Ermənistanda gedən siyasi proseslər Paşinyan hakimiyyəti (İkinci yazı) - ÖZƏL

Analitika 15:28 03.10.2018

8 Mayda Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri postunu qazandı. Paşinyan hakimiyyətə gəlməzdən əvvəl bir sıra vədlər vermişdi, demokratiya və inkişaf yaratmaq iddiası onu bir çox çətinliklərlə qarşılaşdırdı.

Paşinyan kimdir?

Nikol Paşinyan hakimiyyətə gəlməzdən əvvəl jurnalist kimi fəaliyyət göstərib. O, 1992-ci ildə İrəvan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. 1998-99-cu illərdə Paşinyan müxalif çıxışları ilə diqqət çəkir. O, Robert Koçaryan və Serj Sarkisyanın qəti əleyhdarı olub. Eyni zamanda Paşinyan sabiq prezident Levon Ter-Petrosyanın dəstəkçilərindən idi. 1999-cu ildə müxalif çıxışlarına görə hətta Paşinyan bir il həbs cəzası da alır. Rəsmi olaraq Nikol Paşinyan dövlət rəsmilərinə böhtan atmaqda, məhkəməyə hörmətsizliklə ittiham olunurdu. Lakin, Apelyasiya Məhkəməsi bu qərarı icra etmir və Paşinyan şərti cəza ilə azad olur.

Robert Koçaryan administrasiyası zamanı, Paşinyan bir çox təzyiqlərə məruz qalır, döyülür və maşını partladılıb. 2008-ci il seçkilərində o, Levon Ter Petrosyanın seçilməyini dəstəkləyirdi. Mərkəzi Seçki Komitəsi səslərin 1/3-nin hesablandığını və bu nəticələrə görə Sarkisyanın 57.8% səs çoxluğuna Petrosyanın isə 18%-ə malik olduğunu bildirmişdi.

Paşinyan və tərəfdarları seçkilərin saxta olduğunu və yeni prezident seçkilərinin keçirilməsini tələb edirdi. 2008-ci il Mart ayında 15-25 min nəfərlik böyük mitinqlər başladı. WikiLeaks-in məlumatına görə nümayişçilər molotov kokteyllərindən də istifadə edirdi. Polis qüvvələri havaya minlərlə izburaxan güllələr anümayişi sakitləşdirməyə çalışırdı, lakin çox az sayda olsa da bəzi mühafizə qüvvələri etirazçıları da nişan almışdı. Mitinq iştirakçıları “Levon, Levon” şüarları səsləndirirdi.

Nümayişlər zamanı 10 nəfər həlak oldu. Nikol Paşinyan içtimai nizamı pozmaqda və 10 nəfərin ölümündə ittiham edildi. İttihamlardan qaçmaq üçün Paşinyan qaçıb gizləndi. Paşinyana bu hadisələrə görə 7 il həbs cəzası təyin olunmuşdu. Lakin bir neçə ziyalı və içtimai fiquralar onun azadlığını tələb edirdi.

Paşinyan 2010-cu ildə həbs olundu, lakin kamerada hücuma məruz qaldığına görə cəzaçəkmə müəssisəsini dəyişdirmişdi.

2012-ci ildə prezident seçkilərindən bir il əvvəl Paşinyan Serj Sarkisyanın namizədliyinə qarşı çıxışlar etmişdi. O Levon Ter-Petrosyanın yenidən hakimiyyətə gəlməsini istəyirdi. Lakin, Petrosyanın preizdentliyə namizədlikdinən imtinasından sonra Paşinyan Raffi Hovanisyanı dəstəkləməyə başladı və xalqı ona inanmağa çağırdı.

2015-ci ildə Paşinyan Vətəndaş Müqaviləsi partiyasını parlamentdə qeydiyyatdan keçirdi. Daha sonra 2018-ci ildə Aprel nümayişlərindən sonra baş nazir postunu qazandı.

Paşinyan hakimiyyəti

Hakimiyyəti dövründə ilk səfərini dağlıq Qarabağa Şuşanın işğalı və Qələbə gününü qeyd etməyə getmişdi. Paşinyanın səfərlərini saysaq görərik ki, o, 3 dəfə Dağlıq Qarabağa səfər edib və 4 dəfə Rusiya prezidenti ilə görüşüb. Avropa ölkələrinə isə 3 dəfə bir dəfə isə Gürcüstana daha sonra isə Tacikistana Düşənbə səfərinə yollanıb.

Bütün bu statistika Ermənistanın yeni hakimiyyətinin mövqeyini öyrənmək üçün çox vacibdir. Xarici siyasətdə Ermənistan Rusiyanın maraqlarını nəzərə alaraq onun qəzəbindən yayınmağa çalışır. Lakin, daxili siyasətdə sərt mövqe tutaraq korrupsionist hesab etdiyi dövlət məmurlarına qarşı mübarizə aparır.

Nəzərə alaq ki, ölkədə Rusiyanın silahlı qüvvələrinin mövcudluğu, iqtisadiyyatda Rusiyadan asılılıq xarici siyasətdə Ermənistanı bu amili xüsusi diqqət yetirməyə vadar edir.

Ermənistan iqtisadiyyatının təcrid vəziyyətində olmasını nəzərə alsaq və İran iqtisadiyyatının rolunun azlığı Rusiyanı əvəzsiz tərəfdaşa çevirir. Qeyd edək ki, Paşinyan Levon Ter Petrosyanın tərəfdarıdır hansı ki, Petrosyan Avropa ilə əlaqələrə xüsusi əhəmiyyət verirdi. Petrosyan Qarabağ danışıqlarında Azərbaycana güzəştə getmişdi və Türkiyə ilə sərhədlərin açılmasına nail olacaqdı, lakin, onun istefaya məcbur edilməsi bu planların üstündən xətt çəkmişdi.

Paşinyan demokratik dövlət qurmaq və Ermənistan iqtisadiyyatını yaxşılaşdırmaq iddiaları etsə də, beş ay müddətində heç bir nailiyyət əldə edə bilməyib desək yanılmarıq. Xatırlayaq ki, Paşinyan jurnalist keçmişinə malikdir, yəni xalqı ələ almağı çox yaxşı bacarır. Lakin, o, siyasi savada və bacarığa malik deyil, bu isə Paşinyan hakimiyyətini bir çox problemlərlə üz-üzə qoyacaq.

Hələ də Paşinyanın hansı mövqe tutacağı sual altında qalır. Bir çox yazıçılar Nikol Paşinyanı sabiq Gürcüstan prezidenti Saakaşviliyə bənzədirlər. Ancaq, Paşinyan Saakaşvili kimi Rusiyanın təsirini tam kəsmək istəmir və bunu edə də bilməz. Gürcüstanın Qara dəniz vasitəsi ilə bir çox ölkəyə çıxışı, Türkiyə və Azərbaycanla açıq sərhədləri mövcuddur. Lakin, Ermənistan bu vəziyyətə malik deyil. Bu isə o deməkdir ki, Rusiyanı tamamilə uzaqlaşdırmaq praktiki olaraq mümkün deyil, ən azından Azərbaycanla münaqişə həll olunmadan.

Ülvi Əhmədli

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı