Aleksandr Duqinin neoavrasiyaçılığı və Moskva – Bakı – Ankara oxu ÖZƏL

Analitika 17:19 20.09.2018

Elxan Zal Qaraxanlı

Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti,

xüsusi olaraq Eurasia Diary üçün

Avrasiyaçılıq ideya kimi 1917-ci ildə rus mühacirəti mühitində yaranıb. Nikolay Serqeyeviç Trubetskoy (1890-1938) və Pyotr Nikilayeviç Savitski (1895-1968) avrasiyaçılığın yaradıcıları hesab olunurlar.                                                     

Müəyyən vaxtlarda onların sıralarına Q. V. Vernadski, Q. V. Florovski, P. M. Bitsilli, A. V. Kartaşev, N. N. Alekseev və başqaları qoşulublar.

İdeyanın mahiyyəti

Avrasiyaçılığın mahiyyətini qısaca olaraq belə izah etmək mümkündür: “Onlar rus xalqının spesifik xüsusiyyətini dərk etməyin açarını Trubetskoyun rusların sintetik dövrü haqqında işlədiyi ideyanın iki mühüm komponentində — slavyan ariçiliyi və turan (türk) etnoslarının mövcudluğunda görürdü. İki, bir-birinə zidd olan ariçilik və turançılıq qütblərindən üçüncüsü yarandı. Ruslar heç də slavyan və ya türk deyil, ari, yaxud da asiyalı deyil. Onlar avropa, asiya düşüncə tərzindən, kultur təsəvvüründən fərqli yüksək missiyaya malik, özünnəməxsus dərin mədəniyyəti olan bir cəmiyyətdir.

Dualizm landşaftı — Meşələr və Çöllər — bu irqi dialektikaya tam uyğundur. Əsasən oturaq həyat sürən, şimal slavyanlarının məskunlaşdığı Meşə rus dövlətinin yaranmasında mühüm əhəmiyyət kəsb edib. Türklərin üstünlük təşkil etdiyi köçəri, cənubi Çöl isə, bu dövlətin ikinci tərkib özəyidir. Avrasiya Rusiyası bu iki elementin birliyindən meydana gəlib”.

Sovet dönəmində bu ideya böyük rus alimi, iki dahiyanə şair Nikolay Qumilyov və Anna Axmatovanın oğlu Lev Qumilyovun əsərləri sayəsində daha geniş yayıldı. L. Qumilyovun kitabları təkcə ruslar arasında deyil, həm də türk xalqları arasında, o cümlədən də Azərbaycanda çox populyardır. L. Qumilyovun özünü “sonuncu avrasiyaçı” adlandırmağına baxmayaraq, Kommunist ideologiyasının və Sovet İttifaqının süqutundan sonra bu ideya təkcə Rusiyada deyil, digər ölkələrdə də çoxlarını özünə cəlb etdi. İndiki Türkiyədə Avrasiya ideyasının xeyli tərəfdarları var.   

Duqin ideyanın davamçısı kimi

Bu ideyanın dirçəlməsində rus politoloğu, filosof, avrasiyaçılıq hərəkatının ideoloğu,Aleksandr Qelyeviç Duqinin mühüm rolu var. Hazırda Rusiya Federasiyasında onun ideyaları çox yüksək nüfuza malikdir.  Məhz onun sayəsində. daxilində avrasiyaçılıq nəzəriyyəsini inkişaf etdirdiyi geopolitika, təkcə Rusiya universitetlərində deyil, eləcə də hakim elita mühitində, Rusiya patriotları arasında və hərbi dairələrdə ciddi mövqelər qazanıb.  

Bir qədər filosofun bioqrafiyası barədə

Aleksandr Duqin 7 yanvar 1962-ci ildə Moskvada anadan olub. Atası — Qeliy Aleksandroviç Duqin (1935—1998) hüquq elmləri namizədi, SSRİ Silahlı qüvvələri Baş Qərargahının Baş kəşfiyyat idarəsinin general-leytenantı, anası — Qalina Viktorovna Duqina (Onufriyenko) (1937—2000) həkim, tibb elmləri namizədi olub. O bütün yaradıcı adamlar kimi çox maraqlı, ziddiyyətlərlə dolu həyat yolu keçib. Hələ Sovet dövründə BKİ generalının oğlu antisovet, antikommunist baxışları ilə tanınıb. Duqinin öz sözlərinə görə, o hətta balaca oğlunu "İlyiçin heykəlinə tüpürməyə" də aparıbmış. Amma sonradan bunun peşmançılığını çəkib. Məktəb illərində onun ünsiyyət dairəsi Yujinski döngəsində Mamleyevin mənzilində keçirilən «Yujinskiy krujokun» (Yujin dərnəyi) yığıncaqlarında formalaşıb. Duqin Heydər Camal və Yevqeniy Qolovinlə birlikdə həmin dərnəyin üzvü olub. O Fridrix Nitşenin fəlsəfəsi, Mirçi Eliadenin əsərləri, Avropa "yeni sağçılarının", alman nəzəriyyəçilərinin müharibələrarası dövrlərdəki "konservativ inqilab" ideyaları ilə maraqlanıb. Rusiya Ali Sovetinin müdafiəsində iştirak etmiş Duqin parlamentin məğlubiyyətini öz şəxsi faciəsi kimi qəbul edib. Duqin o dövrdə radikallığı, antiliberalizmliyi və antiamerikanizmliyi ilə fərqlənən, prezident Boris Yeltsinə qarşı barışmaz mövqedə duran Nasional-bolşevik partiyasını yaradıb. Dövlət Dumasının sədri Qennadiy Sleznyovun məsləhətçisi olub, Dövlət Dumasının sədri yanında milli təhlükəsizlik problemləri üzrə Ekspert-məsləhət Şurasının qeopolitik ekspertiza Mərkəzinə rəhbərlik edib. Elə həmin dövrdə də Aleksandr Duqin Rusaya Baş Qərargahında geopolitika üzrə üzrə mühazirələr oxuymağa başlayıb.

Duqin və Putin

Vladimir Putinin hakimiyyətə gəlməsi ilə Aleksandr Duqinin siyasi fəaliyyətində yeni dövr başlayır — o radikal müxalifətdən mövcud hakimiyyətə qarşı loyal mövqeyə keçir və onun  bütün düşüncələrini Rusiya Dövlətinin dirçəldilməsinə ximətə yönəldir. Və Rusiyaya, sonradan hakim elitanın da qəbul etdiyi yeni ideologiya təklif edir. Onu indi yalnız Rusiyada deyil, bir çox ölkələrdə yeni Rusiyanın əsas ideoloğu hesab edirlər.   

Putinlə Duqin arasında qarşılıqlı böyük simpatiya var və əlbəttə ki, bir çox məsələlərdə İdeoloji ziddiyyətlər də mövcuddur. Amma bunu da hiss etməmək mümkün deyil ki, vaxt ötdükcə Putinin siyasəti, həmçinin də Duqinin siyasi baxışları dəyişir və bu iki nüfuzlu şəxsin mövqeləri bir-birinə yaxınlaşır.

Son illər Rusiyaya qarşı Qərb tərəfindən tətbiq edilən siyasi və iqtisadi izolyasiyaya görə ölkə rəhbərliyi yeni ideya istiqamətləri axtarışındadır. Bu cəhətdən Duqinin təklif etdiyi Avrasiyaçılıq ideologiyası vəziyyətdən çıxış yolunu göstərir, Rusiya Dövlətinə de-fakto yeni impuls verir. Bu ideya həm hakim elita, həm də hərbi dairələr üçün cəzbedicidir. Rusiyanın öx qüdrətini itirməsinə, ümumən tənəzzülə uğramasına görə ümidsizliyə qapanmış və patriotikliyi ilə seçilən Rusiya əhalisinin xeyli hissəsi də Duqinin ideyalarına simpatiya ilə yanaşır.  

İlham mənbəyi

Duqin öz ideyaları üçün bəhrələndiyi məlumat mənbələrini müxtəlif (bəzən ziddiyyətli) cərəyanlardan, həmçinin də okultizm nəzəriyyəsindən götürür.

Mədəni pessimizm cərəyanının nümayəndələri Suxraverdi, Fridrix Nitşe, Osvald Şpenqler, Martin Xaydeqqer, siyasi nəzəriyyəçi Karl Şmidt, Mirçe Eliade, həmçinin də onlara yaxın olan ənənəçilər Rene Qenon və Yulius Evola və digərlərini Duqin özünün ideya mənbəyi sayır. Öz əsərlərində o həm sağçı, həm də solçu müəlliflərə istinad edir və maraqlıdır, çox vaxt bu müəllifləri bir-birindən bütöv siyasi spektrlər ayırır. Bir ara Duqin Martin Xaydeqqerin fəlsəfəsi barədə silsilə mühazirələr oxuyub və bunun nəticəsi olaraq mühazirələrdə ümumiləşdirdiyi "rus xaydeqqerçılıyini" Rusiya tarixinə tətbiq edib. Bundan əlavə, o da qeyd olunmalıdır ki, Duqin  —  yalnız nəzəriyyəçi deyil və öz ideyalarının realllaşması üçün aktiv qaydada çalışır. 

Əsərləri

O çoxlu əsərlər müəllifidir. Amma zənnimcə onun əsas əsəri “Dördüncü siyasi nəzəriyyədir”.

Bu kitabın əsas ideyası uduzmuş və udmuşların klassik siyasi nəzzəriyyələrindən imtina etmək – öz təxəyyülünü cəmləyib yeni qlobal dünyanın gerçəkliyini qavramaq, Postmodernizmin çağırışlarını açıqlamaq, XIX və XX əsrlərin siyasi mübarizəsindən o tərəfdə yeni nəsə yaratmaqdır. Belə baxış Dördüncü siyasi nəzəriyyənin kommunizm, faşizm və liberalizmdən o tərəfdə yenidən işlənib hazırlanmasına bir dəvətdir. 

Burada o Modern epoxasının, industralizasiya dövrünün bitməsini bildirir. Duqinə görə ХХ əsrin, Modern epoxasının üç əsas ideyası olub: birinci liberalizm, ikinci kommunizm və üçüncü isə, faşizm. Faşizm liberalizmə və kommunizmə, kommunizm isə, liberalizmə uduzub. Amma liberalizmin qələbəsi onun sonu ilə eyni vaxta təsadüf edir. Liberalizm qələbə çalaraq başqa bir məfhuma, Postliberalizmə keçir. Onun digər siyasi ölçüsü yoxdur, o azad siyasi seçim məhsulu deyil, amma buna baxmayaraq o özünəməxsus «taleyə» dönür (postindustrial cəmiyyət tezisi: «iqtisadiyyat — taledir» də burdan yaranıb).   

Beləliklə, XXI əsrin əvvəli ideologiyaların son momentləri ilə üst-üstə düşür. Özü də hər üçünün. Onların sonluqları müxtəlifdir: — Üçüncü siyasi teoriya «gəncliyi» dövründə məhv edilib, İkinci zəifləyib taqətsiz hala düşərək məhv olub, Birinci nəsə başqa bir məfhuma — Postliberalizmə, «qlobal bazar cəmiyyətinə» çevrilib. Hər halda sözü gedən hər üç siyasi nəzəriyyə ХХ əsrdə mövcud olduğu formada əhəmiyyətini itirib, və artıq yararlı, aktiv deyil. Onlar bizə heç nəyi izah edə və baş verənləri anlamağa kömək edə bilmir, qlobal çağırışlara cavab vermir. Burdan da Dördüncü siyasi nəzəriyyəyə tələbat yaranır.

Duqinin Dördüncü siyasi nəzəriyyəyəsinə görə, dünya siyasi cəhətdən biopolyardı: onun bir tərəfi — Avrasiya kontinental dövlətləri, ikinci tərəfi isə, liberal-demokratik quruluişa malik dəniz dövlətləri ABŞ və Böyük Britaniya ilə birgə təmsil olunmuş atlantik dövlətlərdir. Onun sözlərinə görə, onların bundan sonrakı birgə mövcudluğu münkünsüzdür.

