Sülh olmayan dünyada Beynəlxalq Sülh Günü ÖZƏL

Analitika 16:10 21.09.2018

Bu gün 21 sentyabr Beynəlxalq Sülh Günüdür. Beynəlxalq Sülh Günü 1981-ci ildə BMT tərəfindən təsis edilib. İlk Sülh Günü 1981-ci ilin sentyabrında qeyd olunub.

Beynəlxalq Sülh Günü hər il qeyd olunsa da dövrümüzün dünyası sülhdən çox uzaqdır. Ona görə də bu məqalədə beynəlxalq sülh gününün əhəmiyyətindən deyil, dünyada təmin edilə bilməyən qlobal sülhdən və onun formalaşmasına mane olan səbəblərdən danışacağıq.

Əslində mahiyyət etibarilə beynəlxalq sülhün təmin edilməsi BMT-nin ən ali və ən əsas missiyasıdır. Lakin hal-hazırda sülhə olan təhdidlər o qədər artmış və dövlətlərarası münasibətlər o qədər kəskinləşmişdir ki, sülhü təmin etmək qeyri-mümkün xarakter almağa başlamışdır.

Bəs beynəlxalq sülhü necə əldə etmək olar?

Beynəlxalq sülhü əldə etmək üçün beynəlxalq nizam formalaşdırılmalıdır. Beynəlxalq nizam beynəlxalq münasibətlər sistemində dövlətlərin davranış qaydalarını özündə ehtiva edən bir sistemdir. Bu isə qlobal güclər tərəfindən formalaşdırılır. Bu qlobal güclər beynəlxalq münasibətlər sistemində xüsusi yeri və təsiri olan böyük dövlətlər, super güclərdir. Beynəlxalq aləmdə sülhü pozan əsas amil “anarxiya”dır. Məhz beynəlxalq nizam sistemdə olan anarxiyanın qarşısını alır, əhatə dairəsini azaldır.

Beynəlxalq nizama örnək kimi, mondualist dünya nizamı, çoxqütblü dünya nizamı, təkqütblü dünya nizamı və s. qeyd edilə bilər. Bu nizamların hər biri dünyanın geopolitik anlamda böyük güclər tərəfindən bölüşdürülməsinin nəticəsi olaraq meydana gəlmişdir.

Qeyd etmək lazımdır ki, hal-hazırki dünya nizamı keçid dövrünü yaşayır. Beləki, SSRİ-nin süqutundan sonra meydana gələn təkqütblü nizam öz yerini çoxqütblü nizama ötürməyə başlayıb. Dünya siyasətində müşahidə edilən bir çox qlobal böhran və münaqişələrin də təməlində məhz bu amil durur: “Keçid dövrü”. Keçid dövrü hal-hazırki dünyada sülhün təminatı üçün maksimum təhlükə olaraq görünən dövlətlərarası münasibətlərdə anarxiyanın təməlini qoyur.

“İkiqütblü dünya nizamında sülhün təmin edilməsi üçün beynəlxalq şərait yaradılmışdı. Beləki, öz aralarında münaqişə yaşayan SSRİ və ABŞ dünyanı bütün Soyuq müharibə dövründə öz aralarında bölüşdürmüş və nəzarət etdikləri regionlarda sülhü qorumaq üçün əllərindən gələni etmişlər. Bu iki supergücün rəqabəti zamanı dünyada münaqişələrin sayı indikinə nisbətən dəfələrlə az idi. Çünki dünya dövlətləri sosialist və ya kapitalist bloka qoşulur və xarici siyasətlərini bu iki qütbə əsaslanaraq yürüdürdülər. Ən önəmli məqam isə ondan ibarət idi ki, bu “ikili bloklaşma” dövlətlərin anarxik fəaliyyətinə mane olurdu. Ona görə də o dövrdə münaqişələrin və gərginliklərin sayı çox az idi.

Beynəlxalq sülhü təmin etməyin əsas yolu da məhz iki qütblü dünya nizamını formalaşdırmaqdan ibarətdir. Beynəlxalq sülhü təmin etmənin digər bir yolu isə beynəlxalq hüququ formalaşdırmaq və onu qoruyan təsisatı yaratmaqdır. Yəni, əgər bir dövlət sülhü pozaraq beynəlxalq hüquqi prinsipləri tapdalayırsa dərhal ona qarşı cəza mexanizmi işə düşməlidir. Ancaq bu gün sülhü pozan böyük güclərə qarşı heç bir təşkilat və ya dövlət cəza tədbirləri həyata keçirə bilmir.

Beynəlxalq sülhü təmin etməyin yollarından biri də BMT-nin səlahiyyətlərinin artırılması və onun qətnamələrinə əməl etməyin məcburi olmasını təmin etməkdir.

Sülhə nə mane olur?

Sülhə mane olan bir çox arqument var. İlk qeyd edə biləcəyimiz arqument dünyada silahlanmanın günü-gündən artmasıdır. Bundan əlavə əsas səbəblər kimi dövlətlərin sosial-iqisadi problemlərini, beynəlxalq münasibətlər sistemində nəzarət mexanizminin olmamasını, etnik münaqişələri, terrorizm problemini, dövlətlərin qarşılıqlı maraqlara deyil, yalnız öz maraqlarına əsaslanan siyasi xətti izləməsini və s. qeyd edə bilərik.

Beynəlxalq sülhün təməlində nə durur?

Beynəlxalq sülhün təməlində beynəlxalq əməkdaşlıq durur. Dövlətlər faktiki olaraq iqtisadi cəhətdən bir-birlərinə möhtacdırlar. Qapalı iqtisadiyyatın iqtisadi inkişafa mane olması faktı SSRİ və Şimali Koreya kimi təcrübələrlə sübut olundu. Beynəlxalq sülh üçün xüsusən də, böyük dövlətlər sanksiya və təzyiq, təcrid və proteksionizm kimi qlobal iqtisadiyyata zidd siyasi xəttlərdən imtina etməli, beynəlxalq əməkdaşlığı intensivləşdirəcək addımlar atmalıdırlar.

Nicat İsmayılov

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı