İran siyasəti iflasa uğrayır? ÖZƏL

Analitika 13:59 03.10.2018

Son günlər İran həm beynəlxalq aləmdə, həm də ölkə daxilində ciddi problemlərlə üzləşir. İrana tətbiq edilən yeni sanksiyalar dalğasından sonra ölkədə iqtisadi vəziyyət daha da ağırlaşdı. ABŞ demək olar ki, hər bir İran məhsulunun dünyaya satışına əngəl törətməyə çalışır. Bir yandan da ölkə son dövrlər terror hücumlarının hədəfinə çevrilməyə başladı. 10 gün bundan qabaq Əhvaz vilayətində parad zamanı bir qrup silahlı şəxs paraddakı əsgərlərin üzərinə atəş açdı. Nəticədə 25 nəfər öldü, 60 nəfər isə ağır yaralandı. Bütün bunlardan savayı, İranın daxilində günü-gündən rejim əleyhdarlarının sayı artmaqdadır.

İrandakı vəziyyət getdikcə kəskinləşən bir vaxtda ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri ölkədəki problemlərə görə əhalidən üzr istəyib.“İrana psixoloji təzyiqlər edilir. Bəziləri bundan istifadə etməyə cəhd göstərir. Mən İrandakı problemlərə və bir sıra çatışmazlıqlara görə xalqdan üzr istəyirəm”. O, əhalinin rifah halının pisləşdiyini etiraf edib: “Bu problemlərin çoxu ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb. Bəzi çətinliklər isə hökumətin düzgün olmayan proqramından doğub. Əgər doğru-düzgün proqram hazırlanarsa, onda bütün problemləri həll edə biləcəyik”.

İran vitse-prezidentinin verdiyi açıqlamadan sonra belə bir sual yaranır. İran siyasəti iflasa uğradı?

Bu suala cavab vermək üçün əvvəlcə İran hökümətinin iqtisadi siyasətinə diqqət yetirək. Ruhani hökuməti hakimiyyətə gəlmədən öncə xüsusən, iqtisadi sahədə reformlar həyata keçirəcəkləri və İran iqtisadiyyatının xaricdən təsirlərə qarşı dözümlü olacağı barədə vədlər vermişdi. Hökumətin iqtisadi siyasətinin əsas istiqamətləri də məhz bu vədlərə yönəlmişdi. İranda hökumətin verdiyi bu vədlər özünü doğrultmadı. Bunu bəzi statistik göstəricilərlə sübuta yetirmək mümkündür.

Məsələn, 2018-ci ilin may ayında Trampın İranla imzalanmış “Nüvə razılaşmasını” ləğv etməsindən sonra inflyasiya səviyyəsi 7,9%-dən 9,8%-ə qədər yüksəlmişdir. İnflyasiya xüsusən də yağ, süd, çörək kimi vacib qidaların qiymət artımının 5%-dən 8,3%-ə qədər yüksəlməsinə səbəb olmuşdur. Yeni sankiyaların tətbiq edilməsindən sonra ölkədə işsizliyin səviyyəsi iki dəfədən çox artaraq 12,4%-dən 28,4%-ə qalxmışdır. Təbii ki, bütün bunlar İranda adambaşına düşən gəlirin də azalmasına səbəb olmuşdur.

Bu statistik göstəricilərin təhlili onu göstərir ki, İran bu gün xarici investisiyaya möhtac durumdadır. Bunu İran höküməti də anlayır. Beləki, ötən günlərdə ölkəyə 250 min dollardan çox investisiya qoyan hər biznesmen və ya şirkət üçün İranda 5 ildən çox sərbəst fəaliyyət göstərmək imkanı yaradan qanun layihəsi qəbul edildi.

Ancaq İran iqtisadiyyatının inkişafı  üçün mütləq şəkildə İranın xarici siyasət strategiyası dəyişməlidir. İran rəhbərliyi xarici siyasətdə sərt üslübdan imtina etmir. Əksinə, İran getdikcə Yaxın və Orta Şərq regionunda fəallaşmağa cəhd edir. Bu da onun iqtisadi böhranlarla üzləşməsinə səbəb olur.

İranda iqtisadi problemlərin artması, əmtəə məhsullarının qiymətinin durmadan yüksəlməsi və vətəndaşların rifah səviyyəsinin aşağı düşməsi ölkə daxilində bu ilin yanvar və avqust aylarında müşayət olunduğu kimi kütləvi mitinq və nümayişlərə səbəb olur. Reallıq ondan ibarətdir ki, günbəgün burada vətəndaş narazılığı və rejim əleyhdarlığı artır. Artıq ölkədə baş verən hər problemin səbəbini vətəndaşlar mollalarda axtarır. Qəribədir ki, İslam ölkəsi olmasına baxmayaraq, son günlər İranda ən çox nüfuzu aşağı düşən təbəqə din xadimləri hesab edilir.

İranın iqtisadi böhranı xarici siyasətdə yaratdığı böhranlarla birbaşa bağlıdır. İran faktiki olaraq bütün Qərb dövlətləri ilə qarşıdurma şəraitindədir. Almaniyanın “əl altından” İranla ticarət əlaqələri qurmasını davamlı bir əməkdaşlıq kimi qeyd etmək olmaz. Makron hökuməti də ABŞ sanksiyalarına rəğmən İranla ticari əlaqələrinə davam edirdi, lakin Makron ötən günlərdə İran siyasətini sərt tənqid edərək bu əlaqələrin yaxın zamanlarda sonlanacağının siqnalını verdi. İran Qərb dövlətlərindən (ABŞ-dan) savayı İsraillə də düşmən vəziyyətindədir. Burada maraqlı bir faktı qeyd edə bilərik ki, İran Qərb dövlətləri ilə demək olar ki, diplomatik əlaqələr qurmur, lakin Türkiyə, Azərbaycan, Tacikistan və digər ölkələrlə də davamlı səmimi əlaqələr qura bilmir. Bu gün İran bu dövlətlərə qarşı öz siyasətini mülayimləşdirsə də yaxın keçmiş onu göstərir ki, İran bu dövlətlər üçün davamlı və səmimi müttəfiq ola bilməz. Bu isə İranı bir növ təcrid vəziyyətinə düçar edir. Yəni, İran yalnız iqtisadiyyatda deyil, xarici siyasətdə də uğursuz olmuş, daimi müttəfiq və əməkdaşlıqlar formalaşdıra bilməmiş, Qərbdə Almaniya və Fransanın, Şərqdə isə Türkiyə və Rusiyanın ümidinə qalmışdır.

Bəs bu siyasi uğursuzluğun səbəbi nədir?

Səbəb kimi İran hökumətinin öz ölkəsinin iqtisadi vəziyyətini nəzərə almadan sərt və irticaçı siyasət yeritməsi həmçinin, öz ideoloji imkanları vasitəsi ilə İslam coğrafiyasındakı dövlətləri özündən asılı hala gətirməyə çalışması kimi radikal sayıla biləcək hədəflərə sahib olmasını göstərə bilərik. Beləki, İran bu gün Suriyada, Yəməndə, Fələstində, İraqda və digər ölkələrdə ya öz qoşunları, ya da maliyələşdirdiyi terror qrupları vasitəsilə yuxarıda qeyd edilən hədəflərə çatmağa çalışır. Qeyd etməliyik ki, İraqın Bəsrə vilayətində ötən həftə baş verən kütləvi mitinqlərin və nümayişlərin əsas hədəfi İran idi və burada insanlar küçələrə axışaraq İranın öz ölkələrinin daxili işinə qarışmasına etiraz edirdilər. Bütün bunlar İranın beynəlxalq aləmdə təklənməsinə gətirib çıxarır.

İranın iqtisadi və siyasi sahədəki uğursuzluqları ölkənin daxilindəki etnik qrupların da baş qaldırmasına və müstəqillik tələblərinin artmasına səbəb oldu. Buna misal olaraq, İraqla sərhəddə yaşayan ərəblərin və İranın şərqində yerləşən kürdlərin terrorist üslullarla rejimlə mübarizə aparmasını qeyd edə bilərik. İranda kürd və ərəblərdən savayı farslar, Azərbaycan türkləri, ermənilər və digər xalqlar da yaşayır. İranın etnik tərkibi bu gün omasa da belə davam edərsə yaxın gələcəkdə İran üçün ciddi baş ağrısına çevriləcək.

İranda bütün bunlar dindar olmayan təbəqənin getdikcə muxalifləşməsinə və ölkədə rejimə qarşı olan müxalifətin nüfuzunun artmasına səbəb olur. Bu da yaxın gələcəkdə İranın rejim dəyişikliyinə gedə biləcəyi ehtimalını istisna etmir.

Yekun olaraq qeyd edə bilərik ki, İranda 2013-cü ildən hakimiyyətdə olan Ruhani hökuməti 5 illik müddətdə çox ciddi uğursuzluğa düçar olmuşdur. Xüsusən də, Trampın hakimiyyətə gəlməsindən sonra ölkədəki problemlər daha da kəskin hal almağa başlamışdır. Ruhani höküməti bir tərəfdən Türkiyə, Almaniya və Fransayla əlaqələri yumuşaltmağa müvəffəq olsa da digər tərəfdən İraq, Yəmən, Bəhreyn kimi yeni münaqişələr yaratmışdır. Bütün bunlar isə İrandakı rejim dayaqlarının yavaş-yavaş “silkələndiyini” və İranın illərdir yürütdüyü siyasətin iflasa uğraması ehtimalını özündə ehtiva edir.

Nicat İsmayılov

Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO

Xəbər xətti

Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
Hamısı