqiq desək, ucuz işçi qüvvəsinin mövcudluğu və ölkənin istehsal etmə səmərəliliyi Çinin iqtisadiyyatını sürətlə inkişaf etdirdi.

1978-ci ildən başlayaraq Den Siyaopinin irəli sürdüyü islahatlar kommunist rejimi olan Çinə bazar iqtisadiyyatının elementlərini gətirdi. Özəlləşdirmə, qiymətlər üzərində dövlət nəzarətinin götürülməsi kimi islahatlar ölkənin inkişafına və əhalinin biznes marağının artmasına səbəb oldu.

2001-2004-cü illərdə dövlət müəssisələrinin ÜDM-dəki payı 48% azaldı. 2000-ci illərdən etibarən inflyasiya azaldı və 2001-ci ildə Çin Ümumdünya Ticarət Təşkilatına da daxil oldu. 

Bütün bu uzun inkişaf yolundan sonra Çin dünyanın ikinci nəhəng iqtisadiyyatı olan ölkəsinə çevrildi. Hal-hazırda Çin ÜDM-yə görə ABŞ-dan sonra ikinci yerdə dayanır.

“Kəmər və Yol” layihəsi

Çin iqtisadiyyatının inkişafı iqtisadi genişlənməyə yol açdı. Çin “Kəmər və Yol” layihəsi ilə Mərkəzi Asiya, Sakit okean sahili, Yaxın Şərq və Şərqi Afrika regionunda 60-a yaxın ölkə ilə əməkdaşlığa başladı. Dəyəri yüz milyardlarla ölçülən bu layihə adı çəkilən regionları Çin ilə birləşdirməyə xidmət edəcək.

Bu layihədə nəqliyyat infrastrukturlarının, yolların və dəhlizlərin eyni zamanda dəniz limanlarının tikilməsi nəzərdə tutulur.

Əgər fikir versək, görərik ki, Çin beynəlxalq arenada daha çox iqtisadi platformalarda yer alır, nəinki siyasi və hərbi.

Çin-Afrika Əməkdaşlıq Forumu

3-4 Sentyabr Çin Xalq Respublikasının prezidenti Si Tsinpin Pekində Çin-Afrika Əməkdaşlıq Forumunda iştirak edib. Belə bir forumun bu il baş tutacağını praqnozlaşdırmaq mümkün idi. Qeyd edək ki, Si Tsinpin İyul ayının 20-də 3 kiçik Afrika ölkəsinə Ruanda, Seneqal və Mavriki adalarına səfər etmişdi. Bu görüşlər ölkələrarası əməkdaşlığın inkişafını təmin etməyə xidmət edir.

Afrika səyahəti CAR-ın paytaxtı Yohannesburqda BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) sammitinə qoşulmaqla bitdi.

Lakin Avqust ayının 31-də Si Tsinpin Mali, Cənubi Sudan, Sierra-Leone, Kot-Divuar ölkələrinin rəhbərləri ilə görüşməyə başladı. Si Tsinpin 31 Avqust və 15 Sentyabr arasında keçirdiyi görüşlər və səfər etməyi planlaşdırdığı ölkələr yalnız Afrika qitəsinə məxsusdur və görüşlərin sayı 21-ə çatır.

Çin Afrika ölkələrinə 60 milyard dollar dəyərində maliyyə yardımı etməyi planlaşdırır. Bu “Kəmər və Yol” layihəsinin Qərbi Afrikanı da əhatə eləməklə bütün Afrika qitəsinə yayılması deməkdir.

Çinin Afrikada mövcudiyyəti 2.6 milyard əhalinin birləşməsi deməkdir. Çin Afrika regionunun inkişafı ilə öz iqtisadi artımını təmin etməyi düşünür. Bu hər iki tərəfin qazancı sayəsində baş verəcək. Belə ki, Afrikada çin şirkətlərində işləyənlərin 89%-i afrikalıdır.

Afrikanın əhəmiyyəti

Afrikanın əhalisi 2016-cı ildə 1.2 milyard göstərilmişdir, bu isə qitənin böyük işçi qüvvəsinə sahib olduğu mənasına gəlir. Bundan əlavə regionun əsasən yanacaq və metallardan ibarət təbii ehtiyatlarla bol olması onun iqtisadi əhəmiyyətinin digər bir göstəricisidir.

BMT-nin baş katibi Antonio Quterreş Çin-Afrika Əməkdaşlıq Forumunun gələcək inkişafa səbəb olacaq qarşılıqlı qazanca əsaslanan əməkdaşlıq forması olduğunu bildirmişdir.

Çinin təqdim etdiyi minimalist siyasət, yəni sadəcə öz qazanclarını deyil, qarşı tərəfin də qazancını təmin etməkdən ibarət olan iqtisadi əməkdaşlıq forması onu Afrikada cəlbedici edir.

Dünya nizamında Çinin gələcəyi

ABŞ-ın Afrika ilə olan ticarət dövriyyəsinin zəifləməsi Çini regionda imkanlarını genişləndirir. Son zamanlarda ABŞ prezidenti Donald Trampın təhdidlərlə dolu çıxışları ABŞ-ın Avropada və Asiyada nüfuzunu və etibarlılığını azaldır. Bütün bu addımlar dövlətlərin artıq ABŞ təsirindən çıxmaq zamanının yetişdiyini göstərir.

Mərkəzi Asiya, Yaxın Şərq və Afrikada qurulması planlaşdırılan infrastruktur şəbəkəsi dünyanın yarısından çoxunu Çin ilə birləşdirəcək. Yaxın gələcəkdə isə Çin iqtisadiyyatının ABŞ-ı geridə qoya biləcəyini də düşünmək mümkündür.

Bütün bu hadisələr dünya nizamında əsas iqtisadi mübarizənin istiqamətinin Çin və ABŞ üzərində olduğunu göstərir. ABŞ-ın Çinə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar bu mübarizənin nümunəsi sayıla bilər. Çinin Afrika diplomatiyasını onun öz iqtisadi gücünü artıraraq dünya arenasında öz təsirini genişləndirmək məqsədi güddüyünü hesab etmək mümkündür.

Ülvi Əhmədli 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Hamısı