Yəməndə məzhəb savaşı, səbəbləri və Yəmənin gələcəyi ÖZƏL

Analitika 13:06 18.09.2018

Yəməndə bitmək bilməyən məzhəb savaşı

Yəmən Yaxın və Orta Şərq regionunun ən kasıb ölkələrindən biridir. Çox zəif iqtisadi potensiala sahib olsa da Yəmən ərazisi Ərəb yarımadasında strateji əhəmiyyəti olan ərazi hesab edilir. Bunun səbəbi Yəmənin Səudiyyə Ərəbistanı və Omanı birləşdirən trampon ölkə olmasıdır.

Yəmənda məzhəb müharibəsinin ilkin rüşeymi hələ əsrin əvəllərindən atılmağa başlanıb. Beləki, burada şiə məzhəbindən olan husilər daha çox şimalda məskunlaşıb və buradakı əraziləri öz nəzarətində saxlayıb. Ölkənin cənubunda isə sünni ərəblər çoxluq təşkil edir. Xüsusən, şiə husilər Yəmən inqilabı və sonrasında ölkənin taleyini dəyişən bir aktor kimi qeyd edilə bilər.

Bəs husilər kimlərdir?

Husilər şiəliyin Zeydi qolundan olub əsrlərdir Yəmənin şimalında yaşayırlar. Onlar ölkə əhalisinin 30 %-ni təşkil edir. Husilər öz adını 2004-cü ildəki üsyanların lideri olan Hüseyin Bədrətdin Əl Husi-dən alırlar. Bərdətdin Əl Husi 2004-cü ildəki toqquşmalar zamanı öldürüldü. Onun yerinə isə qardaşı Əbdul Malik Əl Husi keçdi.

Yəməndəki məzhəb müharibəsi üçün əslində hər şey hazır idi. Ölkə rəsmi sürətdə olmasa da şimal və cənub regionlarına bölünmüşdü. Xüsusilə, ölkənin şimalındakı şiə husilər daim rejimə qarşı üsyankar olmuş və son dövrlərdə getdikcə silahlanmağa başlamış, dini birlikdən silahlı qruplaşmaya çevrilmişdi. Yəni, bir qığılcım ölkənin “od tutub yanmasına” kifayət edirdi. Bu qığılcım da "Ərəb Baharı" oldu.

Əli Abdullah Saleh Yəmənin seçkilərlə hakimiyyətə gələn ilk prezidenti idi. 1990-cı ildən bəri hakimiyyətdə olan Saleh 2011-ci ilin yanvar ayında başlayan genişmiqyaslı aksiyalardan sonra ölkəni tərk edərək ABŞ-a müalicə almaq adıyla mühacirət etdi. Bu dövrdə xeyli aktivləşən husilər "Ərəb Baharı"ndan isifadə edərək ölkənin böyük bir hissəsini nəzarəti altına götürdü. Yəmən inqilabı baş tutdu və Əli Abdullah Saleh devrildi. Lakin Yəməndə münaqişəyə son qoyulmadı.

Abdurabbu Mansur Hadi ölkənin yeni prezidenti seçildi. Lakin inqilab dövründə xüsusən, ölkənin şimalında güclənən husilər onunla hesablaşmadı. Husilər rejimə qarşı silahlı mübarizəyə girmək üçün bəhanə axtarırdı. Bu bəhanə 2014-cü ilin sentyabrında tapıldı. Hadi rejimi xüsusən ölkənin şimalında husilərin nəzarətini azaltmaq məqsədilə Yəmənin 6 əyalətə bölünməsi və federativ bir respublikaya çevrilməsi üçün refendum keçirmək haqqında qərar verdi. Husilər buna etiraz edərək dərhal hökümətin istefasını tələb etdilər. Nəhayət silahlı qarşıdurma başladı. 2015-ci ildə Hadi rejimi devrildi və prezident ölkədən qaçdı. Husilər ölkəni demək olar ki, ələ keçirdilər. Lakin 2015-ci ildə məsələyə ABŞ və regiondakı müttəfiqi Səudiyyə Ərəbistanı müdaxilə etdi. Yəməndə məzhəb müharibəsi başladı. Tərəflər bəlli idi. İranın dəstəklədiyi şiə husilər və Səudiyyənin dəstəklədiyi cənubdakı sunni ərəblər.