Çoxqütblü dünyanın restavrasiyasını geopolitikanın əsas məqsədi sayan Duqin Avrasiyada lider rolunda Rusiyanı və onun müttəfiqlərini görür. O Avrasiyaçılığı artan, inkişaf edən və bununla yanaşı özlərinin xüsusi dünyəvi hegemonluğunu möhkəmləndirməkdən ötrü digər, fərqli mədəniyyətə malik ölkələrə, öz yaşam tərzini tətbiq etməklə onları zəiflədən qlobalizasiyaya qarşı alternativ kimi təqdim edir. Duqin məhz tənəzzülə uğrayan Qərbi daha tutarlı, daha sərrast ifşa edir.

Moskva Bakı Ankara oxu

Atlantika dövlətləri artıq çoxdan İslam dünyasına və rus pravoslavlığına qarşı açıq-aşkar müharibə aparırlar.

Yeni xaç yürüşü İrağı, Suriyanı, Liviyanı, Əfqanıstanı, Ukrainanı xaosa çevirib.

Türkiyə və Rusiyaya qarşı əsasən iqtisadi müharibə aparılsa da, əlverişli mövqe düşən kimi dövlət çevirilişi etməyə səy göstərərək bu ölkələri dağıtmağa çalışırlar. Qlobalistlərə böyük ölkələr lazım deyil, qlobalistlərə böyük istehlak bazarı və Yer kürrəsinin resursları lazımdır.

Duqin Avrasiya xalqlarına (təkcə onlara deyil) qlobalistlərə cavab kimi, onlara qarşı birləşərək yeni Xaç yürüşü təklif edir. Bu cəhətdən Rusiyanın əsas müttəfiqləri sırasında o Türkiyəni və Azərbaycanı görür. ABŞ “diktatına”, transatlantizmə və liberal Qərbə qarşı “Böyük, işıqlı Turan” yaratmağı təklif edir.

Bu məqalədə mən Duqinin Turan barədə görüşləri üzərində durmaq istəmirəm, amma bu istəklərin xoş niyyətli olmasını vurğulamaq istəyirəm.

Duqinin Turanında həm arilərə, həm də türklərə yer var. O Rusiyanı və Türkiyəni daha sıx əməkdaşlığa çağırır. Çıxışlarının birində dediyi kimi “Moskva və Ankaranın strateji ittifaqı Avrasiya meydanında” “amerikan imperializminə” və “dağılma ərəfəsində olan” Avropaya qarşı duracaq.

Türkiyədə nəşr olunan kitabında (Moskva –Ankara oxu) Duqin yazır: “biz türklərlə dəfələrlə barrikadaların yalnız əks tərəflərində deyil, həm də eyni tərəfində olmuşuq. Və hər dəfə də biz bir yerdə olanda böyük uğurlar qazanmışıq. Bu gün insanlar bununla bağlı tarixi kitabların, xronikaların səhifələrini həyacanla oxuyur,  keçmişi, – Kamal Atatürkü, Osmanlı imperiuyasını, rus dəniz donanmasının Misir sultanı Ali-paşaya antiosman çevirilişi etməyə imkan verməməsini xatırlayır; onlar bunu yalnız tarixin maraqlı faktları ilə tanış olmaqdan ötrü deyil, həm də işıqlı gələcək naminə edirlər”.

O türk və rus xalqlarının işıqlı gələcəyinin konturlarını müəyyənləşdirməkdən, cəngavər pravoslavların, müsəlmanların onlara yad mədəniyyətin qlobal ekspansiyasına qarşı çiyin çiyinə birgə mübarizə apara bilməsindən ötrü təmas nöqtələri axtarır.

Bununla bağlı o təkcə hakim elitaya deyil, həmçinin də cəmiyyətə müraciət edir. “Cənubi islam ölkələri, türk dövlətləri, Türkiyə və Azərbaycan və böyük Rusiya – biz hamımız Yaxın Şərqdə bütün strateji arxitekturanın güc balansının əhəmiyyətli dərəcədə dəyişilməsinə hazırlaşırıq”. O “Türkiyənin Avrasiya strategiyası” məqaləsində Türkiyədəki potensial partnyorların siyahısını da açıqlayir: “Avrasiyaçılığa [Türkiyədə] tam bir-birinə zidd olan qüvvələr maraq göstərir — sağ millətçilər, mərkəzçilər, bəzi dini dairələr, hərbi rəhbərliyin müəyyən hissəsi, Yasavi Fondu kimi intelektual fondlar, “Dialoq Avrasiya Platforması” hərəkatı, Arkan Suverin “Avrasiya Forumu” kimi iqtisadi strukturlar, Türkiyə Ticarət-sənaye palatasının Avrasiya departamenti, RUTAM Rusiya və Türkiyə avrasiya əməkdaşlıq təşkilatı, “Yarın” nonkonformist jurnalı” və s.

