Turan xəyaldır yoxsa zərurət? Zərurəti reallaşdırmağa mane olan amillər - (ÖZƏL)

Analitika 13:07 25.10.2018

Turan bir ideya kimi XIX əsrdən başlayaraq Türk aydınlarının, Mustafa Cəlaleddin Paşanın, Əhməd Vefik Paşanın daha sonralar, Ənvər Paşanın, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseyinzadənin, Ziya Gökalpin, İsmayıl Qaspıralının, Məməddəmin Rəsulzadənin, Qazi Mustafa Kamalın və neçə-neçə tarixi şəxsiyyətlərin ortaq xülyası olmuşdur.

Bəs bu gün Turan hələ də bir xəyaldır, yoxsa bu xəyal hər gün getdikcə artan bir zərurətə çevrilib?

Türkidlli dövlətlərin yaşadığı sıxıtılar, daxili problemlər və ən əsası onların müstəqilliyinə olan təhdidlər bizə onu deməyə əsas verir ki, Turan bir xəyaldan daha çox, günümüzdə Türk dövlətlərinin azadlığının, həmçinin təhlükəsizliyinin qorunub saxlanılması üçün görünən tək yoldur, həyati zərurətdir. Bu zərurəti yaradan amillərə iqtisadi və sosial problemlər, Rusiyadan iqtisadi asılılıq, milli təhlükəsizlik və dövlət müstəqilliyinə bitib tükənməyən təhdidlər və s. misal göstərmək olar.

Zərurəti reallaşdırmağa mane olan amillər

İlk sırada biz 72 illik sovet repressiyaları və radikal mahiyyətli siyasəti nəticəsində formalaşan mental və siyasi-mədəni fərqliliklərin meydana gəlməsini qeyd etməliyik. Bu fərqliliklər türkdilli xalqları bir-birindən ayıran əsas amildir. Buna xalqların zövqləri, dünya görüşləri, dinə yanaşmaları, siyasi ideologiyaları və s. qeyd edə bilərik. Kamunizmin vurduğu ən böyük zərbə də məhz türkdilli xalqların “türk” olaraq deyil, yaşadığı ölkəyə uyğun olaraq “özbək”, “qazak”, “türkmən” kimi məcburi olaraq adlandırılması və türk sözünün alternativinə çevrilən bu mənsubiyyət terminlərinin müxtəlif vasitələrlə xalqın təhtəlşüuruna həkk edilməsi hesab edilə bilər. Məhz bu amil türkdilli xalqlar arasında mədəni fərqliliklərin meydana gəlməsinə əsas səbəb olmuşdur.

İkinci olaraq, ortaq mədəni üsnürlərin yaradıla bilməməsi. Buna ən bariz nümunə ən azı 20 ildir müzakirə olunan, lakin heç bir irəliləyiş əldə edilə bilməyən ortaq əlifba və dil məsələsidir. Axı nə üçün türkcə danışılan bir cəmiyyətdə dilin adı türk dili olaraq qeyd edilmir? Niə bütün türkdilli dövlətlər latın əlifbasına hələ də tam şəkildə keçidi tamamlaya bilməyib? Nə üçün türkdilli dövlətlərdə əsas alternativ dil rus dilidir və bu dövlətlər bir-biriləri ilə həyata keçirdikləri zirvə görüşlərində danışıqlar məhz rus dilində keçirilir? Bu cavabsız suallar bu gün türkdilli dövlətlər arasında aəlaqələrin inkişafına mane olan əsas amildir. İllərdir danışıqlar mövzusuna çevrilsə belə bu gün türkdilli dövlətlərin hələ də rəsmi şəkildə fəaliyyət göstərən ortaq insitut və universitetləri mövcud deyil, tələbə mübadilə proqramlarından istifadə isə çox passivdir. TRT Avaz, Habar kimi bir-iki kanaldan başqa bu dövlətlərin ortaq media qurumları da mövcud deyil. Bütün bunlar o qədər də çətin problemlər deyil. Bir neçə görüş və fərmanlarla həll edilə biləcək bu məsələlər Ziya Gökalpin qeyd etdiyi “türk xalqlarının mədəniyyətinin ortaqlaşdırılması” üçün həyati önəmə sahibdir.

Üçüncü olaraq dövlətlərarası əlaqələri tənzimliyəcək və inkşaf etdirəcək vahid, nüfuzlu və “dövlətüstü” qurumun olmaması. 1992-ci ildən bu yana türkdilli dövlətlər arasında əlaqələri təhlil etsək görərik ki, heç də münasibətlər düz xətt üzrə inkişaf etməyib. SSRİ-nin süqutundan sonra ilk 10 il münasibətlər yüksələn templə inkişaf etsə belə sonradan həm Rusiyanın Avrasiya məkanında siyasi nüfuzunu yenidən artırması, həm də bəzi dövlətlərin xarici siyasətdə buraxdığı ciddi nöqsanlar cüzi də olsa dövlətlər arasında problemlərin meydana gəlməsinə, əməkdaşlığın tempinin aşağı enməsinə səbəb olmuşdur. Ən mühümü isə Dağlıq Qarabağ problemi, Sayram problemi, Tacikistan və Türkmənistan arasındakı sərhəd problemi, son dövrlərdə həllini tapmış Azərbaycan-Türkmənistan arasında Xəzərin statusu problemi və başqa məsələlərdə türkdilli dövlətlər ortaq bəyanatlar vermir, hətta bəzən bir-birilərinin əlehinə açıqlamalar verib, qərarlar qəbul edirlər. Bu da eynən Avropada olduğu kimi bir dövlətüstü qurumun yaradılması zərurətini doğurur. TDƏŞ, TÜRKPA, TÜRKSOY dövlətlərarası əlaqələrin inkişafına təsir etsə belə münasibətləri tənzimləmək və ortaq inteqrasiya məkanı olmaq  kimi xüsusiyyətlərə sahib deyillər.

Sonuncu olaraq azad iqtisadi zonaların hələ də yaradıla bilməməsi və ticarət dövriyyəsinin intensiv artmaması. Türkdilli dövlətlər arasında Şimali Amerika və Avropada uğurla tətbiq edilmiş bir sistemin, Azad Ticarət Assosyasiyalarının formalaşdırıla bilməməsi iqtisadi əməkdaşlığın inkişafına mane olur. Yüksək gömrük tarifləri, vergilər və digər amillər ticari motivasiyanı aşağı endirir.

Həmçinin bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan kimi türkdilli dövlətlər zəngin enerji resrurslarına sahibdir. Ancaq bunların içərisində sadəcə Azərbaycan Qərbə enerji ixrac edir və bu enerji ixracatçısı dövlətlər arasında TANAP, BTC, BTƏ kimi böyük siyasi və iqtisadi əhəmiyyətə malik layihələr həyata keçirilə bilmir. Lakin Xəzər dənizi bu dövlərin enerji ixracatında əməkdaşlığı üçün çox önəmli bir resurs hesab edilə bilər.

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı