95 yaşın mübarək Türkiyəm! “Hazırlanın bəylər, sabah cumhuriyyəti elan edəcəyik” - ÖZƏL

Analitika 16:23 29.10.2018

1923-cü ilin 28 okyabrında Mustafa Kamal Paşa öz silah yoldaşlarına belə dedi: “Hazırlanın bəylər, sabah cumhuriyyəti elan edəcəyik”. Doğurdan da Atatürk millətinə verdiyi hər sözü yerinə yetirdiyi kimi, bu tarixi missiyanı da reallaşdırdı. Qazinin göstərişi ilə 29 oktyabr 1923-cü ildə TBMM Türkiyə Cumhuriyyətinin yaradılması haqda yekun qərar qəbul etdi.

Bəs nə üçün cumhuriyyət? Cumhuriyyət və ya respublika demokratik dövlət idarəçiliyinə əsaslanan bir sistemdir. Atatürk yeni qurulacaq dövlətin siyasi rejiminin məhz cumhuriyyət olması gərəkdiyini bildirmişdi. Bu məsələ TBMM-də müzakirəyə çıxarıldı və fikir uyuşmazlıqları müşahidə edildi. Monarxiyanın saxlanılması, hərbi diktaturanın yaradılması, şəriət əsasında konstutsiyanın hazırlanması və s. kimi fikirlər səsləndirildi. Amma nəticədə 265 millət vəkilindən 158-i uzun müzakirələrdən sonra yeni rejimin respublika olmasına səs verdi, digərləri bitərəf qaldılar. Tarix elmləri üzrə professor İlber Ortaylı qeyd edir ki, “Atatürk və silah yoldaşları hələ gənclik dövrlərində fransız inqilabından təsirlənmişdilər. Respublika haqda müsbət fikirlər də ordan qaynaqlanır. Həmçinin Atatürk çox ağıllı bir siyasətçi idi. Başa düşmüşdü ki, artıq dünyada monarxiyalar dövrü bitib”.

Atatürk ona görə də yalnız Türkiyə Cumhuriyyətinin deyil, türk demokratiyasının da yaradıcısı hesab edilməlidir. Atatürkün ən böyük xidməti isə qurulan cumhuriyyətin adının məhz Türkiyə olması idi. Bu ad həm 2 min ildən çox dövlətçilik tarixi olan bir millətin adının əbədiləşdirilməsi, həm də bu dövətin bütün dünya türkləri ilə möhkəm bağlarının qurulması üçün çox önəmli bir qərar idi.

Türkiyə cumhuriyyəti dünyada nadir dövlətlərdən biridir ki, həm islam dəyərlərlərini həm də müasir qərb dəyərlərini öz cəmiyyətində və siyasi sistemində müşahidə etdirir. Türkiyə müsəlman ölkəsi olaraq islam dünyası ilə qərb dünyası arasında bir körpü rolunu oynayır. Bu gün 2 milyondan çox suriyalı vətəndaşı ölkəsində qonaq edən Türkiyə Cumhuriyyəti xüsusən ərəb baharından sonra müsəlmanların sığınacağına və pənah yerinə çevrilmişdir. Atatürk inqilabları nəticəsində Türkiyədə formalaşan çağdaşlıq, milli şüur və demokratik sistem bu gün keçid dövrü ziddiyətləri ilə qarşılaşan müsəlman dövlətləri üçün bir nümunədir. Türkiyə qərblə şərqin arasında yerləşən bir ölkə olaraq yalnız strateji, siyasi və iqtisadi deyil, həmçinin humanitar və mədəni əlaqələrin inkişafı üçün çox əhəmiyyətli rola sahib bir dövlətdir.

Türkiyə bu gün eyni zamanda İslam dünyası və Türk dünyasında lider dövlətlərdən biri olaraq, yalnız türk coğrafiyasının deyil, Yaxın və Orta Şərq regionu, Balkan regionu və Şimali Afrika regionunun sosial-iqtisadi inkişafı və təhlükəsizliyində önəmli rolu olan dövlətlərdən biridir. Bu gün beynəlxalq səviyyədə müzakirə olunan bir çox siyasi münaqişələrin həlli üçün Türkiyə ciddi səy göstərir. Türkiyə Suriya problemi, Fələstin-İsrail münaqişəsi, Dağlıq Qarabağ problemi, Kosova problem və digər siyasi konfliktlərin həllində “açar dövlət” hesab edilir.

Türk ordusu Afrində, Əl-Babda və digər zülmün və terrorizmin mənbəyi olan ərazilərdə həyata keçirdiyi uğurlu əməliyyatlarla bir daha bütün dünyaya türkün vəfasını və gücünü nümayiş etdirmişdir. Afrində yerli xalq tərəfindən türk bayraqları və əsgər salamıyla qarşılanan türk ordusu hal-hazırda yalnız ölkənin daxilində deyil, həmçinin bütün regionda sülhün və əminamanlığın əsas təminatçısıdır.

Türkiyənin müstəqilliyi və inkişafı bütün türk dünyası, xüsusəndə Azərbaycan üçün çox önəmli bir məsələdir. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə qeyd edir: “Türkiyənin daim müstəqil və güclü olmasını istəyirik. Çünki Türkiyənin gücü bizim gücümüzdür”. Bu fikir Türkiyənin türk xalqları üçün nə qədər əhəmiyyətli olmasından xəbər verir.

 Türkiyə türk xalqları üçün ikinci bir vətəndir. Türkiyə türklüyün məbədidir. Əhməd Cavadın məşhur “Çırpınırdı Qaradəniz” şeirində dediyi kimi:

Türküstandan əsən yellər,

İndi sənə salam söylər,

Vəfalı türk gəldi yenə,

Salam Türkün bayrağına!

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (İEPF) Prezidenti, Azərbaycan Mətbuat Şurasının Sədr Muavini Umud Mirzəyev Türkiyənin 95-ci ildönümü ilə bağlı fikirlərini Eurasa Diary ilə bölüşüb: “Türkiyə Azərbaycan üçün çox əhəmiyyətli müttəfiq və qardaş ölkədir. O qardaş ki, Azərbaycanın dərdini özünə dərd, kədərini özünə kədər bilir. Azərbaycan ən ağır zamanlarında Türkiyəni yanında görüb. Şükürlər olsun ki, bu gün türk dünyasının böyük liderlərindən biri, Mustafa Kamal Atatürkün qurduğu bu şanlı cumhuriyyət böyük bir əzmlə, Atatürkün siyasi irsi əsasında inkişaf edir. Atatürk həm bir siyasi lider kimi, həm də bir türk aydını kimi bizim və digər türkdilli xalqların dünya görüşündə çox böyük yer tutur. Onun əsasını qoyduğu cumhuriyyət bütün dünyada ədalət və cəsarətin simvoluna çevrilmişdir. Hazırda Türkiyə regionda lider dövlət olmaqla, əsas söz sahiblərindən biridir. Türkiyənin getdikcə güclənməsi və inkişafı bizdə böyük sevinc və iftixar hissi doğurur. Bu gün yalnız Türkiyə Cumhuriyyəti üçün deyil, bütün dünya türkləri üçün böyük bir bayramdır. Ona görə də mən türk adını daşıyan hər bir şəxsi bu bayram münasibəti ilə təbrik edirəm”.

 

 

 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı