Yaxın və Orta Şərq böhranının gələcəyi ÖZƏL

Analitika 10:25 13.09.2018

Yaxın və Orta Şərq regionu yeraltı və yerüstü sərvətləri, həmçinin geostrateji əhəmiyyətə malik ərazisi ilə çöx mühüm regiondur. Lakin artıq 10 ilə yaxındır ki, bu regionda siyasi sabitlik bərqərar ola bilmir. Nisbətən “ərəb baharı"nın təsirlərindən qismən də olsa xilas olan Misir, Tunis kimi ölkələr belə hələ də öz iqtisadi və siyasi sistemlərini tam olaraq otruruşdura bilməyiblər. Suriyada, Liviyada, Yəməndə, Əfqanıstanda vətəndaş müharibəsi davam edir. Bütün bunlar belə bir sual yaradır. Yaxın və Orta Şərq regionunun taleyi necə olacaq?

Hal-hazırda bu regionda baş verənlərin əsas səbəbi “demokratiya həvəskarlığıdır”. Ərəb baharı az və ya çox səviyyədə bütün region dövlətlərinə yayıldı. Ərəb baharı qərbin oynadığı demokratiya qumarı idi. Suriyada, Liviyada, Tunisdə, Bəhreyndə, Misirdə və digər ölkələrdə vətəndaşlar demokratik bir inqilab və demokratik reformlar ümidi ilə küçələrə axışdılar. Yəni, başqa cür desək, oynanan qumara xəbərləri olmadan, şüsursuzcasına qoşuldular. Lakin bilinən acı bir həqiqət var ki, “qumarı oynayanlar deyil, yalnız oynadanlar qazanar”.

Bəli, Yaxın və Orta Şərq regionunda “demokratiya oyunu"nu başladan qüvvələr çox böyük qazanclar əldə etdilər. Məsələn, ABŞ və İsrail silah satışı səviyyələrini 12% artırdı. Fransa və Almaniya regiondakı təsir dairələrini genişləndirdi. İran Suriyada, Yəməndə və Bəhreyndə öz nüfuzunu artırdı. Rusiya “isti dənizlər”ə çıxış əldə etdi. İtirən isə sadəcə dinc əhali oldu. Regionda 7 milyondan çox insan başqa ölkələrə qaçqın kimi mühacirət etmişdir. Suriyada, Liviyada və digər terror və vətəndaş qarşıdurmasından əziyyət çəkən ölkələrdə vətəndaşların gələcək taleyi bəlli deyil.

Region dövlətlərində sabit hökumətlərin devrilməsi nəticəsində ictimai nəzarət zəifləmiş, bu isə öz növbəsində İŞİD, Əl-Nusra, Hizbullah, PKK və digər terror qruplaşmalarının fəaliyyətini genişləndirmişdir. Regiondakı ölkələr terror quruplaşmalarının mübarizə meydanına çevrilmişdir. Bütün bunlar nəticəsində milyonlarla günahsız insan həyatını itirib və hələ də itirməkdədir.

Regionda hadisələrin bu qədər faciyəvi hal alması ABŞ, Rusiya, İran, Fransa, İngiltərə, İsrail və digər dövlətlərin öz maraqlarını burada yaşayan dinc insanların həyatlarından daha üstün tutması ilə bağlıdır. Xüsusən, bu ölkələrdən Suriya “böyük güclərin savaşı”ndan ən çox əziyyət çəkən ölkədir.

Yaxın və Orta Şərq regionunda baş verən hadisələrin gələcəkdə hansı fona keçməsi haqda fikir yürütmək çətindir. Lakin bir neçə proqnoz vermək mümkündür

  • Yaxın və Orta Şərq regionunda baş verənlər 90-cı illərdə Yuqoslaviya və digər post-sovet ölkələrində baş verənlərə bənzəyir. Aradakı əsas fərq o zaman dünyanın təkqütblü olmasıdır. Bu gün isə artıq dünya çoxqütblülüyə geri dönür. Yaxın və Orta Şərq böhranı bu geri dönüşün ayaq səsi oldu. Geri dönüşün tamamlanması isə Suriya probleminin həlli ilə başa çatacaq. Suriya probleminin həlli yeni dünya nizamının gəlişinin xəbərçisi olacaq. Yəni, yeni dünya nizamı Suriyadan doğacaq.
  • Yaxın və Orta Şərqdə baş verənlərin gələcəyi kimi “sürətli parçalanmanı” qəbul etmək olar. Yəni burada bəzi dövlətlər parçalanacaq və yeni dövlətlər meydana gələcək. Bunun örnəyini biz Liviyada görə bilərik. Bu gün Liviyada İŞİD-in kontrol etdiyi ərazidən savayı iki ayrı hökumət və iki ayrı milli məclis mövcuddur. Formal olaraq Liviya vahid respublika olsa da, faktiki olaraq artıq parçalanmışdır. Belə bir amilin Suriyada baş verməsi də real görünür. Lakin Əsədin Rusiya və İran kimi məsələyə birbaşa müdaxilə edən müttəfiqlərinin olması onu deməyə əsas verir ki, bu parçalanma gecikəcək.
  • Əlbətdə ki, ərəb böhranı zamanı demokratiyaya “mülayim keçid” edən Tunis kimi dövlətlər indi olmasalar belə, yaxın gələcəkdə region ölkələri üçün demokratiya örnəyi halına gələcək.
  • Hesab etmək olar ki, hələ də regionda sabitliyin formalaşmasını gözləmək olmaz. Hətta yeni problemlərin meydana gələcəyini qeyd edə bilərik. Xüsusən, İraqda, Misirdə və Bəhreyndə yeni qarşıdurma və parçalanmaların baş verəcəyini proqnozlaşdırmaq olar. İraqda “Bəsrə hadisələri” və PYD fəaliyyəti, Misirdə Əbdulfəttah Sisinin formalaşdırdığı yeni diktatura həmçinin, xalqın üzləşdiyi saysız-hesabsız problemlər nəticəsində yeni bir inqilabın başlama ehtimalının artması, Bəhreyndə isə eynən Yəməndə olduğu kimi şiələrin siyasi akivliyi və İran nüfuzunun artması bu ölkələrdə də yeni münaqişə ocaqlarının yaranmasına səbəb ola bilər.
  • Yaxın və Orta Şərq regionu ilə bağlı son proqnoz isə regionun böyük güclər tərəfindən bölüşdürülməsi ola bilər. Fikrimcə, bəzi ölkələrin parçalanacağı kimi regionun da parçalanması labüddür. Təbii ki, bu bölünmə coğrafi deyil, siyasi mahiyyət daşıyacaq.

Nicat İsmayılov

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Hamısı