Bransonun azad edilməsi Geriyə, yoxsa irəliyə doğru atılmış addım? - ÖZƏL

Analitika 23:39 13.10.2018

 Branson hadisəsi bizim üçün sürpriz olsa belə, əslində, kifayət qədər düşünülmüş və uğurlu bir addım idi. Branson kimdir? Niyə həbs edildi? Niyə azad edildi? Bu suallar hər kəsi düşündürür. Məsələdən məlumatsız və diplomatiyadan bixəbər bir çox insan Bransonun azad edilməsini türk diplomtiyası üçün bir uğursuzluq olaraq qələmə verirlər. Lakin əksinə, Branson olayı bir daha göstərdi ki, türk diplomatiyası populist liderlərin oyuncağı deyil və o kifayət qədər böyük tarixə malik olan ənənələrə söykənir.

Branson 2016-cı ilin 15 iyulunda Türkiyədə həyata keçirilən dövlət çevrilişinə cəhddə FETÖ qruplaşmasına yardım etməsinə görə həbs edilmişdi. Məhkəmə onu həmçinin, missionerlik fəaliyyətində, müxtəlif terror qruplaşmalarına gizli yolla maddi yardımlar etməkdə və digər məsələlərdə mühakimə etmişdi. Bəs Bransonun həbsi diplomatik böhrana necə çevrildi?

Əslində, Branson həbs olunan ilk amerikalı missioner deyildi. Ondan əvvəl də bir çox həmkarı həbs edilmiş, hətta bəziləri kimliyi müəyyən edilməyən şəxslər tərəfindən qətlə yetirilmişdi. Branson olayını bu qədər böyüdən şəxsən Donald Tramp oldu. Beləki, əgər diqqət yetirsək, Bransonun həbs edilməsi və haqqında cinayət işinin açılması tarixində ABŞ-dan ciddi bir etiraz və təzyiq gəlmədi. Bəs Tramp nə vaxt başladı “Branson canfəşanlığına”? ABŞ-dakı ara seçkilərinə 3 ay qalmış. Yəni, əslində Branson Protestant Presbyterian kilsəsinin nümayəndəsi olsa belə ABŞ üçün burada həyati əhəmiyyətə malik bir fiqur deyildi. Yəni əslində bu “hay-küy” ara seçkilərdən öncə Respublikaçı namizədlərin və Trampın nüfuzunu artırmaq üçün atılmış bir addımdan ibarət idi.

Geriyə, yoxsa irəliyə doğru atılmış addım?

Bu məsələyə dair çox fikirlər söyləmək və çox detalları qeyd etmək olar. Lakin gündəmi zəbt edən məsələ bunlar deyil. Hər nə qədər də türk höküməti Türkiyədə məhkəmə sisteminin şəffaf və müstəqil olması barədə açıqlamalar verəsələr də biz yaxşı bilirik ki, bu məsələdə siyasi qurumların əli var. Bu heç də sirr deyil.

Sadəcə rahibin azadlığa buraxılmasının bir uğursuz addım kimi qələmə verilməsi nə dərəcədə doğrudur? Bu məqalədə ona diqqət yetirdik. Rahib 30 il azadlıqdan məhrum olunsaydı Türkiyə nə qazanıb, nə itirəcəkdi?

Türkiyənin qazandığı sadəcə imicini qorumaq olacaqdı. Lakin Branson məsələsinin uzadılması, onun uzunmüddətli həbsi onsuz da gərgin olan ABŞ-Türkiyə münasibətlərini daha da kəskinləşdirəcəkdi. ABŞ və Türkiyə arasında siyasi böhranın dərinləşməsi isə hər gün dolların vurduğu fəsadlarla mübarizə aparan türk iqtisadiyyatını daha da betər hala salacaqdı. Burada məsələ Ərdoğan və hökumət məsələsi deyil. Hər bir dövlət həyati əhəmiyyətə malik olan milli maraqlarını çıxmaq şərti ilə başqa dövlətlə konflikt yaşadığı istənilən məsələdə güzəştə gedə bilər və getməlidir. Çünki, münaqişə yaranacaqsa diplomatiya niyə var? Burada Osmanlının son qüdrətli sultanı olan II Əbdülhəmidin bir kəlamı yada düşür:  “Bir dövlətlə münaqişəyə girməmək, girməkdən daha çox fayda gətirər”.

Türkiyə Bransonu həbs etməkdə də azad etməkdə də haqlı idi. Bransonun azad edilməsi əslində geriyə addım deyil, sadəcə bir güzəştdir. Bu güzəşt isə Türkiyənin üst-üstə yığılmış problemlərinin sayını azaldacaq və Türkiyəyə xarici siyasətdə yeni imkanlar yaradacaq. Ən önəmlisi isə Türkiyə bu addımı atdıqdan sonra mütləq şəkildə ABŞ siyasətində də mülayimləşmə başlayacaq. Və ABŞ-la Türkiyə bir çox problemlərini yenidən danışıqlar masasında həll etmək imkanı tapacaq.(Rza Zərrab məsələsi, PKK-PYD problemi, Menbiç məsələsi)

Türk höküməti bu qərarı daha tez də verə bilərdi. Lakin daha az tənqid edilmək və fikir yayındırmaq üçün bundan əla zaman tapılmazdı.

Əlbətdə ki, güzəşti edən tərəf Türkiyə olmaya da bilərdi. Burada ciddi yalnışlara yol verildiyi də aydındır. Ancaq ABŞ bir supergücdür. Türkiyə əgər özü də bir gücə çevrilmək istəyirsə, ABŞ və Rusiya kimi böyük dövlətlərlə arasındakı əlaqələri ciddi nizamlamalı və ən önəmlisi “balansı qorumalıdır”. Türkiyə “rus təyyarəsinin vurulması” hadisəsindən ibrət almalı və düşünülməmiş, planlaşdırılmamış addımlardan qaçınmalıdır.

Nicat İsmayılov

Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO

Xəbər xətti

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib
21:39 22.04.2024
Hamısı