Putin çox çətin seçim qarşısında ÖZƏL

Analitika 15:57 17.09.2018

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya rəsmi səfəri baş tutacaq. Görüşdə müzakirə ediləcək ən əsas məsələ yenə də İdlib problemi olacaq. Məlum olduğu kimi İdlib məsələsində “gənc müttəfiqlərin” ciddi fikir ayrılıqları mövcud idi. Ərdoğanın Putinlə görüşmə istəyi də əslində yeni strateji müttəfiqinə son dəfə şans vermək kimi izah edilə bilər.

İdlib məsələsi əslində Astana görüşlərindən bu yana gündəmdə olan bir problem idi. Lakin diplomatiyanın təməl qanunlarından biri ondan ibarətdir ki, danışıqlar masasında ilk müzakirəyə çıxarılacaq məsələ mübahisə yaratmayan və razılıq əldə etmək potensialı yüksək olan bir məsələ olmalıdır. Rusiya, Türkiyə və İran liderləri də danışıqların lap əvvəlindən bu prinsipə sadiq qaldılar. Astana görüşlərindən bu yana ortaq mənfəətlərə əsaslanan ortaq siyasət yürütdülər. Lakin artıq müzakirə yox, mübahisə zamanıdır. Çünki İdlibdə maraqlar toqquşur.

Bəs toqquşan maraqlar hansılardır?

Ən əsas və ən önəmli problem ondan ibarətdir ki, Türkiyə Bəşər Əsəd rejiminin tez bir zamanda devrilməsini və burada “türkpərəst müxaliflər”in hakimiyyətə yiyələnməsini istəyir. Rusiya və İran isə tam əksinə, Əsəd rejiminin bütün Suriyada yenidən tam hakimiyyətliliyinin formalaşmasını istəyirlər. Məhz bu amil İdlib məsələsində “gənc müttəfiqlər”in razılaşa bilməməsində əsas faktordur. Çünki tərəflər yaxşı bilir ki, İdlib müxaliflərin son qalasıdır və İdlib ələ keçərsə Əsəd yenidən Suriyada tək hakim olacaq.

Rusiyanın burada atacağı addımlar çox önəmlidir. Ərdoğanla bu gün görüşəcək Putin yaxşı bilir ki, türk lideri Moskvadan narazı yola salarsa o yenidən keçmiş dostlarının, yəni NATO-nun tərəfinə qayıda bilər. Bu isə Putinin Avrasiya siyasətinə tamamilə ziddir. Putin Avrasiyada böyük güclərin birliyini arzulayır. Avrasiyada Türkiyə, İran, Çin, və Qazaxıstanla birlikdə digər Orta Asiya dövlətləri, həmçinin, Azərbaycan Rusiyanın NATO-ya və AB-yə alternativ olaraq düşündüyü ittifaqın təməl aktorlarıdır. Bəs Putin bu qədər böyük plandan sadəcə Əsədə görə imtina edə bilərmi?

Təbii ki, Putin bu gün seçim qarşısında qalmamaq üçün bütün diplomatik imkanlarını səfərbər edəcək və maksimum razılaşma yaratmağa çalışacaq. Ərdoğanın istəyi hələ Tehran konfransından bəllidir. Rəsmi Ankara İdlibə ediləcək hər hansısa hərbi hücumun tam əleyhinədir. Putindən gözlənti də ondan ibarətdir ki, o İdlib məsələsində türk maraqlarına hörmətlə yanaşsın. Ancaq Putinin Suriya ilə bağlı çox önəmli planları var. Ən əvvəl Suriya vasitəsi ilə Rusiyanın isti dənizlərə çıxışı təmin edilir. Həmçinin, Rusiya münaqişənin əvvəlindən bu yana dəstəklədiyi tərəfin münaqişədən qalib ayrılmasının öz beynəlxalq nüfuzuna və regiondakı təsir dairəsinə edəcəyi müsbət təsiri düşünür. Bundan başqa Suriya vətəndaş müharibəsindən sonra xarabalıqlar ölkəsinə çevrilib. Rusiya həmçinin bu ölkənin yenidən qurulması işinin rus şirkətləri tərəfindən həyata keçirilməsini planlaşdırır.

Göründüyü kimi, Rusiyanın Türkiyə ilə olan strateji müttəfiqliyi nə qədər önəmli və maraqlar nöqteyi-nəzərən nə qədər cəlbedicidirsə bənzər şəkildə onun Suriyadakiımüttəfiqləri olan Əsəd və İranın önəmi də bir o qədər önəmlidir. Rusiya və İran tez bir zamanda İdlibi müxaliflərdən təmizləyərək Suriya problemini birdəfəlik həll etməyə çalışır. Ona görə bugünkü görüşdə Putin Rusiya üçün həyati əhəmiyyətə malik seçim qarşısındadır.

Bugünkü görüşdən Tehrandakından fərqli bir nəticə gözləmək düzgün olmaz. Türkiyə və bütün dünya belə bir faktı qəbul etməlidir. Artıq Suriyanın tək hakimi Bəşər Əsəd və onun müttəfiqləridir. Münaqişənin taleyi həll olunub və əslində İdlib sadəcə olaraq rejim üçün prestij rolunu oynayır. Yəni, gec-tez Türkiyə də bunu dərk edəcək. Çünki Türkiyənin də bir müddət əvvəl dəstəklədiyi müxaliflər bu gün öz aralarında tez-tez münaqişə yaradır və birlikdə rejimə qarşı mübarizə apara bilmirlər.

Bugünkü görüşdə və bundan sonra Türkiyə əsas “qırmızı cizgisi” olaraq Fəratın şərqindəki ərazilərin terrordan təmizlənməsi,  Azez, Afrin, Əl-Bab kimi Türkiyənin terrordan təmizlədiyi ərazilərdə “türk varlığının” davam etdirilməsi və YPG və PKK-nın regionda varlığının aradan qaldırılması olmalıdır. İdlib məsələsində isə Türkiyənin səyləri sadəcə hücumu gecikdirir. NATO və ya BMT-nin bu məsələdə “real mövqeyinin olmaması” Rusiya və İranı rahatlaşdırır.  Bu bir növ dünyanın İdlibdəki dinc sakinlərə olan laqeydliyidir.

Türkiyənin Suriyada həll etməyə çalışdığı əsas məsələ isə qaçqın problemidir. Qaçqın problemi Türkiyəni yaxından əlaqələndirir. Çünki 3 milyona yaxın suriyalı bu gün Türkiyədə müvəqqəti olaraq məskunlaşıb. Türkiyə tez bir zamanda suriyalıların öz vətənlərinə qayıtmasını istəyir. Lakin Əsədin İdlibi ələ keçirməsi halında Türkiyədəkı suriyalıların yenidən vətənə qayıtması mümkün görünmür. Həmçinin İdlibə ediləcək hər hansısa hücum Türkiyəyə pənah gətirən suriyalıların sayını daha da artıra bilər. Ərdoğanın bugünkü görüşündə ən çox toxunacağı mövzulardan biri də bu qaçqın problemi olacaq.

ABŞ-ın regionda təsiri azalsa da hələ itməyib. Beləki, ABŞ qüvvələri YPG ilə birgə Suriyanın şərqində ardıcıl hərbi əməliyyatlar həyata keçirməklə YPG-ni burada yeni müxalif güc kimi formalaşdırmağa çalışır. ABŞ Suriyadakı siyasətində daha çox Türkiyə ilə Rusiyanı qarşı-qarşıya gətirməyə səy göstərir. Xüsusən son günlərdə Trampın qaçqın problemini qabartması, İdlibə ediləcək hücuma kəskin etiraz etməsi və ABŞ Xarici İşlər Naziri Pompeonun Türkiyəni dəstəklədiyi yöndə açılamalar verməsi bir növ Türkiyənin regional siyasətdə istiqamətini dəyişməsi və Rusiya ilə aralarının yenidən kəskinləşməsi üçün yürüdülən siyasətdir. ABŞ xüsusi olaraq maraqlıdır ki, Türkiyə ilə Rusiya “rus təyyarəsinin vurulması” hadisəsində olduğu kimi qarşı-qarşıya gəlsin.

Lakin qeyd edə bilərik ki, Türkiyə bu görüşün nəticəsindən asılı olmayaraq xarici siyasətdəki istiqamətini dəyişməyəcək. Yenidən ABŞ ilə regionda birgə hərəkət etmək türklər üçün mümkün deyil. Əvvəla ABŞ İdlibdə başverənlərə müdaxilə etmir. Bu gün onu Suriyadakı neft və su mənbələri maraqlandırır. Bundan əlavə  Türkiyə YPG və PKK-nin ABŞ tərəfindən nümayişkəranə bir şəkildə dəstəklədiyi bilir və Türkiyənin ərazi bütövlüyünü təhdid edən terror qruplarına qarşı NATO-dakı müttəfiqinin bu davranışlarına göz yummayacağını bildirir. Bu isə o deməkdir ki, ABŞ öz xarici siyasətində real strateji dəyişikliklər etməsə Türkiyə onunla yenidən siyasi problemlərdə əməkdaşlıq etməyəcək

Beləliklə qeyd edə bilərik ki, bu gün Ərdoğan və Putin razışa biməsələr belə Türkiyə yenə də regional təhlükəsizlik məsələlərində Rusiya ilə ortaq siyasət yürüdəcək. Rusiya da öz növbəsində bu gün müəyyən güzəştlərə gedə bilər və getməlidir. Ən əsas Rusiya YPG-ni terror təşkilatı kimi tanıdığını bəyan etməlidir. Həmçinin Rusiya və İran Əsədə alternativ siyasi fiqur axtarmalıdır. Əsəd kimi özlərinə sadiq olan, lakin Türkiyənin və beynəlxalq ictimayətin mənfi münasibətinin olmadığı bir lider ruslar üçün ideal alternativ  ola bilər. Həmçinin Rusiya Türkiyədəki suriyalıların vətənə qayıdışı problemini həll etməlidir. Çünki İdlib əməliyyatı baş tutarsa yenidən Türkiyəyə köç başlayacaq. İdlib məsələsində isə Rusiya tələsməməlidir. Bu gün Putin tamda bunu edir, yəni, tələsmir. Vaxt qazanır və tez bir zamanda sivil vətəndaşlara zərər vermədən, yeni bir köç dalgasına səbəb olmadan İdlibi müxaliflərdən təmizləməyə çalışır. Çünki bunun əksi ehtimalında Türkiyə ilə münasibətlər kəskinləşə bilər.

İstənilən halda Suriyanın İdlibində ələ keçirilməsi ilə bütövlükdə Əsəd hakimiyyəti altına düşməsi heç nəyi dəyişmiyəcək və Suriyadakı problemləri həll etməyəcək. Liviya bunun ən real nümunəsidir. Ona görə də Rusiya və Türkiyə regionda çox təmkinli siysət yeritməli və soyuqqanlı olmalıdırlar. Xüsusəndə Türkiyə bilməlidir ki, İdlib Əsəd qüvvələrinin əlinə keçsə belə Əsədin Suriyada davamlı iqtidarı mümkün olmayacaq.

Nicat İsmayılov

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Hamısı