Qeyd etmək lazımdır ki, Yəməndəki məzhəb müharibəsinin təməlində 2015-ci ildən faktiki olaraq ölkəni ələ keçirən husilərə qarşı yerli sünnilərin etiraz etməsi və onların formalaşdırmağa çalışdığı rejimə təslim olmamaları dayanır. Çünki husilər sayca ölkə əhalisinin yarısından belə azdır. Ölkədə çoxluq təşkil edən sünni ərəblər Səudiyyənin də dəstəyi ilə iki ildir ki, hüsilərə qarşı silahlı mübarizə aparırlar. Yerli vətəndaşlardan savayı husilərlə ölkə daxilində münaqişədə olan digər qrup isə Əl-Qaidə terror təşkilatıdır. Artıq yavaş-yavaş Yəməndəki vətəndaş qarşıdurması dini terror qruplarının qarşıdurmasına çevrilir. Husilər və Hizbullah məzhəb müharibəsinin şiə ittifaqıdır. Sünni ittifaq isə Əl-Qaidə ilə ərəblər arasında formalaşmışdır. Xüsusən, yalnız Yəmən üçün deyil, bütün region üçün “Yəmən Əl-Qaidəsi” çox təhlükəlidir. 

Təbii ki, yuxarıda da qeyd edildiyi kimi, Yəməndəki məzhəb savaşına Səudiyyə Ərəbistanı və İranın təsiri güclüdür. Səudiyyə 2015-ci ildə ölkədən qaçan Hadinin yenidən iqtidar olmasına səy göstərir və öz sərhəddində İranın təsiri altında olan şiə rejiminin yaranmasına əngəl olmağa çalışır. İran isə regionda təsir dairəsini genişləndirmək üçün eynən Fələstin məsələsindən olduğu kimi Yəmən problemindən də məharətlə istifadə edir və  özü bunu qəbul etməsə də husiləri həm silahlandırır, həm də maliyyələşdirir.

Bəs Yəmənin gələcəyi necə olacaq?

Sadəcə iki il əvvəl belə bir suala cavab kimi qeyd edə bilərdik ki, BMT Hadi hökümətilə husilər arasında bir bağlantı qurub diplomatik yolla məsələnin həllinə çalışacaq. Lakin husilərin paytaxt Adeni ələ keçirməsi və Səudiyyə Ərəbistanın buna hava hücumu ilə cavab verməsi o zamandan indiyə qədər diplomatiyanı problemin həllindən kənarlaşdırdı. Fikrimcə, bu gün Yəməndə əsas siyasi və hərbi güc olan husilər problemin yenidən sülh və danışıqlar yolu ilə həll edilməsi üçün addım atmalıdırlar. Çünki, bütövlükdə Yəmən xalqı başa düşməlidir ki, bu məzhəb savaşına son qoymasalar Yəmənin taleyi Somaliyə bənzəyə bilər. Somalidə 35 ilə yaxın bir dövrdə davam edən vətəndaş müharibəsi ölkəni alt-üst etmiş və Somali xalqını ağır həyat şəraiti ilə yaşamağa məcbur etmişdi. Hadisələrin gedişi onu göstərir ki, buna bənzər aqibət Yəməndə də baş verə bilər.

Yəməndə münaqişənin dayanması üçün iki müsəlman ölkəsinin, Səudiyyə ilə İranın razılığa gəlməsi vacibdir. Hər iki dövlətin Yəmən daxilində münaqişədə olan quruplara təsiri böyükdür. Tökülən qanı dayandırmaq iki liderin bir cümləsindən asılıdır. Həmçinin, İran və Səudiyyə anlamalıdır ki, bu muharibə ən çox Əl-Qaidənin maraqlarına uyğundur. Əl-Qaidə regionda hər gün güclənir. Və yaxın zamanlarda Əl-Qaidənin husilərə və ərəblərə alternativ bir güc olması istisna edilmir. Bu hal baş verərsə Əl-Qaidə Yəməndə hüquqi şəkildə olmasa da faktiki olaraq iqtidar ola bilər. Bu hal nə İranın, nə də Səudiyyənin lehinədir.

Yəməndəki münaqişənin dayandırılması və sülhün təmin edilməsi üçün ən ideal təklif kimi aşağıdakıları qeyd edə bilərik:

  • Yəmən tez bir zamanda fedarativ sistemə keçməli, 3 və ya 4 əyalətə bölünməlidir;
  • Beynəlxalq aləmin hələ də Yəmən prezidenti kimi tanıdığı Hadi ölkəyə qayıtmalı və prezidentlik müddəti bitənə qədər iqtidarda qalmalıdır;
  • Husilərin şimalda muxtariyyəti tanınmalı və bu muxtariyyətin federal hökumətə tabe edilməsi təmin olunmalıdır;
  • Həm ərəblər, həm də husilər Əl-Qaidə və digər terror qruplaşmalarına qarşı ortaq mübarizə aparmalıdırlar;

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı