“Vastok-2018” hərbi təlimləri nəhəng bir ittifaqın xəbərçisidir ÖZƏL

Analitika 12:35 11.09.2018

Məlum olduğu kimi, Rusiyanın Vastok şəhərində uzun zamandır gözlənilən hərbi təlim bu gün,11 sentyabrda baş tutacaq. Qeyd etmək lazımdır ki, uzun zamandır Rusiyada bu qədər böyük və beynəlxalq aləmdə əks-səda yaradan hərbi təlim baş tutmamışdı. Hərbi ekspertlər “Vastok-2018” təlimini sovet dövründə keçirilən “Zapad 81” hərbi təliminin məntiqi davamı kimi izah edirlər. Təbii ki, “Zapad 81”-də olduğu kimi bu hərbi təlimlər də Rusiya hərbi qüvvələrinin “güc nümayişi” xarakteri daşıyır.

Həmçinin, Rusiya Müdafiə Naziriyliyinə yaxın mətbuat orqanları bu təlimlərdə 300 mindən çox hərbi qulluqçunun iştirak edəcəyini və bunun dünya praktikasında bir ilk olduğunu bildiriblər. Təlimlərdə 36 min quru qoşunlarından, 1000-ə yaxın isə hərbi hava qüvvələrindən texnikaların nümayiş olunması gözlənilir. Rəqəmlərdən də aydın olur ki, “Vastok-2018” hərbi təlimləri ilə Rusiya rekorda imza atacaq.

Böyüklüyündən savayı “Vastok-2018” təlimlərinin bəzi cəhətləri xüsusi önəmə sahibdir. Əsasən də geosiyasi xüsusiyyətlər diqqəti cəlb edir. Beləki, sözügedən təlimlərə 3 mindən çox hərbi qulluqçu və hərbi texnika ilə Çinin də qatılması bu təlimlərə geosiyasi don geyindirir. Çin və Rusiya Avrasiya regionunda ən böyük hərbi gücə sahib iki nəhəng dövlətdir. Onların bu qədər genişmiqyaslı hərbi təılimlərdə birgə iştirak etməsi əslində regionda yeni bir siyasi-hərbi ittifaqın formalaşmasından xəbər verir. Rusiya ilə Çinin birgə hərbi təlimlərdə iştirak etməsi, hətta Putinin Türkiyəni də bu təlimlərə dəvət etməsi fikrimcə, hər iki dövlətə son günlərdə sanksiyalar tətbiq edən ABŞ-a effektiv reaksiyadır.

Əslində bu təlimlərin birgə keçirilməsi həm Çin, həm də Rusiya üçün çox böyük siyasi və hərbi əhəmiyyətə malikdir. Beləki, Çin güclü texnikaya və sayca böyük orduya sahib olsa da uzun illərdir ki, Çin zabitləri real hərbi əməliyyatlarda iştirak etmir, bu da onların döyüş praktikasının zəif olmasına səbəb olub. Rus ordusu isə tam əksinə Sovet imperiyası dağıldığı dövrdən indiyə qədər saysız-hesabsız hərbi əməliyyatlar keçirmiş, Əfqanıstandan sonra Çeçenistan, Gürcüstan və Ukrayna ilə yaşanan hərbi münaqişələr rus əsgəri üçün praktika olmuşdur. Yəni təlimlərdə iştirak edəcək Çin zabitləri ruslardan çox şeyi öyrənə bilər. Rusiyanın birgə təlimlərdəki əsas marağı isə beynəlxalq aləmdə tək olmadığı və NATO-ya alternativ hərbi-siyasi ittifaqların axtarışında olduğunu göstərməkdir.

Qeyd etməliyik ki, “Vastok 2018” təlimlərinə Monqolustan da qatılır. Əslində, Monqolustan hərbi cəhətdən Çin və Rusiyaya nisbətən zəif dövlətdir. Lakin Monqolustan geostateji əhəmiyyətə malik əraziyə sahibdir. Beləki, o Rusiya ilə Çin arasında “trampon dövlətdir”. Monqolustanın hərbi təlimlərdə iştirakı Çin ilə Rusiya arasında hərbi ittifaqın yaxın zamanda baş tuta biləcəyini göstərir.

“Vastok-2018” təlimlərinin ən önəmli cəhətlərindən biri isə onun keçirilmə vaxtıdır. Beləki, NATO 2018-ci ilin noyabr-dekabr aylarında son illərin ən böyük hərbi təlimi olan “Trident Juncture” hərbi təlimlərinə hazırlaşan zaman Rusiya onu qabaqladı və bir növ NATO-ya güc nümayiş etdirdi. Həmçinin, Vastok təlimləri məhz 11 sentyabr tarixində, yəni, ABŞ-da əkiz qüllələrin vurulması günündə başlayır. Təbii ki, bütün bunlar təsadüf deyil.

“Vastok-2018” təlimlərində diqqət yetirilməsi vacib olan əsas məsələrdən biri Rusiya Hərbi Hava Qüvvələrinin performansıdır. Xüsusən, Suriyada bir çox hərbi əməliyyatları müvəffəqiyyətlə yerinə yetirən rus pilotları bu təlimlərdə də diqqət çəkəcək.

Rusiyanın genişmiqyaslı hərbi təlimlər keçirməsi, Çinin bura qatılması və növbəti aylarda NATO-nun keçirəcəyi hərbi təlimlər bizə onu deyir ki, dünya yenidən böyük bir hərbi qarşıdurmanın astanasındadır. Bu qarşıdurmada nüvə silahından istifadə edilməsi gözlənilən bir ehtimaldır. Ona görə də, Rusiyanın hərbi təlimlərində diqqət mərkəzində saxlanılan digər bir məsələ isə nüvə silahından istifadə edilib-edilməyəcəyi olacaq. Qeyd edək ki, ekspertlərin proqnozlarına görə nüvə silahından sınaq atışlarının həyata keçirilməsi gözləniləndir.

Beləliklə, bu gün “Vastok-2018” təlimləri başlayır. Təlimlərin strateji hədəfi bir qlobal münaqişədə tez bir zamanda rus silahlı qüvvələrinin mobilizasiyasını təmin etməkdir. Digər bir strateji hədəf isə Çini Rusiya ilə hərbi əməkdaşlığa cəsarətləndirməkdir. Lakin hər iki dövlətin bir çox qarşılıqlı problemləri var. Bu problemlər potensial bir ittifaqı əngəlləyə bilər. Amma ABŞ Çinə və Türkiyəyə təzyiqlərini davam etdirərsə Avrasiyada çox güclü bir hərbi-siyasi ittifaqın qurulacağını praqnozlaşdırmaq olar.

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı