Tramp siyasətinin ən böyük yanlışı Türkiyənin itirilməsi? - ÖZƏL

Analitika 15:50 11.10.2018

Trampın bütün siyasi xəttini uğursuz hesab etmək, onun atdığı addımları istiqamətsiz və hesablanmamış addımlar olaraq adlandırmaq böyük yalnışlıq olardı. Çünki Tramp Çin, Şimali Koreya, Meksika və Kanada kimi siyasi problemlərdən böyük ustalıqla sıyrılmış, həmçinin, böyük qətiyyətlə ABŞ maraqlarını müdafiə etmiş və qismən də bu maraqları reallaşdıra bilmişdir. Lakin bununla belə Trampın siyasətinin kifayət qədər uğursuz tərəfləri də mövcuddur ki, bu tərəflər özünü həm daxili, həm də xarici siyasət istiqamətində büruzə verir.

Trampın daxili siyasətdə həyata keçirdiyi siyasət son dövrlər Amerika cəmiyyətində böyük fəsadlara yol açıb. Bu fəsad “Amerika cəmiyyətinin bölünməsidir”. Onsuz da ABŞ-da vətəndaşların bütövlükdə həmrəyliyi çox nadir hallarda özünü göstərən amildir. ABŞ dövlətinin formalaşmasından bu yana qarşılaşdığı ən ciddi problem də məhz Amerika cəmiyyətinin bölünməyə meylliliyi məsələsidir. Bunun çox ciddi və tarixi səbəbləri mövcuddur. Beləki, ABŞ-ın məhz unitar deyil, federativ respublika elan edilməsi də xüsusən, ölkənin cənub və şimal regionları arasında ciddi etnik, sosial-mədəni fərqlərin olması ilə bağlıdır. 19-cu əsrin 60-cı illərində burada yaşanan vətəndaş müharibəsi də Amerika cəmiyyətinin bölünməyə və seperatizmə meylli olmasına sübutdur.

Lakin ABŞ siyasi sistemi bütün bu problemlər nəzərə alınaraq, ABŞ-ın siyasi birliyinin qorunub saxlanılmasına istiqamətləndirilmiş şəkildə formalaşdırıldılmışdır. Ona görə də ABŞ-ın ölkə daxilində həyata keçirilən və milli həmrəyliyə fokslanmış siyasətini siyasi xadimlər “razılaşmamaq üçün anlaşmaq” olaraq adlandırıblar. Bu siyasət ABŞ daxilində müxtəlif siyasi, etnik, sosial və s. qruplarının bir-biri ilə uzlaşa bilməsə belə sistem daxilində vəhdətdə fəaliyyət göstərməsi imkanını yaratmışdır. Məhz bu amil və bu istiqamətdə yürüdülən siyasət 1865-ci ildən bu yana ABŞ-ın siyasi birliyini qoruyub saxlamışdır.

Bu gün isə bəlkə də 1865-ci ildən bu yana ilk dəfədir ki, Amerikan cəmiyyəti iki qütbə bölünüb və bir-birinə qarşı mübarizə aparır. Bu mübarizənin səbəbi isə Trampdan başqası deyil. Maraqlısı bundadır ki, biz əgər diqqətlə analiz etsək görərik ki, bu sadəcə Trampın yanlışı deyil, həmçinin, onun əsas hədəfidir. Əslində Tramp öz hakimiyyətini qorumaq və növbəti seçkilərdə qalib gəlmək üçün uğurlu siyasət yürüdür. Trampın əsas hədəfi özü kimi sağçı və mühafizəkar vətədanlaşları öz ətrafında sıx birləşdirmək və bu  vətədaşların Demokratlara meyl etməsini, onların namizədlərinə səs verməsini əngəlləməkdir. Ona görə də o “ABŞ maraqlarının şiddətli müdafiəsi” şüarı ilə çıxış edərək ölkə daxilindəki Demokratların sosial bazasını təşkil edən qruplar başda olmaqla bütün sol və liberal qrupları “xain” adlandırır və onlara qarşı mühafizəkar qruplarda qıcıq və hətta düşmənçilik hislərini formalaşdırmağa çalışır.

Bu proseslərdə ölkədə liberalların əsas gücü olan Demokratlar da boş dayanmır. Obama, Klinton, Kerri və digər demokrat liderlər Trampa qarşı “milli kampaniya” hazırlayır və bununla Trampın hətta uğurlu addımlarını belə “radikal siyasət” şüarı ilə sərt tənqid edirlər. ABŞ-da Trampın başlatdığı bu sivil qarşıdurmanın səngəri və silahı isə mediadır. Hər iki tərəfə bağlı bir çox media qrupları fəaliyyət göstərir və hər iki qrup mediadan bir təzyiq və təsir vasitəsi kimi istifadə edir. Qeyd edək ki, bütün bunlar Amerika cəmiyyətini yorur və günü-gündən onu parçalayır.

