Tarix təkrarlanır İkinci Soyuq Müharibə - (ÖZƏL)

Analitika 12:57 25.10.2018

İkinci Dünya müharibəsinin sonu Soyuq Müharibənin başlanğıcı oldu. Güclü orduya və geniş ərazilərə malik SSRİ ilə müharibədən qalib çıxan ABŞ arasında dünyaya nəzarət uğrunda mübarizə başladı. Tarix bu rəqabəti Soyuq Müharibə adlandırmış və həmin zaman çərçivəsində dünya iki qütbə bölünmüşdür.

2008-ci ildə Rusiya ilə Gürcüstan müharibəsi ikinci müharibənin başlanğıcı üçün əsas qığılcım oldu desək yanılmarıq. Qərbə meyl edən Gürcüstanı öz nəzarətindən çıxarmaq istəməyən Rusiya müharibə variantından çəkinmədi.

2011-ci ildə başlayan Ərəb baharı və Suriya münaqişəsi alovun üzərinə yanacaq tökdü. İnqilablar silsiləsi iki tərəf arasında dərin uçurumlar yaratdı. Rusiya Şimali Afrikada əlaqələrini saxlaya bilməsə də Yaxın Şərqi əldən verməməyə çalışdı.

Suriyada yerli hökuməti dəstəkləyən Rusiya İranla və Türkiyə ilə münasibətlərə xüsusi əhəmiyyət verməyə başladı. Avropanın Ukraynaya nüfuz etmək cəhdləri də Krımın ilhaqı və Ukraynanın parçalanmasına səbəb oldu.

Gürcüstanın və Ukraynanın iki qütb arasında parçalanması Koreya və Vyetnamın parçalanmasını xatırladır. Hadisələrin gedişatında fərqliliklər olsa da hər iki münaqişə iki tərəfin maraqlarının toqquşması nəticəsində baş vermişdir.

ABŞ-Çin ticarət savaşı və Rusiya ilə silah ticarəti edən ölkələrin sıxışdırılması kimi hadisələr bu il mübarizəni daha da kəskinləşdirdi. Ardından ABŞ-ın Soyuq Müharibənin sonlarında imzalanan nüvə sazişindən çıxmasını ikinci Soyuq Müharibənin artıq başladığına işarə kimi qiymətləndirə bilərik.

Son on ildə baş verən hadisələri diqqətlə izləsək, dünya siyasi arenasında kifayət qədər qırılmalar və toqquşmalar müşahidə edə bilərik.

Rusiya 2015-ci ildə Avrasiya İttifaqı yaradaraq keçmiş SSRİ ölkələrini yenidən öz dəmir qanadları altına almağa başladı. Dünya nizamının fərqli forma almasını və işğalların bu tip alyanslarla əvəz olunmasını hesaba alsaq indi yox, lakin gələcəkdə Avrasiya İttifaqının güclənəcəyi təqdirdə onu yeni SSRİ adlandıra bilərik. Ancaq bu hadisənin baş verməsinin nə dərəcədə real olmasını isə zaman göstərəcək.

Rusiyanın İran, Çin və Türkiyə ilə yaxınlaşması anti-Qərb blokunun güclənməsini göstərir. ABŞ-ın Avropa İttifaqı ilə münasibətlərində soyuqluğun yaranması və Aİ daxilində isə üzvlər arası narazılıqların artması əksinə olaraq Qərb blokunun zəifəməsinə gətirib çıxardı.

Baş verən siyasi hadisələr Rusiya, Çin və İranın Avrasiya bloku ilə Aİ və ABŞ-ın Qərb bloku arasında mübarizəni daha da kəskinləşdirir və bloklararası qüvvələr balansını daha bərabərləşdirir.

ABŞ-ın təzyiqlərinin son illərdə artması heç də əbəs deyil. Eyni zamanda Rusiyanın irimiqyaslı hərbi təlimlərinin keçirməsi də təsadüfə bənzəmir. Lakin Rusiyanın hərbi gücü və öz ətrafına daha güclü qüvvələri cəmləməsinin nəticəsində keçmişdə olduğu kimi yenidən Avropadan ABŞ-a istiqamətlənməni gözləyə bilərik.

Avropada rus kəşfiyyatının aktivliyi Soyuq Müharibə zamanındakı casus oyunlarını xatırladır. Bundan əlavə, Avropada son zamanlarda milliyətçi hərəkatların artması və solçuların hakimiyyətdə güclənməsi də münaqişənin şiddətlənməsinə səbəb olur. Baş vermiş hadisələrin fonunda artıq müharibənin başlandığını təsdiq edə bilərik.

Ülvi Əhmədli

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Hamısı