Bölünən Koreya yarımadası yenidən birləşir? ÖZƏL

Analitika 16:40 18.09.2018

Məlumdur ki, Koreya rəsmi bir şəkildə 1949-cu ildən iki yerə, Şimali və Cənubi Koreyaya ayrılmışdır. Koreyanın parçalanması Soyuq müharibənin əsas təzahürü idi. Beləki, Koreya parçalandıqdan sonra Şimal SSRİ-nin, cənub isə ABŞ və müttəfiqlərinin təsir dairəsinə çevrildi. Şimali və Cənubi Koreya arasında 1950-1953-cü illərdə baş verən müharibədən 2000-ci illərə qədər demək olar ki, heç bir diplomatik əlaqə qurulmamışdı. İlk dəfə 2008-ci ildə iki ölkənin liderləri arasında görüş keçirilmişdi. Lakin bu gün iki dövlətin lideri Pxenyanda görüşdüyü zaman əsas diqqətçəkici məqam onların böyük bir səmimiyyətlə qucaqlaşması oldu. Artıq dünya mediası bu sualın müzakirəsini aparır: “Görəsən Koreya birləşə bilərmi?”

Şimali və Cənubi Koreya arasında “hədələmə siyasəti”nin yerini “uzlaşma siyasəti”nə ötürməsi məhz Şimali Koreya lideri Kim Çen İnin adı ilə bağlıdır. Kim Çen İn illərlə durmadan hədələdiyi və təhdid etdiyi Cənubi Koreyaya bu gün qucaq açır. Bəs niyə İn birdən-birə siyasi xəttini dəyişdi?

Əslində Kim Çen İn bu prosesə 5 ildən çoxdur ki, hazırlaşırdı. Beynəlxalq güclərin və Sakit Okean Hövzəsindəki böyük dövlətlərin diqqətini çəkmədən o, Koreya ilə danışıqlara getməyə hazır olduğu mesajını 2013-cü ildə bildirmişdi. Lakin o dövrdəki beynəlxalq şərait buna əl vermədiyindən o arzuolunan siyasi dəyişikliyi həyata keçirə bilmədi. Lakin indi Kim Çen İnə görə fürsət yetişib və iki dövlət birgə problemləri həll edə bilər.

İnin siyasi xəttini dəyişmə səbəbinə gəldikdə isə belə bir fikri ifadə etsək yəqin ki, yanılmarıq. “Kim Çen İn yuxudan ayıldı”. Gec də olsa İn başa düşdü ki, onun dövlətindən beynəlxalq güclər illərlə bir-birinə təzyiq kimi istifadə ediblər. Kim Çen İnin strateji dəyişikliyinin digər bir səbəbi isə “Ərəb baharı” idi. Ərəb baharı ona göstərdi ki, dünyada heç bir lider öz xalqına rəğmən əbədi iqtidarda qala bilməz və xalqına meydan oxuyan liderlərin aqibəti çox acınacaqlı olur. İn bunu bilsə də dövləti demokratikləşdirə bilməzdi, lakin o “Koreyanı birləşdirmək” kimi pozitiv bir məsələni gündəmə gətirərək xalqın dəstəyini qazana bilərdi. Həmçinin, bir faktı da qeyd etmək lazımdır ki, Şimali Koreya çox ciddi iqtisadi böhranla qarşı-qarşıyadır. Hər gün vətəndaşların sosial vəziyyəti daha da pisləşir. Bu problemləri aradan qaldırmaq üçün isə təcrid siyasətindən imtina etmək və ən azından regional inteqrasiya proseslərinə qoşulmaq zəruridir. İn bu problemi həll etmək üçün də Cənubi Koreya faktorundan istifadə edir və Cənubi Koreya və Çin başda olmaqla digər Sakit Okean Hövzəsi ölkələrlə yeni tipdə iqtisadi əməkdaşlıq qurmağı planlaşdırır. Yəni, bütün bunlar onu yeritdiyi siyasi-strateji xətti dəyişdirməyə vadar elədi.

Bəs Koreyanın birləşməsi mümkündürmü? Belə bir fikri qeyd etsək, yəqin ki, yanılmarıq. “Koreyanı ayıran Koreya xalqı olmadığı kimi bu gün koreyanı birləşdirən də koreyalılar olmayacaq. Şimali və Cənubi Koreyanın birləşməsi böyük güclərin maraqlarından asılıdır. Koreyanın birləşməsini istəyən əsas güc ABŞ-dır. Prezident Tramp iki Koreya liderinin görüşməsi və aralarındakı problemlərini həll etməsini dəstəkləyir. Hətta deyə bilərik ki, İnin Cənubi Koreyaya qarşı dəyişən siyasətinin memarlarından biri məhz Trampın özüdür. Tramp 2018-ci ilin fevralında Şimali Koreyaya qarşı yönəltdiyi təhdidlərin nə qədər real olduğunu sübut etdi. Kim Çen İn yuxardakı faktorlarla birlikdə Trampın təzyiqləri ilə üzləşdikdə isə nəinki Cənubi Koreya ilə, hətta ABŞ-la belə danışıqlara getməyə razı oldu. Burada maraqlı məsələ ondan ibarətdir ki, Tramp niyə Koreyanın birləşməsində bu qədər maraqlıdır?

Tramp hakimiyyətə gəldikdə xələfinin siyasətinin əleyhinə Rusiyanı deyil, Çini zəiflətməyi əsas hədəf olaraq seçdi. Çünki Çin iqtisadiyyatı günü-gündən irəliləyir və ABŞ-ı ötməyə başlayırdı. ABŞ Sakit Okean Hövzəsində bütöv və güclü bir Koreya yaratmaqla Çinə regionda yeni rəqib və baş ağrısı formalaşdırmağı planlaşdırır. Tramp birləşən Koreyanın əsas müttəfiqi və memarı olaraq Yaponiyanı da işə cəlb etməklə Çini regionda sıxışdırmağı və onun təsir gücünü zəiflətməyi düşünür. Təbii ki, Şimali Koreya ilə isti münasibətləri olan Çin bu siyasəti görüb və buna mane olmağa çalışır. Əgər diqqət yetirsək görə bilərik ki, Şimali və Cənubi Koreya yaxınlaşmasından sonra Çinin Şimali Koreya siyasəti dəyişib. Beləki, Çin keçən il BMT-də Şimali Koreyaya qarşı sansksiyaların daha da gücləndirilməsinə razılıq vermişdi.

Rusiya da bu prosesdə çox əhəmiyyətli ölkədir. Şimali Koreyanın rezerv enerji mənbəyi məhz Rusiyadır. Lakin biz Koreyanın birləşməsi məsələsində Rusiyanın bitərəf qalacağını proqnozlaşdıra bilərik. Çünki Sakit Okeanda Sovet təsirinin əyani hiss edildiyi keçmiş müttəfiq bir respublikanın varlığı Rusiya üçün çox böyük önəm daşıyır və Rusiya belə bir potensial müttəfiqi itirmək istəmir.

Beynəlxalq şərait əl versə belə iki ölkənin bir bayraq altında birləşməsi üçün ciddi maneələr var. Bu maneələrin başında ideoloji ziddiyətlər, sistem fərqlilikləri, mədəni və texnoloji səviyyələr arasında kəskin fərqlər və s. qeyd oluna bilər. Lakin bununla belə birləşmək üçün böyük stimul var və bu stimulla birlikdə Koreyanın birləşdirilməsi üçün yollar axtarıla bilər. Məsələn, Çində “ikili sistem formulası” onun fərqli sistemlərdə bütövlüyünü və unitarlığını qorumasını təmin edib. Burada həm kapitalist, həm də kommunist sistemin xüsusiyyətləri mövcuddur. Buna bənzər bir şəkildə Koreya üçün də ikili sistemlər formalaşdırıla bilər. İstənilən halda Mun və İn arasındakı yaxınlaşma həm şimallı, həm də cənublu koreyalılarda böyük həvəs və inam yaradıb. İnanıram ki, Koreya xalqı bu əzm və inamla yarım əsrdən sonra birləşə bilər. Təbii ki, yuxarıda qeyd etdiklərim bu birləşməyə əngəldir, ancaq bu səviyyədə ruh yüksəkliyi vətəndaş həmrəyliyi ilə birləşərsə “Vahid Koreya” üçün formulalar axtarıb tapmaq mümkündür.

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı