İmperializm (Birinci yazı) ÖZƏL

Analitika 12:57 20.09.2018

Son zamanlarda dünyada baş verən münaqişələr gündəmin əsasını təşkil edir. Münaqişələr hərbi, siyasi və iqtisadi formalarda daha çox təzahür edir. Əlbəttə digər sahələrdə də, misal üçün mədəniyyət və informasiya sektorunda da çox ciddi mübarizənin şahidi ola bilərik.

İmperializm bir ölkənin hərbi, diplomatik, işğal və ya digər yolla öz hakimiyyətini və nəzarətini genişləndirməsidir. İmperiya sözü latın mənşəli imperium sözündəndir və mənası “idarə etmək” və “suverenlik” deməkdir. İmperializmi dövrlərə və formalarına görə bir neçə yerə bölə bilərik:

Klassik imperializm

Bu ifadəni keçmiş dövrdə ərazi işğalları ilə öz mədəniyyətini və təsirini yayan imperiyalar üçün istifadə edə bilərik. Misal olaraq, Roma, Ərəb, Monqol-tatar imperiyalarını və eyni zamanda türk dövlətlərinin yaratdığı Hun, Osmanlı və Səfəvi imperiyası kimi bir çox güclü dövlətləri göstərmək olar.

Bu formadakı imperializmə bir hakimiyyətin digər zəif hakimiyyətləri vahid idarəetmə forması olmadan özünə tabe etmə xasdır.

İmperializm və Müstəmləkəçilik

Böyük Coğrafi kəşflər dövründən sonra Müstəmləkəçilik və ya Kolonializm məfhumu meydana gəldi. Alimlərin bəziləri bu ifadələri eyniləşdirir, bəziləri isə fərqləndirir.

Robert Yanq imperializmin vahid bir dövlət və mərkəzdən idarə olunduğunu və imperializmin maliyyə və ideoloji səbəblərdən qaynaqlandığını iddia edir. Lakin, müstəmləkəçilik kommersiya məqsədilə koloniyaların yaradılmasıdır.

Britaniya, Fransa və İspaniya dövlətləri Afrika və Amerika qitəsinə eləcə də digər yerlərdə torpaqlar üzərində öz nəzarətlərini qurublar. Əsas məqsəd isə həmin regionların xammalına və işci qüvvəsinə sahib çıxmaqla iqtisadi gücün artırılması hesab edilir.

Yeni İmperializm

Bu ifadə 19 və 20-ci əsrin əvvəllərindəki müstəmləkəçilik fəaliyyətlərini özündə ehtiva edir. Adı çəkilən dövrdə ABŞ, Yaponiya və Avropa ölkələri bu istiqamətdə daha çox fəallıq göstərib.

Yeni Qitə kəşf olunduqdan sonra və dənizçiliyin inkişafı yüksək mərhələyə çatdıqdan sonra bir çox inkişaf etmiş dövlətlər öz hakimiyyətlərini yerli xalqlar üzərində qurmağa başladılar.

Bu dövrdə kolonial qüvvələr bütün Afrikanı və Asiyanı özlərinə tabe edə bildilər. Dənizçiliyin inkişafı və kəşflər artıq dünyanı qapalı sistemə çevirmişdi, işğal ediləcək yeni torpaqlar qalmadıqda imperial qüvvələr öz aralarında torpaq uğrunda mübarizəyə başladılar.

Bu mübarizə şiddətlənərək Birinci Dünya Müharibəsinin yaranmasına səbəb oldu. İqtisadi və texnoloji cəhətdən güclənən Almaniya dünyanın yenidən bölüşdürülməsini tələb etdi. Onun bu istəkləri digər qüvvələr ilə ziddiyət təşkil edirdi. Bununla da imperiyalararası müharibə Almaniyanın məğlubiyyəti ilə nəticələndi.

Lakin, yenidən öz gücünü bərpa edən Almaniya keçmiş fikrinə geri döndü. Bu isə artıq böyük fəlakətlərə səbəb olan İkinci Dünya Müharibəsi ilə yekunlaşdı. Bu müharibə yeni imperializm dövrünün sonu hesab edilə bilər.

İkinci dünya müharibəsindən sonra de-kolonializm meydana gəldi və keçmiş müstəmləkələr formal olaraq öz müstəqilliklərini qazandılar.

Ülvi Əhmədli

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Hamısı