Trampın bu “ayrılıqçı” siyasəti çox ciddi problemlərə və bölünmələrə səbəb ola bilər. Ona görə də bu siyasi xətt həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə sərt tənqid edilir. Ancaq bu siyasət başda “ara seçkiləri” olmaqla xüsusən də 2020-ci il seçkilərində Trampın zəfəri üçün ciddi zəmin hazırlayır.

Trampın bu siyasətinin təzahürü kimi ötən günlərdə ABŞ Yüksək Məhkəməsinə Trampın dəstəyi ilə qatı sağçı və mühafizəkar mövqeyi ilə seçilən, həmçinin əvvəllər haqqında zormalama faktı ilə bağlı cinayət işi açılan Kavanounun seçilməsi hesab oluna bilər. Qeyd edək ki, Kavanao bu vəzifəyə son 140 ildə ən az səslə seçilən hakim oldu.Buda həm senatda həmdə ölkə daxilində Trampa və onun namizədinə olan etirazın bir əlamətidir.

Trampın xarici siyasətdəki ən böyük yanlışı Türkiyəni itirməkdir. Tramp yürütdüyü siyasət ilə Yaxın və Orta Şərq regionunda 60 ildən çoxdur ABŞ-ın sadiq müttəfiqi olan Türkiyəni “Kürdüstan” ilə əvəz elədi. Əslində, buna səbəb olan bir çox faktorlar olsa da, Türkiyə kimi həm nüfuzu və hərbi imkanları, həm də coğrafiyası ilə xüsusi strateji əhəmiyyətə malik müttəfiqi itirmək ABŞ üçün böyük uğursuzluq hesab edilməlidir. Tramp Suriyada və İraqda kürd terror qruplaşmalarına maddi və texniki dəstək verməklə onları burada fəallaşdırıb, “Müstəqil Kürdüstan” kimi qondarma və Amerika əlaltısı bir rejim yaratmaqla regionda ABŞ təsirini artırmaq istəyir. Lakin bütün bu addımlar və Türkiyəyə qarşı həyata keçirilən maliyyə manipulyasiyası türkləri günü-gündən ABŞ-ın əsas rəqibləri sayılan Çinə və Rusiyaya yaxınlaşdırır. Qeyd edək ki, ABŞ siyasi dairələri artıq bu yanlışı dərk etmiş və münasibətləri yenidən normallaşdırmaq istiqamətində cəhdlərə başlamışlar.

Xarici siyasətdə Trampın ikinci böyük uğursuzluğu “Ərəb NATO-sunu yarada bilməməsi oldu. ABŞ regionda İranın təsirini minimallaşdırmaq və Suriya və Liviyada baş verən problemlərin digər müttəfiq ərəb dövlətlərində baş verməsinin qarşısını almaq adı altında Səudiyyə Ərəbistanı, Kuveyt, Qətər, Oman, Bəhreyn, BƏƏ, Misir, İordaniya kimi ərəb dövlətlərini regional təhlükəsizlik sistemi ətrafında birləşdirməyə səy göstərdi. Ancaq yaşanan Körfəz böhranı və İordaniya, Qətər və Küveytin İran ilə olan sıx əlaqələri buna mane oldu. ABŞ bu dövlətlərə nə qədər təzyiq göstərsə belə bu məsələdə müvəffəq ola bilmədi. Körfəz böhranını həll etmək üçün durmadan çalışan Tramp isə məsələyə Türkiyə və İranın da qarışması ilə problemi dərinləşdirməmək üçün geri addım atmağa məcbur oldu.

Trampın üçüncü ən böyük yanlışı Avropa siyasətində Almaniya başda olmaqla bir çox dövlətlə Soyuq müharibə dövründəki münasibətləri bərqərar etməyə çalışması oldu. Ancaq Almaniya və Avropa indi daha güclü və daha böyük bir siyasi güc halına gəlib. Avropa artıq ABŞ-ın müttəfiqi deyil, həm də siyasi və iqtisadi sahələrdə rəqibidir. Tramp siyasəti liberal ideyanın daim rəğbət gördüyü Avropa cəmiyyətində sərt tənqid edildi. Bütün bunlar isə Almaniya başda olmaqla bəzi Avropa dövlətlərin Rusiya və İranla iqtisadi əlaqələrini inkişaf etdirməsinə səbəb oldu.

Sonda qeyd edə bilərik ki, Tramp tam anlamda səriştəsiz və uğursuz lider deyil, lakin yuxarıda qeyd etdimiz yalnış addımlar onun ölkəsinin “qlobal hegemoniyası"na son qoya bilər.

Nicat İsmayılov

Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO

Xəbər xətti

Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib
21:39 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib
21:30 22.04.2024
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
21:21 22.04.2024
Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
21:20 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb
21:15 22.04.2024
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
21:00 22.04.2024
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb
20:56 22.04.2024
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
20:50 22.04.2024
Britaniyada iki nəfər Çinə casusluq etməkdə ittiham olunub
20:44 22.04.2024
Ərdoğan: “Fələstin dövlətinin yaradılması Yaxın Şərqdə sülhün açarıdır”
20:20 22.04.2024
Hamısı