Dünya iqtisadiyyatı təhdid və sanksiyaların kölgəsində ÖZƏL

Analitika 09:52 08.09.2018

Məlum olduğu kimi, son günlər beynəlxalq mətbuatda xüsusən ABŞ-ın radikal siyasəti və iqtisadi sanksiyaları ən aktual məsələlərdən biri kimi yer alır. ABŞ prezidenti Donald Trampın “sanksiya maşınından” sərhədsiz və dost-düşmən fərqi qoymadan istifadə etməsi eyni zamanda, tez-tez bu sanksiyaları daha da genişləndirəcəyi barədə açıqlamalar verərək açıq bir şəkildə bəzi dövlətləri təhdid və şantaj etməsi dünya iqtisadiyyatına təbii ki təsirsiz ötüşmür. Ona görə də, bu məqalədə günümüzdə beynəlxalq iqtisadiyyata sanksiyaların, təhdid və şantajların təsirini araşdırmağa çalışmışıq.

İqtisadi sanksiyalar tarixən dövlətlərin bir-birilərinə təzyiq etmə vasitəsi olub, onları hər hansısa bir məsələdə kompromisə getməyə məcbur etmək məqsədilə həyata keçirilən iqtisadi tədbirlərin məcmusudur. Lakin qloballaşmadan sonra dünya iqtisadiyyatı artıq sanksiyalara qarşı immunitetini itirib. Belə ki, qloballaşma nəticəsində dünya dövlətləri azad bazar iqtisadiyyatı prinsipləri əsasında bir-birilə sıx iqtisadi əlaqələr qurmağa başladılar. Bu isə dövlətlərin bir-birindən iqtisadi asılılığını artırdı. Məhz ona görə də günümüzdə tətbiq edilən sanksiyalar dünya iqtsidadiyyatında ciddi böhranlara səbəb olur. Çünki bir dövlətin iqtisadi böhranla üzləşməsi istər-istəməz digər dövlətlərin iqtisadiyyatına da öz mənfi təsirini göstərir. Buna görə də sanksiyalar tətbiq etmək istəyən tərəf mütləq şəkildə onun əhatə dairəsini daraltmalı və bu sanksiyaların digər ölkələrə təsir göstərməsinin qarşısını almalıdır.

İqtisadi sanksiyaların daha çox gömrük tariflərində artırılması, sanksiya tətbiq edilən ölkənin mallarının boykot edilməsi, bu ölkəyə qoyulan investisiyaların dayandırılması və s. istiqamətdə həyata keçirilə bilər. Xüsusən, son dövrlərdə Çinə qarşı ABŞ tərəfindən həyata keçirilən sanksiyalar bir deyil, bir neçə istiqamətə yönəlmişdi. Çin hökuməti açıq bir şəkildə bu sanksiyaların məzmununu belə açıqladı: “Tramp hökuməti Çindən idxal edilən 50 milyard dollar dəyərində məhsulların tarifini qaldırmış, 200 milyard dollar dəyərində tarifini qaldıracağı məhsulların isə siyahısını tərtib etmiş və Çinin buna adekvat cavab verəcəyi halda 200 milyard dollarlıq yeni sanksiyanın əlavə ediləcəyi ilə hədələyib. Bu həddindən artıq təzyiq və şantajdır “.

ABŞ sanskiyalarının ən genişmiqyaslısı İrana yönəldilib. ABŞ əvvəl İrandan gələn mallara kvota qoymuş, daha sonra isə bu ölkəyə qarşı embarqo siyasətini həyata keçirməyə başlamışdır. ABŞ sadəcə İran ilə olan iqtisadi əlaqələrini kəsmir, həmçinin, ABŞ-dan başqa üçüncü bir ölkənin İran ilə iqtisadi əlaqələr qurması halında dərhal ABŞ bu ölkəni təhdid edir. Qeyd etmək lazımdır ki, ABŞ təzyiqləri sadəcə ölkələrə qarşı deyil, həmçinin TSK və digər böyük firmalara qarşı yönələ bilir. ABŞ digər dövlətlərə nisbətən sanksiya siyasətindən daha geniş istifadə edir. Bu ABŞ dollarının beynəlxalq ticarətdə əsas mübadilə vasitəsi olması ilə bağlıdır. ABŞ Türkiyə nümunəsində də göründüyü kimi dollar vasitəsi ilə bir çox iqtisadi manipulyasiyalar aparır.

Sanksiyaların bu gün yeni bir tipi də tarifdənkənar qadağalar və sanksiya tətbiq edilən ölkələrin hökumətlərinə qarşı edilən iqtisadi hücumlardır. Xüsusən, ABŞ bu kategoriyaya aid olan sanksiyalardan son dövrlərdə geniş istifadə edir. Bəs ABŞ nə üçün sanksiyalardan bu qədər geniş istifadə edir? Bu suala cavab verərkən əvvəla qeyd etməliyik ki, ABŞ-ın yürütdüyü bu siyasət birbaşa Trampın siyasi xətti ilə bağlıdır. Belə ki, Tramp hakimiyyətə gələrkən ABŞ-ın ciddi bir büdcə kəsrinin olduğunu gördü. Mövcud büdcə kəsirinin bağlanması üçün beynəlxalq iqtisadiyyatın ABŞ mənafeləri əsasında yenidən qurulması və ABŞ məhsullarının beynəlxalq bazarda daha çox yer tapması gərəkdiyi məlum idi. Məhz bu hədəflərin reallaşdırılması məqsədilə ABŞ hədə qorxu və şantaj siyasətini yürüdür. Bəzən isə sanksiyaların tətbiqi ilə dünya dövlətlərinə etdiyi təhdidlərin nə qədər real və dağıdıcı olmasını sübut edir.

Lakin bu gün dünya iqtisadiyyatını təhlil edərkən görürük ki, təhdidlər, şantajlar və sanksiyalar öz hədəfinə çatmayıb. Misal üçün, son zamanlar ən çox sanksiyalar tətbiq edən ABŞ belə öz sanksiyalarından zərər çəkir. Qeyd edək ki, ABŞ Çindən alınan polada 25% əlavə vergi tətbiq edərkən amerikalı dəmirçilər bunun zərərini çəkirlər. Bu hallar çoxluq təşkil edir və ABŞ ictimai rifahına mənfi təsir göstərir.

Ard-arda tətbiq edilən sanksiyalar dünya iqtisadiyyatını böyük bir müəmmaya sürükləyir. Dünya iqtisadiyyatı 2007-2008-ci illərdə baş verən iqtisadi böhranın mənfi təsirlərindən hələ də tam xilas ola bilməyib. Beynəlxalq Valyuta Fondunun 2017-ci ildə açıqladığı statistikaya görə dünya iqtisadiyyatında 3% böyümə baş verib, lakin bu böyümə hal-hazırki texnoloji üstünlüklər dövründə olduqca azdır. Həmçinin, mütəxəssislərin fikrincə, BMF-nin statistikası ümumi xarakter daşıyır və ona görə də burada Yaponiya, Almaniya, Çin və digər böyük dövlətlərin inkişaf göstəricilərinin təsiri mövcuddur. Əslində isə dünya iqtisadiyyatı ciddi bir təhlükə ilə qarşı-qarşıyadır. Bu təhlükə məhz şantaj və təhdid siyasəti ilə birlikdə iqtisadi sanksiyalardır. Qlobal iqtisadiyyatda isə böyümə və inkişaf üçün sabitlik, beynəlxalq əməkdaşlıq, problemlərin birgə həlli, qarşıdurmaların diplomatik yolla sülh şəraitində həlli, azad bazar iqtisadiyyatı prinsiplərinin qorunması və digər amillər gərəklidir. ABŞ isə hal-hazırda “əvvəlcə Amerika, sonra başqa dövlətlər” deyərək qlobal iqtisadiyyata bəlkə də ən böyük zərbəni vurur. Əslində hər bir dövlət hər şeydən əvvəl öz mənafelərini düşünməlidir. Lakin ABŞ öz mənafelərini düşünərkən digər dövlətlərin mənafelərini, hətta dünyanı və dünya iqtisadiyyatını düşünmür. Tramp qeyd edir ki, “ən sadə müharibə iqtisadi müharibədir, rahat qalib gələrsən və çox şey itirməzsən”. Ancaq iqtisadi müharibə əslində dünyada tsiklik iqtisadi böhranların baş verməsinin ən əsas səbəbidir və bir reallıqda mövcuddur ki, dünya yeni bir qlobal iqtisadi böhrana hazır deyil.

Nicat İsmayılov

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Hamısı