Qazaxıstan BTC-yə qoşulmaq istəyir Qazaxıstan enerji ixracatında Qərbə yönəlir...

Analitika 12:35 01.11.2018

Dünən Astanada keçirilən  Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib. Qeyd edək ki, iclasda Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev görüşüblər. Energetika nazirlərinin iclasda iştirakı artıq Astanadakı iclasın məhz yeni enerji layihələrinin müzakirəsi məqsədi ilə həyata keçirildiyini sübut edir.

Qazaxıstanın əsas məqsədi

Dünən keçirilən görüşdə Kozumbayevin də vurğuladığı kimi Azərbaycan Qazaxıstan üçün strateji əhəmiyyətə malik müttəfiqdir. Nəyə görə məhz strateji əhəmiyyətə malik? Çünki Azərbaycan Avropaya neft və qaz ixrac edən və ixrac yoluna nəzarət edən bir ölkədir. Qazaxıstan isə öz geosiyasi mövqeyindən asılı olaraq Qərblə bu sahədə əməkdaşlıqdan uzun illər məhrum qalıb. Qazaxıstanın əsas enerji ixrac etdiyi dövlətlər Rusiya və Çindir. Rusiya həm sovet dövründə, həm də Qazaxıstanın müstəqilliyinin ilk illərində Qazax neft və qazını alan yeganə dövlət idi və bu alış-satışda əsas qazanan da məhz ruslar idi.

Qeyd edək ki, Rusiyaya nəzərən Çinin Qazaxıstandan xam neft ixracatı elə də böyük deyildir. Əgər bu rəqəm 2000-ci ildə 1,0 % təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 4,2 % olmuşdur. Çinin Qazaxıstandan neft ixracat səviyyəsini artıran əsas amil 2005-ci ildə Qazaxıstandan Çinə çəkilən Atasu-Alaşankou neft kəməridir.

Beləliklə, Qazaxıstan neftinin böyük bir qismini ucuz qiymətə Rusiyaya satır. Rusiyaya tək alternativ isə Çindir. Çin isə il ərzində maksimum 10 milyon ton neft ixrac edir ki, bu çox aşağı göstəricidir.

Ancaq Qazaxıstanın müttəfiqi Azərbaycan eyni vaxtda həm Qərbə, həm də Rusiyaya neft və qaz ixrac edir. Bu məsələdə Azərbaycan Qazaxıstan üçün həm bir örnək, həm də çıxış yoludur. Qazaxıstan xüsusən də Türkiyə və Rusiya arasında münasibətlərin yaxşı olduğu bir vaxtda Azərbaycan və Türkiyənin yardımı ilə Qərbə enerji ixracatını başlatmaq istəyir. Yəni, Qazaxıstan əslində BTC layihəsinə qoşulmaq və ya bu tipli yeni bir layihə yaratmaq istəyir. Azərbaycan və Türkiyə isə Qazaxıstanın bu məqsədlərinin reallaşdırılması üçün açar dövlətlərdir.

Həmçinin Qazaxıstan BTC-yə qoşulmaqla Qərblə əməkdşlığını inkişaf etdirəcək. Əslində Qazaxıstan siyasi məqsədlər üçün deyil, məhz iqtisadi faktorlardan asılı olaraq Qərbə yönəlir. Yəni, Qazaxıstan bir KTMT üzvüdür və onun nə NATO nə də, Avropa Birliyi sisteminə inteqrasiya etmək kimi bir hədəfi yoxdur. Qazaxıstan sadəcə enerji ixracatı məsələsində Qərbə istiqamətlənmək istəyir. Buna səbəb isə təbii ki, Qərbə enerji ixracatının daha sərfəli olmasıdır.

Beləliklə, dünən keçirilən iclas bir daha göstərdi ki, Qazaxıstanın əsas məqsədi Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk kəmərləri ilə nəqli, eləcə də sıxılmış və mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə ixracı imkanları və bu məhsulların dəmir yolu vasitəsilə daşınmasıdır.

Əgər bu baş tutsa Qazaxıstan neft və qaz ixracatını artıracaq, daha böyük gəlir əldə edəcək, beynəlxalq aləmdəki nüfuzu artacaq və beynəlxalq aləmlə müxtəlif sahələrdəki əməkdaşlıq qurmaq imkanları yaranacaq.

Yeni enerji layihələri

Dünən keçirilən iclasda Energetika naziri Kanat Bozumbayev Qazaxıstan neftinin Azərbaycan vasitəsi ilə ixracı, ortaq neft emalı müəssisələrinin yaradılması, bu sahədə əməkdaşlığın genişləndirilməsinə dair bir çox təkliflər irəli sürdü. Ortaq enerji layihəsinin hazırlanması üçün zəmin yaradıldı. Beləki, Azərbayanın Energetika naziri Pərviz Şahbazov mətbuata verdiyi açıqlama qeyd edir ki, “Bu gün Qazaxıstan neft və qaz hasilatı sahəsində iri layihələrə malikdir və biz qarşılıqlı şərtlərlə birgə müəssisə yaradıb səylərimizi birləşdirə bilərik”.

Böyük bir ehtimalla yeni enerji layihəsi Azərbaycan-Türkiyə-Gürcüstan-Qazaxıstan dövlətlərini əhatə edəcək. Qazaxıstan nefti Xəzər dənizi vasitəsi ilə Azərbaycan nefti ilə birləşəcək. Azərbaycandan isə  BTC kəməri vasitəsi ilə Ceyhan limanına, oradan da Avropaya daşınacaq. Yeni layihənin nə zaman reallaşacağı isə bilavasitə adları çəkilən dövlətlərdən və Rusiyadan asılıdır. Rusiya uzun illərdir ucuz enerji mənbəyi olaraq gördüyü Qazaxıstanın Qərbə enerji ixracatına necə yanaşacaq?

Təbii ki, bunu bizə zaman göstərəcək, lakin əgər Qazaxıstan bu sahədə fəallıq göstərməyə başlayıbsa və bu doğurdan da Qazaxıstan üçün həyati əhəmiyyətə malik layihədirsə rusların buna müdaxilə edəcəyi inandırıcı deyil. Çünki bu gün Qazaxıstan 90-cı illərin Qazaxıstanına nisbətən güclü və ən əsası müstəqildir. Həmçinin fikrimcə, ruslar bilir ki, belə bir layihənin baş tutmasına mane olmaq eyni vaxtda Azərbaycan,Türkiyə və Qazaxıstan kimi strateji müttəfiqlərin kəskin etirazına səbəb ola bilər.

İstənilən halda Qazaxıstan Azərbaycan üçün dost və qardaş ölkədir. Ortaq tarixi və mədəni irsimiz bizi daim bir olmağa və əməkdaşlıq etməyə sövq edir. Ona görə də hesab edirik ki, Qazaxıstanın BTC-yə ( və ya hər hansı enerji layihəsinə) qoşulması iki dövlət arasıdakı iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməkdən savayı, siyasi və hərbi əməkdaşlığın intensivləşdirilməsi üçün zəmin hazırlayacaq.

Nicat İsmayılov

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Hamısı