Gülənin “Dialoq Avrasiya Platforması” hərəkatı bir vaxtlar Azərbaycanda da güclü mövqeyə malik olub. Əsasən yaşlı nəsildən olan ziyalıların iştirak etdiyi bu hərəkatın gənclər arasında təsiri çox zəif idi. Hazırda bu təşkilat artıq mövcud deyil. Amma üfüqdə artıq yeni nəsil avrasiyaçıları, İşıqlı Turanın pərəstişkarları görünür.

Azərbaycanın xüsusi rolu

A.Duginin yeni geopolitik görüşündə Azərbaycan xüsusi rol oynayır. O Azərbaycanı Qafqazda Rusuyanın yeganə və əsas müttəfiqi sayır. O bildirir ki, “Türkiyə və İranla münasibətlərdə Bakı xüsusi rol oynayır. Biz həm türklərlə, həm də iranlılarla strsteji müttəfiqik. Əgər əvvəllər yalnız bu ölkələrlə birlikdən söhbət gedirdisə, indi Bakının bu birliklərdə yerindən söhbət gedir”.

O bu kiçik ölkəyə, onun dəyərlərinə, ərazi bütövlüyünə böyük hörmətlə yanaşır.

Işqalçılardan azad edilimiş Cocuq Mərcanlı kəndində təşkil edilən mətbuat konfransında o bildirirdi ki: “Rusiya üçün Qarabag – Azərbaycan ərazisinin bir hissəsidir. Eyni mövqedən həmçinin dünya birliyi də çıxış edir. Bu dünya dövlətlərinin hüquqi baxımdan öz aralarında gəldiyi konsensusdur. Beş rayonun qaytarılması danışıqlar prosesinin bərpası üçün yeganə alternativ həlldir. Tərəflər razılığa yaxın olublar. Azərbaycan güzəştə getməyə hazır idi. Bu razılaşmalara əməl edilməlidir. Bu Rusiyanın mövqeyidir, Rusiya prezidentin mövqeyidir”.

“Moskva-Bakı-Tehran”, “Moskva-Bakı-Ankara”  “oxlarının” həyata keçməsində Duqin heç də son rol oynamır. Burada əlbəttə ki biz, prezidentlərimizin, İ. Əliyevin və V. Putinin müdrik siyasətinin yüksək rolunu qeyd etməyə bilmərik. Son dövrlərdə Rusiya və Azərbaycan arasında çox sıx münasibət yaranıb və prezidentlərin intensiv görüşləri böyük bir geopolitik gəlişimdən xəbər verir. Dünya Dördüncü siyasi nəzəriyyəyə uyğun dəyişir. Və indi “Rusiya regionda İrana və Türkiyəyə qarşı çıxmır, əksinə onların siyasi müttəfiqi kimi çıxış edir və Bakı bu məsələdə çox mühüm rol oynayır. Bu müasir Azərbaycana tam yeni bir missiyanı yerinə yetirmək imkanı verir. Azərbaycan ərazidən üç nəhəng gücün və imperiyanın bir-biri ilə uzlaşma mərkəzinə çevrilir. Əyər biz tarixi baxımdan yanaşsaq, təbii ki, Azərbaycanın İran, Rusiya və Osmanlı imperiyalarının qarşıdurma zonası olmasının şahidi olarıq. Bütün bü imperiyalar bir-biri ilə vuruşa-vuruşa Qərb tərəfindən dağıdılıb”.  Böyük türk mütəfəkkiri və ensiklopedisti Mahmud Kaşqarinin Avrasiya xəritəsi var və o Duqinin Avrasiyasına çox oxşayır. Dördüncü siyasi nəzəriyyə öz sərhədlərini genişləndirir.  

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Hamısı